Çinin nüfuzlu “Global Times” qəzeti AZƏRTAC ilə əməkdaşlıq etmək istəyir
17.10.2018 [08:39]
Çin Kommunist Partiyasının rəsmi mətbu orqanlarından biri olan nüfuzlu “Global Times” qəzeti Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC ilə əməkdaşlıq etmək istəyir.
Bu fikri qəzetin baş redaktorunun müavini Li Cien AZƏRTAC-ın bu ölkədə ezamiyyətdə olan Siyasi və rəsmi xəbərlər redaksiyasının bölmə müdiri Vüqar Əliyev və agentliyin xüsusi müxbiri Şahin Cəfərov ilə görüşdə deyib.
Qəzet barədə ətraflı məlumat verən Li Cien bildirib ki, “Global Times” Çində oxucu sayının çoxluğuna görə Sinxua xəbər agentliyindən və gündəlik “Jenmin Jibao” qəzetindən sonra üçüncü yeri tutur. O, gündəlik tirajı 1,7 milyon nüsxəyə çatan “Global Times”ın fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı söhbət açıb. Bildirib ki, qəzetin 30-dan çox xarici ölkədə müxbir məntəqəsi fəaliyyət göstərir. Çin dilində 1993-cü ildən nəşrə başlayan qəzetin ingilis dili versiyası 2009-cu ildən çap olunur. İngilis dili versiyasının ABŞ, Avropa, Asiya və Afrika üçün ayrıca nəşrləri də var.
AZƏRTAC-ın bölmə müdiri Vüqar Əliyev agentliyin tarixi, keçdiyi inkişaf yolu və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyi olan AZƏRTAC 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. AZƏRTAC rəsmi məlumatlarla bərabər, Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır. O, həmçinin agentliyin foto və video saytları, uşaq portalı, sosial şəbəkələrdə fəaliyyəti barədə söhbət açıb.
Agentliyin xüsusi müxbiri Şahin Cəfərov AZƏRTAC-ın beynəlxalq əlaqələri barədə ətraflı danışıb. Vurğulayıb ki, hazırda Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edən AZƏRTAC-ın 21 xarici ölkədə xüsusi müxbir məntəqəsi fəaliyyət göstərir. O, həmçinin AZƏRTAC-ın Çin dilində xəbərlər xidməti, agentliyin Çindəki müxbir məntəqəsinin fəaliyyəti, bu ölkənin nüfuzlu informasiya qurumları, o cümlədən Sinxua ilə əməkdaşlığı barədə məlumat verib.
Qəzetin baş redaktor müavini Li Cien “Global Times” qəzetinin hazırda sürətlə inkişaf edən Azərbaycanın dövlət informasiya agentliyi ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu vurğulayıb. O, “The Global Times” qəzeti ilə AZƏRTAC arasında peşəkar əməkdaşlıq haqqında anlaşma memorandumunun layihəsini təqdim edib.
Görüşdə, həmçinin Azərbaycan-Çin əlaqələrinin inkişafında medianın rolundan, ölkələrimizin kütləvi informasiya vasitələrinin mövcud münasibətlərindən danışılıb.
Xəbər lenti
Hamısına baxAnalitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20

