“Jara-2018” Beynəlxalq Musiqi Festivalı Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edir
28.07.2018 [09:34]
“Jara” hər şeydən əvvəl beynəlxalq musiqi festivalıdır və bunu mühüm incəsənət hadisəsi kimi qəbul etmək lazımdır. Ona siyasi don geyindirmək, siyasi eynəklə baxmaq düzgün deyil. Məsələyə bu kontekstdən yanaşa bilsək, görəcəyik ki, orda kiminsə iştirak edib-etməməsi ən sonuncu məsələlərdən biridir. Çünki söhbət musiqidən, incəsənətdən gedir. Bu musiqi hadisəsi, nəticə etibarilə, həm də Azərbaycan musiqisinin, mədəniyyətinin təbliğ olunmasına xidmət edir. Ona görə də bu məsələ ətrafında sosial şəbəkələrdə və bəzi media qurumları tərəfindən təşkil olunan süni ajiotaj yersizdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, bizim torpaqlarımızı işğal edən Ermənistandır və biz bu işğalçı ölkəyə görə hamı ilə düşmən ola bilmərik. Tam əksinə, problemin həlli üçün bizə dostlar lazım olduğunu deyən H.Babaoğlu əlavə edib ki, əgər bu gün Rusiya vətəndaşı olan, kürd mənşəli müğənni Azərbaycan mədəniyyətinə, musiqisinə, dünyada multikulturalizmin paytaxtı kimi qəbul edilən Bakımıza rəğbətini bildirirsə, buraya gəlmək maraqlıdırsa, doğma dilimizdə musiqi səsləndirmək istəyirsə, bunu normal qəbul etmək lazımdır. “Necə ola bilər ki, Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən, bütöv bir ili “Multikulturalizm İli” elan edən, “İslam Həmrəyliyi İli” elan edən və bunu əslində dinlərarası dialoqa çevirməyi bacaran bir ölkə onun mədəniyyətini və incəsənətini daha yaxından tanımağa çalışan bir incəsənət xadimini qəbul edə bilməsin”, - deyə müsahibimiz bildirib. Onun sözlərinə görə, Azərbaycan dünyada tolerantlıq, tərəfdaşlıq məkanı kimi tanınır. Ona görə bu cür məsələlərə bir qədər soyuqqanlı, təmkinli yanaşmaq daha obyektiv və realist düşünməyimizə gətirib çıxara bilər. Ancaq təəssüf ki, bəzi hallarda realist mövqedən çıxış edən şəxslər və qurumlar öz mövqelərinə görə hücuma məruz qalırlar.
Hikmət Babaoğlu əlavə edib ki, artıq “Jara” Beynəlxalq Musiqi Festivalı başlayıb və həmişə olduğu kimi bu dəfə də paytaxt sakinləri tərəfindən olduqca maraq və coşquyla qarşılanıb. İnanırıq ki, bu musiqi festivalı Azərbaycan incəsənətinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfəsini verən mühüm tədbirlərdən biri kimi yadda qalacaq.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

