/ / Yaddaşlarda yaşayanlar: Murtuz Ələsgərov Ulu öndərin yaxın silahdaşlarından biri, görkəmli dövlət xadimi idi
Yaddaşlarda yaşayanlar: Murtuz Ələsgərov Ulu öndərin yaxın silahdaşlarından biri, görkəmli dövlət xadimi idi
27.09.2018 [09:33]
Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından, “91-lər” hərəkatının fəallarından olan Milli Məclisin sabiq sədri, görkəmli dövlət xadimi Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir. AZƏRTAC parlament tariximizdə özünəməxsus yer tutmuş Murtuz Ələsgərovun həyat yoluna və çoxşaxəli fəaliyyətinə nəzər salıb.
Murtuz Ələsgərov müstəqil Azərbaycanın dövlətçilik tarixində böyük xidmətləri olan ictimai-siyasi xadim idi. O, milli parlamentin formalaşmasında əvəzsiz rol oynayıb. Eyni zamanda, hüquq elmləri üzrə zəngin bilik və təcrübəyə malik alim, ləyaqətli ziyalı kimi xatırlanır. Azərbaycan dövlətçiliyinin qurulmasına və inkişafına dəyərli töhfələr vermiş görkəmli şəxsiyyətlər arasında Murtuz Ələsgərovun özünəməxsus yeri var. Təsadüfi deyil ki, bu gün onun adı Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri kimi hörmət və ehtiramla çəkilir.
Silahdaşlıq missiyası
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə gərgin ictimai-siyasi proseslər cərəyan edirdi. Ovaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin başlaması, xarici müdaxilələr respublikanı, sözün əsl mənasında, böyük fəlakətlərlə üz-üzə qoymuşdu. Belə ağır bir dövrdə Azərbaycan xalqı, ölkənin qabaqcıl ziyalıları müdriklik göstərərək dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdilər. Əlbəttə, bu, həmin dövr üçün olduqca təhlükəli addım idi. Çünki Heydər Əliyev və Onun yaxın tərəfdarları daim təzyiqlərlə üzləşir, təqiblərə məruz qalırdılar. Azərbaycan xalqına düşmən olan bəzi qüvvələr də Heydər Əliyev şəxsiyyətindən açıq-aşkar çəkinir, hər vəchlə Ulu öndərin yenidən hakimiyyətə gəlməsinin qarşısını almağa çalışırdılar. Amma xalqın güclü iradəsi bütün təhdidlərin qarşısını aldı və Heydər Əliyev Azərbaycanda hakimiyyətə dəvət olundu. Murtuz Ələsgərov həmin dövrdə və ondan sonrakı illərdə Ümummilli lider Heydər Əliyevin sadiq silahdaşlarından birinə çevrildi.
“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının müəlliflərindən biri olan Murtuz Ələsgərov hər zaman əqidəsinə sadiqliyi ilə seçilən ziyalı idi. O, xalqımızın çətin anlarında, taleyüklü məsələlərin həllində dərin zəkasını, bilik və bacarığını ortaya qoyub, milli mənafeyin müdafiəsinə qalxıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın ağır günlərində ölkəmizin tanınmış vətənpərvər ziyalıları dahi siyasətçi Heydər Əliyevin müdrikliyinə, uzaqgörənliyinə, vətənpərvərliyinə və qətiyyətinə güvənərək, Ondan xalqa yol göstərməsini, xilaskarlıq missiyasını yerinə yetirməsini xahiş edib, bununla bağlı müraciət ünvanladılar. Hər kəs inanırdı ki, xalqımızı tarixin bu çətin sınağından çıxara biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Ulu öndərə ünvanlanan müraciətə imza atanlar arasında Murtuz Ələsgərovun adı birincilər sırasında idi. Hələ Heydər Əliyev Naxçıvanda olarkən dəfələrlə Onun görüşünə getmiş, taleyüklü məsələlərlə bağlı fikir mübadiləsi aparmışdı.
Beləliklə, o dövrün ağır imtahanlarından şərəflə çıxan Murtuz Ələsgərov Ulu öndərin sədaqətli silahdaşlarından biri olaraq ömrünün sonunadək bu missiyasını ləyaqətlə yerinə yetirdi.
