/ / Din pərdəsi altında gizlənərək Azərbaycan əleyhinə çağırışlar səsləndirən radikal ekstremist qüvvələrin məqsədi ölkəmizdə sabitliyi pozmaqdır
Din pərdəsi altında gizlənərək Azərbaycan əleyhinə çağırışlar səsləndirən radikal ekstremist qüvvələrin məqsədi ölkəmizdə sabitliyi pozmaqdır
31.07.2018 [09:58]
Sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparan həmin dağıdıcı qüvvələrin fəaliyyəti iflasa məhkumdur
Məlum olduğu kimi, Azərbaycan tarix boyu fərqli dinlərin daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkə olub. Ölkəmizin dünya üçün tolerantlıq nümunəsi olması hər zaman xüsusi olaraq vurğulanır. Təbii ki, Azərbaycanda bu cür gözəl ab-havanın hökm sürməsi, ölkəmizdəki bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etmələri üçün şəraitin yaradılması xalqımızın üstün keyfiyyəti kimi çıxış edir.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər hüquqlarının təsbit olunması ölkəmizdəki tolerantlığın bariz sübutu sayılmalıdır. Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.
Çox təəssüf ki, son illərdə dünyanın ayrı-ayrı yerlərində radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin, həmin qüvvələrdən sosial sabitliyin pozulmasında, hökumətlərə təzyiqlərin göstərilməsində, islamofobiyanın yayılmasında istifadə edilməsinin şahidi oluruq. Digər tərəfdən, Avropada multikulturalizmin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşıdurmanı gücləndirir. Lakin bütün bunlarla yanaşı, Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgəyaşayışının şahidi oluruq. Bunun əsas səbəblərindən biri yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkan olmasıdır. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb.
Bütün bunlarla yanaşı, təəssüflər olsun ki, din pərdəsi altında gizlənmiş radikal-ekstremist qüvvələr ölkəmizdə sabitliyi pozmağa çalışırlar. Onlar sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparır, müxtəlif status, rəy və videomüraciətlərdə Azərbaycanda guya dini və milli azadlıqların, insan haqlarının pozulduğu, dindarların sıxışdırıldığı və s. kimi iddialar irəli sürülür. Sirr deyil ki, Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyası müəyyən məqsədlərə xidmət edir. Azərbaycan kütləvi informasiya vasitələri ölkəmizin sözügedən sahələrdəki real uğurlarını təbliğ edərkən isə həmin qüvvələr tərəfindən hədəfə alınır.
Məlumdur ki, tolerant ölkə olan Azərbaycan Cənubi Qafqaz regionunun lideridir. Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Azərbaycan başqa dövlətlərlə münasibətlərdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gəlir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Avroatlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu həm də bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir. Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, erməni diasporunun təsiri altında fəaliyyət göstərən, həmçinin Azərbaycanın sürətli inkişafından narahat olan bəzi qüvvələr ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün “qara piar” kampaniyası həyata keçirməkdədir. Sosial şəbəkələrdə aparılan bu kampaniyada isə son vaxtlar dini radikallar fəallaşıblar. Qeyd etdiyimiz kimi, burada məqsəd ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq və inkişafın qarşısını almaqdır. Eyni zamanda, konstitusion quruluşa qarşı çağırışlar etmək, qanuni siyasi hakimiyyəti hədəfə almaq və s. faktlar bu dairələrin məkrli niyyətlərinin göstəricisidir.
Əlbəttə ki, Azərbaycan cəmiyyəti kifayət qədər intellektualdır. Buna görə də radikal ünsürlərin çağırışlarına nəinki önəm verilmir, əksinə, cəmiyyətimizin müxtəlif təbəqələri onları birmənalı şəkildə rədd edir. Bu məsələdə xalqla iqtidar həmrəydir və Azərbaycan cəmiyyəti yekdil mövqe ifadə edir. Bu mövqe ondan ibarətdir ki, dindən siyasi məqsədlər üçün istifadə edərək, sosial mediada və digər vasitələrlə radikal çağırışlar səsləndirərək ölkəmizdə qarışıqlıq, xaos yaratmaq qeyri-mümkündür.
Nardar Bayramlı
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

