/ / Arzu Nağıyev: Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması Azərbaycan diplomatiyasının mühüm uğurudur
Arzu Nağıyev: Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması Azərbaycan diplomatiyasının mühüm uğurudur
18.08.2018 [09:19]
Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması Azərbaycan üçün böyük perspektivlər açır. Bildiyiniz kimi, indiyədək Türkmənistan qazının Xəzərin dibi ilə keçməsi ilə əlaqədar problem var idi. Artıq Konvensiyanın imzalanması ilə Türkmənistan qazı gələcəkdə TANAP xəttinə qoşularaq Avropaya çıxarıla biləcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev bildirib.
Bu tarixi sənədin imzalanmasında Azərbaycan diplomatiyasının rolunun danılmaz olduğunu deyən siyasi ekspert qeyd edib ki, yalnız “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu Konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib. “Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Konvensiyanın imzalanması ilə Xəzərdə müxtəlif layihələr birbaşa ölkəmizin iştirakı ilə həyata keçiriləcək”, - deyə A.Nağıyev vurğulayıb.
Ekspert qeyd edib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə su hövzəsində üzən gəmilər, su qurğularının hamısı məhz Azərbaycan və digər Xəzəryanı ölkələrin bayrağı altında üzəcək. Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.
Arzu Nağıyev vurğulayıb ki, vacib nüanslardan biri də Xəzəryanı dövlətlərin hərbi qüvvələrinin dənizdə balansının qorumasıdır və bundan başqa digər dövlətlərin hərbi gəmilərinin Xəzərə daxil olması üçün bütün dövlətlərin razılığının əldə edilməsidir. Bundan başqa, dənizin dibi və onunla bağlı həyata keçiriləcək iqtisadi layihələr də gündəmdə olacaq. Ümumiyyətlə Konvensiyaya görə Xəzərdə üzən bütün gəmilər ancaq beş dövlətin bayrağı altında üzə bilərlər.
Xəbər lenti
Hamısına baxAnalitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30

