/ / “Jara” musiqi festivalı xalqımızın zəngin mədəniyyətini və ölkəmizin inkişafını dünya ictimaiyyətinə təqdim edən uğurlu təşəbbüsdür
“Jara” musiqi festivalı xalqımızın zəngin mədəniyyətini və ölkəmizin inkişafını dünya ictimaiyyətinə təqdim edən uğurlu təşəbbüsdür
27.07.2018 [09:51]
Bu gün bəzi maraqlı dairələrin festivalın gözdən salınmasına xidmət edən “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
Bir neçə gündür ki, müəyyən dairələr tərəfindən sosial şəbəkələrdə “Jara” musiqi festivalının iştirakçısı, Rusiya vətəndaşı Zara ilə bağlı geniş kampaniya təşkil olunub və hazırda da davam etdirilir. Əsas iddia kimi guya milliyyətcə erməni olan bu müğənninin Azərbaycana gəlməsi və festivalda çıxışının yolverilməzliyi barədə əsassız fikirlər irəli sürülür.
Amma hər kəsə bəllidir ki, Azərbaycan bütün xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkədir. Azərbaycan dünyaya göstərir ki, Ermənistanda bir nəfər azərbaycanlı yaşamadığı, onların doğma yurdlarından qovulduqları halda, Dağlıq Qarabağ nəzərə alınmasa, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır. Azərbaycan torpaqlarının işğalında iştirakçı olmayan, xalqımıza qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin ölkəmizə gəlməsi niyə yolverilməz hesab olunmalıdır? Erməni şovinistlərinin xalqımıza qarşı soyqırımı törətdiyi, Ermənistana rəhbərlik etmiş şəxslərin ermənilərlə azərbaycanlılar arasında irqi uyğunsuzluq olması ilə bağlı iddialar irəli sürdüyü şəraitdə, biz niyə özümüzü dünyaya layiq olmadığımız şəkildə təqdim etməliyik?
Digər tərəfdən, müğənni Zara Ermənistanda anadan olsa da, milliyyətcə yezidi kürddür və Rusiya vətəndaşıdır. Və hər hansı şəxsin doğulduğu ölkəyə hörmətlə yanaşması normaldır. Əgər Zara Ermənistana səfər edib həmin ölkəni tərifləyib və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır? Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti, xalqımız heç bir ölkəni və xalqı, o cümlədən erməniləri özünə düşmən hesab etmir. Azərbaycanın düşməni erməni xalqı deyil, erməni milliyyətçiləri və şovinistlərinin ideoloqları, Ermənistanın işğalçı, xunta və terrorçu rejimidir.
Erməni xalqı da bu dairələrin girovudur və bundan əziyyət çəkir. Qeyd edək ki, Azərbaycan xalqı ermənilərlə dinc yaşamağa hazırdır. Bunun üçün ilk növbədə torpaqlarımız işğaldan azad olunmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. “Jara” musiqi festivalının təşkilat komitəsinin rusiyalı müğənni Zaranın tədbirdə iştirakına dair açıqlamasında da bildirilir ki, mədəniyyətlərarası dialoq Azərbaycan dövlətinin siyasətinin vacib tərkib hissələrindən biridir. Açıqlamada vurğulanır: “Bizim ölkə dialoq və əməkdaşlığa açıqdır, müxtəlif millətləri və mədəniyyətləri birləşdirən məkandır. Məlumdur ki, incəsənətlə idman siyasətdən kənar sahələrdir, onlar insanları yaxınlaşdırır, konsolidasiya edir. Bu münasibətlə ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlərin keçirildiyini xatırlatmaq kifayətdir. “Jara” festivalı bu sırada öz layiqli yerini tutub və artıq üçüncü dəfədir paytaxtımızda müxtəlif millətlərin nümayəndələri olan Rusiya şou-biznesinin ulduzlarını toplayır. Milliyyətcə kürd olan müğənni Zara özü ölkəmizə gəlmək istədiyini dilə gətirib. O, bizim qədim mədəniyyətimiz, zəngin tarix və adət-ənənələrimizlə tanış olmaq istəyir. Biz də tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona “Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq”.
Ümumiyyətlə, erməni mənşəli şəxslərin ölkəmizə səfəri ilk dəfə deyil. Belə ki, bir neçə il öncə “xalq diplomatiyası” çərçivəsində bir qrup erməninin Bakıya gəlişi, Ermənistanın rəsmi şəxslərinin beynəlxalq tədbirlər çərçivəsində paytaxtımıza səfəri, eləcə də “Avroviziya-2012” mahnı müsabiqəsində iştirakları da buna sübutdur. Rusiyalı Zara da incəsənət adamı olaraq festivalda iştirak edəcək. Şübhə etmirik ki, Zara Bakıya səfəri çərçivəsində əsl həqiqətlərin şahidi olub ölkəmizin inkişafını, xalqımızın zəngin mədəniyyətini öz gözləri ilə görəcək. “Jara” musiqi festivalı da məhz bu məqsədə xidmət edən çox uğurlu addımdır. Ona görə də bu gün bəzi maraqlı dairələrin festival ətrafında lüzumsuz müzakirələr açması, festivalın gözdən salınmasına xidmət edən “qara piar” kampaniyası həyata keçirmələri heç bir nəticə verməyəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58