Beynəlxalq hüquq sahəsində ilk azərbaycanlı alim
Murtuz Ələsgərov hələ kiçik yaşlarından möhkəm iradəli, vətənpərvər ruhlu, xalqına və vətəninə bağlı, ədalətli insan kimi formalaşır, qanunların keşiyində durmaq, insanların hüquqlarını müdafiə etmək arzusu ilə yaşayırdı. Bu arzu onu 1945-ci ildə respublikanın ən mötəbər ali təhsil ocağı olan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə gətirib çıxardı. 1950-ci ildə bu fakültəni fərqlənmə diplomu ilə bitirən Murtuz Ələsgərov hüquq elmini daha dərindən mənimsəmək məqsədilə Moskvaya gedir. SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasına qəbul olunaraq beynəlxalq hüquq sahəsində elmi araşdırmalara başlayır. Vətənə qayıdaraq Azərbaycan Dövlət Universitetində əvvəlcə Dövlət hüququ kafedrasında baş müəllim və dosent kimi çalışır. Sonradan universitetin Beynəlxalq hüquq kafedrasının müdiri vəzifəsinə seçilir və 8 il bu kafedraya rəhbərlik edir.
Beynəlxalq hüquq sahəsində ilk azərbaycanlı elmlər namizədi olan Murtuz Ələsgərov 1968-ci ildə Azərbaycan Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edib və hüquq elmləri doktoru elmi dərəcəsi alıb. 1969-cu ildə isə ona beynəlxalq hüquq ixtisası üzrə professor elmi adı verilib.
O, beynəlxalq hüquq sahəsində dünya miqyasında da tanınmış alimlərdən biri idi. Bu sahədə biliklərini daim genişləndirir, beynəlxalq konfranslarda, simpoziumlarda dərin məzmunlu məruzələrlə çıxış edirdi.
Murtuz müəllimin onlarla dərslik və monoqrafiyası, 200-dən çox elmi əsəri çap olunub, onun rəhbərliyi ilə iyirmi nəfər namizədlik dissertasiyası müdafiə edib. Onların arasında Çin, Vyetnam, İraq, İran, Banqladeş və digər Afrika ölkələrinin vətəndaşları da var. Həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olan Murtuz Ələsgərov 1993-1996-cı illərdə bu ali təhsil ocağının rektoru işləyib.
Ulu öndər Heydər Əliyev Murtuz Ələsgərova bir peşəkar hüquqşünas kimi hər zaman böyük etimad göstərirdi. Təsadüfi deyildi ki, 1995-ci ildə Prezident Heydər Əliyevin Sədrliyi ilə müasir dövrün tələblərinə uyğun, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunu təmin edən Konstitusiya layihəsinin hazırlanması məqsədilə yaradılan Komissiyanın üzvlərindən biri də Murtuz Ələsgərov idi.
Görkəmli dövlət xadimi
Hər zaman öz işgüzarlığı və prinsipiallığı ilə seçilən Murtuz Ələsgərov elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ölkəmizdə baş verən ictimai-siyasi proseslərdə də fəallıq nümayiş etdirir, insanları narahat edən məsələlərin ədalətli həllinə çalışırdı. O, 1990-cı illərin əvvəllərində Ulu öndərin rəhbərliyi ilə yaradılan, bu gün regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının (YAP) formalaşdırılmasında və təşkilatlanmasında yaxından iştirak edib və uzun müddət partiyanın sədr müavini kimi fəaliyyət göstərib. Heydər Əliyev ideyalarının reallığa çevrilməsi üçün var qüvvəsini əsirgəməyib.
Öz elmi, ictimai-siyasi fəaliyyəti ilə insanlar arasında nüfuz qazanmış, fəal ziyalı mövqeyinə malik professor Murtuz Ələsgərov 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlament fəaliyyəti dövründə ölkənin qanunvericilik bazasının yaradılmasında və möhkəmləndirilməsində yaxından iştirak edib. 1996-cı il oktyabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilib və on ilə yaxın müddətdə bu vəzifəni layiqincə yerinə yetirib. O, respublikamızda qanunvericilik sisteminin konstitusion prinsiplər əsasında təkmilləşdirilməsinə önəmli töhfələr verib, həmçinin hüquqi dövlət quruculuğu sahəsində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində mühüm xidmətlər göstərib.
Murtuz Ələsgərov həm elmi, həm də ictimai-siyasi fəaliyyətinə görə yüksək dövlət mükafatlarına layiq görülüb. “İstiqlal” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Müstəqil Dövlətlər Birliyinin “Sodrujestvo” ordeni, Rusiya Federasiyasının “Dostluq” ordeni ilə, digər fəxri adlar və mükafatlarla təltif edilib.
Xalqına sədaqətlə xidmət etmiş görkəmli ictimai-siyasi xadim, Azərbaycan elminin və təhsilinin inkişafına böyük töhfələr vermiş alim-pedaqoq Murtuz Ələsgərovun əziz xatirəsi onu tanıyanların xatirəsində yaşayır və yaşayacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

