“Azerspace-2” peykinin orbitə çıxarılması Azərbaycanın növbəti böyük uğurudur
27.09.2018 [09:18]
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir
Sentyabrın 26-da müstəqil Azərbaycanın həyatında daha bir əlamətdar hadisə yaşanıb - Prezident İlham Əliyevin rəhbərliyi ilə ərsəyə gələn, Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” telekommunikasiya peyki Bakı vaxtı ilə saat 2:38 radələrində Fransa Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb. Peyk Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5” daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.
“Azərkosmos” ASC-dən verilən məlumata əsasən, “Azerspace-2” peyki ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Azerspace-2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib. Dövlət başçısı üçüncü peykin orbitə buraxılmasını ölkəmizin, növbəti qələbəsi, dövlətimizin növbəti uğuru kimi səciyyələndirərək vurğulayıb: “Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir”.
Azərbaycanın üçüncü peykinin orbitə buraxılması əlamətdar tarixlər ərəfəsində baş tutub. Məlum olduğu kimi, 2018-ci ildə respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Eyni zamanda, gələn ay respublikamızın müstəqilliyinin bərpasının 27-ci ildönümü qeyd ediləcək. Prezident İlham Əliyev xalqımıza ünvanladığı təbrikində bildirib ki, biz “Azerspace-2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik.
Azərbaycanın orbitə çıxardığı peyklərin informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyəti var
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın qısa müstəqillik tarixində kosmik sənayeyə malik dövlətə çevrilməsi və dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar ölkəmizin dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir. ASC-nin yaradılmasından təxminən 3 il sonra, 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarılıb. “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, 2018-ci il sentyabrın 26-da Azərbaycanın sayca üçüncü peyki - “Azerspace-2” telekommunikasiya peyki uğurla orbitə buraxılıb.
Azərbaycanın orbitə çıxardığı peyklərin ölkəmizin milli təhlükəsizliyi, o cümlədən də informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyəti var. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev “Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir”, - deyə vurğulayıb.
Azərbaycan kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığını dərinləşdirir
Müasir və nümunəvi inkişaf modelinə malik olan Azərbaycanın beynəlxalq əlaqələri getdikcə genişlənir. Ölkəmizin dünya kosmos ailəsinin üzvlüyünə daxil olması da xarici tərəfdaşlarla sıx işbirliyi çərçivəsində mümkün olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos”un fəaliyyəti beynəlxalq əməkdaşlığa yaxşı nümunədir. Hazırda “Azərkosmos” dünyaya telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos”un xidmətlərinin alıcıları əsasən xarici ölkələrdəki qurumlar olduğundan onun fəaliyyəti ixraca istiqamətlənib. Belə ki, şirkətin idarəçiliyində olan “Azerspace-1” peykinin gəlirlərinin 80 faizi, “Azersky” peykinin gəlirlərinin 98 faizi xarici bazarlarda formalaşır. “Azərkosmos”un hazırda dünyanın 25-ə yaxın ölkəsində 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu sabit müştəri bazası mövcuddur. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes tərəfdaş olaraq “Azərkosmos”u seçir.
“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Qeyd edək ki, “Azerspace-2” peyki hələ orbitə buraxılmamış onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.
Kosmik sənayedə əldə edilən uğurlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını stimullaşdırır
Ölkəmizin kosmik sənayedə əldə edilən uğurları iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının stimullaşdırılması baxımından da böyük önəm daşıyır. Orbitə çıxarılan peyklərin kommersiya xarakterli fəaliyyətindən ölkəmiz böyük həcmlərdə valyuta qazanır. Ümumiyyətlə isə “Azerspace-1” peykinin 15 il istismar müddəti ərzində 650 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Dəyəri 190 milyon ABŞ dollarına bərabər olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına gətirəcəyi gəlir isə 400 milyon ABŞ dolları həcmində proqnozlaşdırılır.
Ölkəmizin kosmik sənayedə əldə etdiyi uğurlar qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Təsadüfi deyil ki, bu ilin səkkiz ayının göstəricilərinə görə, Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artmışdır”.
Azərbaycanın orbitə çıxardığı peyklərin ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına müsbət təsirindən söhbət açarkən “Azersky” peykinin rolunu da xüsusi vurğulamaq lazımdır. Artıq bir neçə ildir ki, uğurla istismar olunan “Azersky” müşahidə peyki dünyanın istənilən nöqtəsində baş verən hadisələri müntəzəm izləməyə imkan yaradır. Bütövlükdə, peyklərin orbitə çıxarılması infrastruktur layihələrinin icrası və mövcud infrastrukturun qorunması baxımından böyük əhəmiyyətə malikdir. “Azersky”ın bu kimi üstünlüklərini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Eyni zamanda, “Azersky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azersky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk”.
Deyilənlərdən də göründüyü kimi, Azərbaycanın özünün kosmik sənayesini inkişaf etdirməsi ölkəmizin qarşısında yeni, daha geniş imkanlar açır. Azərbaycan güclü dövlətdir və qarşıya qoyduğu bütün məqsədlərə çatır. Sentyabrın 26-da “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması müstəqil respublikamızın növbəti tarixi qələbəsidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

