Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib
26.09.2018 [09:10]
Sentyabrın 25-də Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi ziyafətdə iştirak edib.
Əvvəlcə İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış edib.
Birinci vitse-prezident qonaqları salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salıb. Diqqətə çatdırıb ki, həmin dövrdə ölkəmiz üçün çox vacib addımlar atıldı: Azərbaycanda demokratiya institutları formalaşmağa başladı, azad seçkilər nəticəsində çoxmilli və çoxpartiyalı parlament yaradıldı, ölkəmiz üçün bir sıra vacib qanunlar qəbul edildi, milli ordumuz yarandı. “Biz ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Azərbaycanda və tərəfdaş ölkələrdə geniş şəkildə qeyd olunur”, - deyən Birinci vitse-prezident belə bir gecənin Azərbaycana dost olan İtaliyada, bu ölkənin gözəl paytaxtında - Romada keçirilməsindən məmnunluğunu ifadə edib.
Bu gün Azərbaycanın zəngin, qədim tarixə və mədəniyyətə malik olduğunu, Şərqlə Qərb arasında - qədim İpək Yolu üzərində yerləşdiyini deyən Mehriban Əliyeva əsrlər boyu burada müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, millətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını vurğulayıb. “Biz fəxr edirik ki, bu ənənələr bu gün də qorunub saxlanılır. Azərbaycanda multikulturalizm, dözümlülük, qarşılıqlı hörmət artıq həyat tərzidir”, - deyən Birinci vitse-prezident bu gün ölkəmizin dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınmasının təsadüfi olmadığını, Azərbaycanda millətlərarası dialoqun qurulmasına həsr olunan bir sıra beynəlxalq tədbirlərin keçirildiyini və belə tədbirlərin BMT, UNESCO, ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini vurğulayıb.
Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərdən danışan Mehriban Əliyeva müxtəlif sahələrdə əldə edilən uğurları qeyd edib. Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artdığını deyən Birinci vitse-prezident 2011-ci ildə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini, Azərbaycanın həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğunu, 2008-ci ildə Bakı şəhərində Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin görüşünün təşkil olunduğunu, bu təşəbbüsə “Bakı Prosesi” adının verildiyini bildirib. Vurğulayıb ki, “Bakı Prosesi” xalqlar və millətlər arasında səmərəli dialoq qurmağa xidmət edir.
İtaliya-Azərbaycan münasibətlərindən danışan Mehriban Əliyeva bildirib ki, əlaqələrimiz strateji tərəfdaşlıq əsasında inkişaf edir, həm siyasi, həm də iqtisadi sahədə uğurlu əməkdaşlıq qurulub. Bu gün Azərbaycanda çox sağlam investisiya mühitinin mövcudluğunu bildirən Birinci vitse-prezident İtaliyanın iş adamlarını ölkəmizə dəvət edib.
Humanitar sahədəki əlaqələrə xüsusi toxunan Birinci vitse-prezident son illər Azərbaycandan İtaliyaya təhsil almaq üçün gedən tələbələrin sayının artdığını xoş hal kimi dəyərləndirib. Həm Azərbaycanda, həm də İtaliyada qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini, müxtəlif sərgilərin, konsertlərin, görüşlərin baş tutduğunu söyləyib. “Mən qeyd etmək istəyirəm ki, Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəviyə ucaldılan abidə Azərbaycan xalqı tərəfindən çox böyük hörmətlə qarşılanır və çox yüksək qiymətləndirilir”, - deyən Mehriban Əliyeva bu sahədə gələcəkdə də əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın Birinci vitse-prezidenti “Milan Ekspo” sərgisində Azərbaycan pavilyonunun ən çox ziyarət edilən pavilyonlardan biri olduğunu qeyd edərək bildirib ki, ölkəmiz “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyini irəli sürüb. “Bizim bu sahədə böyük təcrübəmiz var. Bakıda, paytaxtımızda dəfələrlə böyük beynəlxalq tədbirlər keçirilib və ümidvaram ki, əgər bizim namizədliyimiz qalib gəlsə, biz gözəl bir beynəlxalq tədbir keçirməyə nail olacağıq”, - deyən Mehriban Əliyeva İtaliyanın bu sahədəki təcrübəsinin əhəmiyyətini də vurğulayıb.
İtaliyanın iqtisadiyyat və maliyyə naziri Covanni Trian ziyafətdə çıxışında maddi və mədəni zənginliyə malik Odlar Yurdu Azərbaycanın böyük təbii ehtiyatlarının olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan bu təbii ehtiyatlardan səmərəli istifadə edərək ölkənin sürətli inkişafına nail ola bilib və dünya iqtisadiyyatında mühüm rol oynayır.
Bu gün Azərbaycanda təhsilə, elmə böyük diqqətin ayrıldığını bildirən nazir cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinin əhəmiyyətinə toxunub. O, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bu uğurların əsasında Azərbaycan rəhbərliyinin insan kapitalına böyük diqqət yetirdiyinin durduğunu deyib. Nazir “Ekspo-2025”ə Bakının namizədlik üçün seçdiyi mövzunun “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olduğunu xatırladaraq onun əhəmiyyətini vurğulayıb.
Azərbaycan-İtaliya əlaqələrindən bəhs edən Covanni Trian 2017-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirib və bu gün ölkələrimiz arasında əlaqələrin genişləndiyini məmnunluqla vurğulayıb. O qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox mühüm ölkədir. Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan sabitlik məkanıdır, qədim İpək Yolunun mərkəzindədir.
Nazir bildirib ki, bu gün Azərbaycan zəngin mədəniyyətinə, qədim adət-ənənələrinə əsaslanaraq yeni təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər mədəniyyətlər və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edir.
Heydər Əliyev Fondunun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələrdən danışan nazir bunlara görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. O, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində əməkdaşlığın genişləndirildiyini bildirib, Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb. “Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atır. Bizim strateji tərəfdaşlığımız ticari əlaqələrimizin möhkəmlənməsinə töhfə verir. Biz sənaye sahələrinə qarşılıqlı sərmayələr yatırırıq, biz birgə çalışırıq”, - deyə nazir Covanni Trian vurğulayıb.
Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair sənədli film nümayiş etdirilib.
Ziyafət Azərbaycan musiqilərindən ibarət konsert proqramı və milli mətbəximizin nümunələrinin təqdimatı ilə davam etdirilib.
Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi maraqla qarşılanıb.
Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol, onun yaradıcıları və qazandığı uğurlar barədə məlumat verilir. Burada, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, diplomatik uğurları, o dövrdə hərbi, mədəni, sənaye sahələrində həyata keçirilən islahatlar barədə də geniş məlumatlar yer alıb. Sərgidə, eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpası, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkəmizin qazandığı nailiyyətlərlə bağlı məlumatlar təqdim olunur.
Sərgidə Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də nümayiş etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

