Bəhruz Quliyev: Yeni tariflərin tətbiqi siyasi manipulyasiya predmeti olmamalıdır
02.08.2018 [08:39]
“Hesab edirəm ki, ictimaiyyətin qiymət artımından irəli gələn narahatlığına əsas yoxdur. Azərbaycan dövləti öz vətəndaşının rifahı naminə bütün addımları hesablanılmış formada atır”. SİA-nın verdiyi məlumata görə, bunu “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev Tarif Şurasının qiymət artımı ilə bağlı son qərarına münasibət bildirərkən deyib.
Media Qrupunun rəhbəri açıqlamasında onu da bildirib ki, qonşu dövlətlərlə müqayisədə bizdə nəqliyyat sektorunda qiymətlər çox aşağıdır: “Tarif Şurasının açıqlamasında da göstərilib ki, hər hansı bir narahatlığa əsas yoxdur. Hesab edirəm, yeni tariflərin tətbiqini kimsə siyasi manipulyasiya predmetinə çevirirsə, bu, əsassızdır, uğursuz olacaq. Çünki xalq öz dövlətinin yanındadır. Dövlət tərəfindən atılan hər bir addım cəmiyyət tərəfindən müsbət qiymətləndirilir. Bu gün ölkənin nəqliyyat sistemi müasir standartlara uyğunlaşdırılıb və günün tələblərinə cavab verir. Hətta nəqliyyat sektorunda vahid kart sisteminin tətbiqi belə Azərbaycanın inkişaf etməsinin göstəricisidir. Bildiyiniz kimi, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Bu layihə Azərbaycanın dəmir yolu vasitəsilə beynəlxalq arenaya çıxışını təmin etdi. Ümumilikdə nəqliyyat sisteminin inkişafı dövlətin ən prioritet istiqamətlərindən birinə çevrilib”.
Bəhruz Quliyev həmçinin qeyd edib ki, əgər zərurətdirsə, qonşu dövlətlərlə, dünyada gedən proseslərlə uyğunlaşma gedirsə, bunu təbii qarşılamaq lazımdır: “Bu addımları hər hansı oyun alətinə, siyasi manipulyasiyaya çevirmək lazım deyil. Belə məqamlarda dövlət öz vətəndaşının hüquqlarını böyük həssaslıqla qoruyur. Kimsə süni qiymət artımına yol verərsə, öz marağı çərçivəsində çıxış edərsə, bunun qarşısı dövlət tərəfindən alınmalıdır və alınacaq”.
O, əlavə edib ki, bütövlükdə Tarif Şurası hər hansı bir qərar üzərində işləyərkən, ilk növbədə, həmin qərarın təhlilini aparır, sonra yekun nəticəyə gəlinir: “Əgər nəzərə alsaq ki, dövlət başçısı, Prezident İlham Əliyev xalqın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atır, dövlətimiz bu və ya digər şəkildə mühüm sosial layihələr reallaşdırır, bu zaman mövcud qiymət dəyişikliklərində heç bir problemin olmadığını əminliklə deyə bilərik”.
Xəbər lenti
Hamısına baxİdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55

