/ / Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
24.07.2018 [09:28]
İyulun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qarabağ bölgəsinin strateji baxımdan ən mühüm inzibati ərazilərindən olan Ağdam rayonunun tarixi keçmişindən, vaxtilə respublikamızın iqtisadi-mədəni həyatında tutduğu mövqedən, ağdamlıların müxtəlif sahələrdəki uğurlarından və torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri şücaətlərdən danışıb. Qeyd edilib ki, Ermənistan silahlı birləşmələrinə qarşı döyüşlər zamanı rayonda 6 min nəfərə yaxın həmvətənimiz şəhid olub. Rayonun 16 Milli Qəhrəmanı var. Təcavüzkarlar Ağdam şəhərini və 82 yaşayış məntəqəsini, bu ərazilərdəki tarixi-mədəni abidələri dağıdıb, yeraltı və yerüstü sərvətləri talan ediblər. Həmin dövrdə 143 min ağdamlı öz doğma yurdundan didərgin düşüb. Hazırda ümumi sayı 198.600 nəfər olan əhalinin 90 min nəfərə qədəri rayonun öz ərazisində yaşayır, 101.000 min nəfər məcburi köçkün isə respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
BMT Təhlükəsizlik Şurası Ağdamın işğalını pisləyən və işğalçı ordunun zəbt olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib. Lakin təəssüf ki, digər qətnamələr kimi o da indiyədək yerinə yetirilmir, Ermənistanın regiondakı işğalçılıq siyasəti davam edir.
Dövlət Komitəsinin sədri əlavə edib ki, Ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində ötən əsrin 70-80-ci illəri Ağdamın da tarixinə inkişaf və tərəqqi dövrü kimi düşüb. Bu gün isə Prezident İlham Əliyevin göstəriş və tapşırıqları əsasında rayonda quruculuq və yenidənqurma işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən 2003-2014-cü illərdə rayonun ərazisində salınmış 18 qəsəbədəki evlərdə, 6937 məcburi köçkün ailəsi olmaqla, 26380 nəfər yaşayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini, bununla bağlı həyata keçirilən layihələrin icrasını daim diqqətdə saxlayır.
Digər çıxışlarda da xalqımızın birliyi, müstəqil dövlətimizin gücü və qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ bölgəsinin, o cümlədən Ağdamın tezliklə işğaldan azad ediləcəyinə dərin inam ifadə olunub.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı təşkilatlarının rəhbərləri, Ağdam rayonundan olan ziyalılar və keçmiş döyüşçülər iştirak ediblər.
Sonda Ağdam rayonuna həsr edilmiş film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59

