Nazirlər Kabinetinin “Twitter” səhifəsi açıldı
17.08.2018 [09:16]
Müasir dövrdə informasiya məkanında sosial şəbəkələrin rolu getdikcə artmaqdadır. Bu baxımdan dövlət qurumlarının rəsmi internet saytları ilə yanaşı sosial şəbəkələrdəki rəsmi səhifələri də informasiya təminatı və vətəndaş müraciətlərinin çevik cavablandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
İlk dövrlər sosial şəbəkələr arasında “Facebook” daha populyar olsa da, sonradan “Twitter” daha çox rəsmi və ciddi akademik dairələrin informasiya məkanına çevrilib. Bu gün dünyanın əksər ölkələrində həm ayrı-ayrı rəsmilərin, həm də dövlət qurumlarının və şirkətlərin “Twitter” hesabı ən operativ ilkin informasiya mənbəyi hesab olunur.
Azərbaycanda da dövlət qurumlarının bir çoxunun “Twitter” səhifəsi mövcuddur. Ölkəmizdə ilk “Twitter” səhifəsi yaradan dövlət orqanı 2011-ci ilin aprel ayında Prezident Administrasiyası olub. Hazırda Xarici İşlər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət, Rabitə və Yüksək Texnologiyalar, Vergilər, Müdafiə, Gənclər və İdman, Səhiyyə, Maliyyə, Energetika, İqtisadiyyat nazirliklərinin, Diasporla İş üzrə, Dini Qurumlarla İş üzrə, Ailə, Qadın və Uşaq Problemləri üzrə, Gömrük, Əmlak Məsələləri Dövlət komitələrinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Neft Şirkətinin, Neft Fondunun, “ASAN xidmət”in “Twitter” səhifəsi fəaliyyət göstərir.
Doğrudur, bunlardan bəziləri passiv təsir bağışlayır, bir neçəsi isə uzun müddətdir ki heç bir paylaşım etmir.
Bir sıra dövlət qurumlarının isə ümumiyyətlə “Twitter” hesabları mövcud deyil.
Bu mənada uzun illər müasir dövr informasiya resurslarından istifadə etməyən Nazirlər Kabinetinin “Twitter” səhifəsinin (@AzerbaijanNK) yaradıması xoş bir yenilikdir. Qeyd etmək lazımdır ki, Baş nazir Novruz Məmmədovun şəxsi “Twitter” hesabı 2011-ci ilin aprel ayından fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

