Bakıda Özbəkistanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub
11.09.2018 [09:27]
Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 27-ci ildönümü münasibətilə sentyabrın 10-da rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov rəsmi qəbulda iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Səfir Şerzod Fayziyev tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O, Özbəkistanda həyata keçirilən islahatların əhəmiyyətindən söhbət açıb, bu islahatların ölkənin inkişafına xidmət etdiyini deyib.
Səfir vurğulayıb ki, Xəzəryanı ölkələrlə dostluq əlaqələrinin inkişaf etdirilməsi Özbəkistan üçün prioritetdir. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsinə önəm verdiyini qeyd edib. “Əməkdaşlığın inkişafında yeni mərhələnin şahidi oluruq. Sıx, etibarlı münasibətlərimiz dərin köklərə əsaslanır. Əminəm ki, əməkdaşlığımız dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirəcək. Münasibətlərimiz xalqlarımızın mənafeyinə uyğun olaraq gələcəkdə daha da inkişaf edəcək”, - deyə səfir bildirib.
Rəsmi qəbulda çıxış edən Baş nazir Novruz Məmmədov əlamətdar bayram münasibətilə Azərbaycan Prezidenti və Hökuməti adından Özbəkistan xalqını təbrik edib. Ölkələrimiz arasındakı əlaqələrin milli mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlandığını söyləyən Baş nazir münasibətlərimizin belə möhkəm təməllər üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin məmnunluq doğurduğunu vurğulayıb. O bildirib ki, ölkələrimiz arasında mövcud olan qarşılıqlı siyasi etimad və dialoq əməkdaşlığımızın daha da inkişafına və dərinləşməsinə zəmin yaradır.
Əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının səmimi münasibətlərinin rolunu qeyd edən Novruz Məmmədov qardaş Özbəkistanın dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində, sosial-iqtisadi sahədə əldə etdiyi uğurların, onun beynəlxalq aləmdə artan nüfuzunun bizi sevindirdiyini söyləyib. Baş nazir ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolunu vurğulayıb.
Azərbaycanın öz tərəfdaşları ilə birgə bütün istiqamətlərdə böyük nəqliyyat və enerji infrastrukturu layihələrini həyata keçirdiyini söyləyən Baş nazir Asiyadan Avropaya yükdaşımalarda ən qısa yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun Özbəkistan üçün əlverişli imkan olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin genişlənməsi və dərinləşməsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan iqtisadi-ticari, humanitar, təhlükəsizlik, elm, təhsil, incəsənət gənclər və idman sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsində maraqlıyıq.
Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında humanitar əlaqələrin inkişafında mühüm rolunu qeyd edən Novruz Məmmədov, bu baxımdan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə tərcümə edilərək nəşr olunmasının əhəmiyyətini vurğulayıb.
Baş nazir bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda da fəal qarşılıqlı dəstək nümayiş etdirirlər. Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə nümayiş etdirdiyi dəstəyi yüksək qiymətləndiririk.
Novruz Məmmədov ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

