/ / Milli Məclisdə “Vahid Rusiya Gənclər Qvardiyası” Ümumrusiya İctimai Təşkilatının nümayəndələri ilə görüş keçirilib
Milli Məclisdə “Vahid Rusiya Gənclər Qvardiyası” Ümumrusiya İctimai Təşkilatının nümayəndələri ilə görüş keçirilib
29.09.2018 [10:32]
Ölkəmizdə səfərdə olan “Vahid Rusiya Gənclər Qvardiyası” Ümumrusiya İctimai Təşkilatının nümayəndələri sentyabrın 28-də Milli Məclisdə Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, komitə sədri Əli Hüseynli ölkələrimizin parlamentləri arasında sıx əlaqələrin mövcud olduğunu deyib. Bildirib ki, parlamentlərimiz arasında qanunvericilik fəaliyyətində səmərəli təcrübə mübadiləsi aparılır. “Hər iki ölkənin parlamentlərində gənclər də təmsil olunur. Azərbaycan ilə Rusiya gəncləri arasında əməkdaşlığın inkişaf etdirilməsi və bu cür səfərlərin təşkili müsbət haldır”, - deyə Əli Hüseynli vurğulayıb.
Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin sentyabrın 27-də IX Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsinin, Prezident Vladimir Putinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, iki ölkənin gənclər təşkilatları arasında da əlaqələr müsbət dinamika ilə inkişaf edir.
Azərbaycanın multikultural, tolerant ölkə olduğunu diqqətə çatdıran M.Zabelin qeyd edib ki, ölkəmizdə bütün xalqların nümayəndələri, o cümlədən rus icmasının üzvləri üçün hər cür şərait yaradılıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Rusiya Azərbaycanın dost, qonşu ölkəsidir. Qeyd edib ki, Azərbaycan əhalisinin çoxu rus dilini bilir və ölkəmizdə rus dilinə, mədəniyyətinə böyük hörmət var.
Deputatlar Sevinc Hüseynova, Azər Badamov Azərbaycandakı multikulturalizm ənənələrindən, ölkəmizdə rus dilinə göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Koordinasiya Şurasının üzvü, “Vahid Rusiya Gənclər Qvardiyası” Ümumrusiya İctimai Təşkilatının Tatarıstan regional şöbəsinin rəhbəri Dinar Bariyev bu səfərin mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycan və Rusiya gəncləri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57

