Hikmət Babaoğlu: Rusiyanın rəsmi siyasətini zatulinlər müəyyən etmirlər
06.10.2018 [10:44]
Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin ilk dəfə deyil ki, Ermənistanın işğalçılıq siyasətini və erməni separatizmini dəstəklədiyini nümayiş etdirir. Hər şeydən əvvəl belə mövqe Zatulinin təmsil olunduğu siyasi fraksiyanın və Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir. Azərbaycan və Rusiya qədim tarixi kökə malik olan tərəfdaşlardır. Hazırda hər iki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Əgər bölgədə Azərbaycan ilə Rusiyanın qarşılıqlı əlaqələri və təhlükəsizliklə bağlı ortaq tədbirləri olmasa, regional təhlükəsizlikdən söhbət belə gedə bilməz. Elə bu yaxınlarda MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında bir daha MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması, iqtisadi əlaqələrin dərinləşdirilməsi, humanitar, mədəni və hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident Vladimir Putinin ölkələrarası əməkdaşlığı dəstəklədiyi bir vaxtda Zatulinin bu cür məsuliyyətsiz açıqlamaları həm də Rusiyanın rəsmi siyasətinin əleyhinə olan yanaşma kimi dəyərləndirilməlidir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyət göstərir. Çox təəssüf ki, Zatulin bunları nəzərə almadan, sadəcə, erməni lobbisinin təsiri altında separatçıları dəstəkləməkdə davam edir. Bilirik ki, bu, birinci hadisə deyil. Vaxtilə qondarma “Dağlıq Qarabağ Respublikası” adlandırılan qurumun təşkil etdiyi siyasi şouda da müşahidəçi kimi iştirak etmişdi və yenə işğalçıları dəstəkləyən bəyanatlar vermişdi. Yaxşı olardı ki, Zatulin Ermənistanda və Dağlıq Qarabağda olarkən orada soydaşlarının olub-olmaması ilə də maraqlanaydı. Onlar necə yaşayırlar, rus dilinə və mədəniyyətinə münasibət necədir? Axı Zatulinin Dövlət Dumasında tutduğu vəzifələrdən biri də Rusiyadan kənarda yaşayan soydaşlarla əlaqələr üzrə komitə sədrinin müavinidir. “Mən əminəm ki, axtarsa belə nə Qarabağda, nə də Ermənistanın əksər ərazilərində bir dənə də olsun rus millətinin nümayəndəsini tapa bilməzdi”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Deputat əlavə edib ki, rus mədəniyyətinə və dilinə münasibətə gəldikdə isə, Zatulin ermənilərin bu məsələlərə necə aqressiv yanaşdıqlarını müşahidə etmiş olardı. Çünki Njde Qaregin kimi bir faşistə heykəl ucaldan ölkədə rus tapmaq olduqca çətindir. Hazırda Ermənistan işğalçılıq siyasətinə Rusiyadakı Zatulin kimi adamlardan dəstək almaqla bəraət qazandırmağa çalışır.
Milli Məclisin deputatı deyib: “Yaxşı olardı ki, Zatulin, ilk növbədə, Rusiyanın həqiqi dostunun, müttəfiqinin kim olduğunu dərk etsin və mövqeyini həqiqətən rus xalqının maraqları ilə uzlaşdıra bilsin”.
Son dövrlərdə Rusiya-Azərbaycan münasibətlərinin daha da dərinləşdiyini deyən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, bu yaxınlaşma, heç şübhəsiz, regionda iqtisadi inteqrasiyanı gücləndirməklə yanaşı, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll olunması üçün yeni şərtlər formalaşdırır. Görünür, Zatulinin bu cür təxribatçı bəyanatlar verməsinə səbəb də onun ermənipərəst mövqeyidir və o, Rusiya-Azərbaycan münasibətlərinin inkişafını istəmir. Əlbəttə ki, zatulinlər Rusiya Federasiyasının rəsmi siyasətini müəyyən edən şəxslər deyil. Rusiya-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək, regionda ədalətli və qalıcı sülhün bərqərar olması üçün hər iki ölkə əlindən gələni edəcəkdir.
Xəbər lenti
Hamısına baxSosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 14:57
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58

