Paraqvayın SNT televiziya kanalı Azərbaycan haqqında reportaj yayımlayıb
03.11.2018 [10:50]
Paraqvayın geniş tamaşaçı auditoriyasına malik olan SNT televiziya kanalı Azərbaycan haqqında reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda ispandilli tamaşaçılara Azərbaycan haqqında ətraflı məlumat verilir.
Reportajın yayımlandığı verilişdə çıxış edən müəllif Karlos Troçe əvvəlcə Azərbaycana səfərinin təəssüratlarından danışır. O bildirir ki, Azərbaycan Xəzər dənizinin sahilində, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, enerji resursları ilə zəngin, uzaq məsafədə yerləşməsinə baxmayaraq Latın Amerikası dövlətləri, xüsusilə də Paraqvay ilə əlaqələrin genişləndirilməsində maraqlı olan bir ölkədir. Azərbaycanın Argentinada səfirliyi fəaliyyət göstərir, gələcəkdə Paraqvayda konsulluğunun açılması nəzərdə tutulur. Son vaxtlar Azərbaycan ilə Paraqvay arasında əlaqələr intensivləşir. Hər iki ölkənin bir-birinə diqqətini cəlb edən məqamlar var.
Karlos Troçe Azərbaycana səfərinin və reportajı hazırlamaqda məqsədinin Latın Amerikası ölkələrinin xalqlarını bu ölkə ilə yaxından tanış etmək olduğunu bildirir. O, Azərbaycan ilə Latın Amerikası ölkələri arasında münasibətlərin genişlənməsinin tərəflər üçün faydalarını qeyd edir.
Reportajda Azərbaycanın tarixinə qısa ekskursiya edilir, əlverişli coğrafi mövqeyi, mədəniyyəti, adət-ənənələri barədə məlumat verilir. Bildirilir ki, ötən əsrin əvvəllərində Azərbaycan dünya neft bazarındakı neftin yarısını təmin edib. Azərbaycan çox zəngin, tolerant, dünyəvi bir ölkədir. Azərbaycan enerji resurslarından əldə olunan gəlirləri ölkənin inkişafına sərf edir. Paytaxt Bakıdakı tikililər həm qədimliyi, həm də müasirliyi ehtiva edir. Azərbaycan Latın Amerikası ölkələri, xüsusilə də Paraqvay ilə ticari-iqtisadi, mədəni əlaqələrini genişləndirir. Azərbaycan Paraqvaydan ət idxalında maraqlıdır.
Reportajda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Azərbaycan ilə Latın Amerikası ölkələri, xüsusilə Paraqvay arasında əlaqələrin inkişafına dair fikirlərinə də yer verilir. Əli Həsənov deyir: “Əgər siz Azərbaycanda fəaliyyət göstərən restoranları gəzsəniz, əminəm ki, Paraqvaydan idxal olunan ətdən istifadə edildiyini görəcəksiniz. İndi qida təhlükəsizliyinə nəzarət edən qurum ət idxalının təminatına da nəzarət edir. Düşünürəm ki, biz gələcəkdə də bu sahədə əməkdaşlıq edəcəyik”.
Müəllif qeyd edir ki, Azərbaycan tərəfi, öz növbəsində, paraqvaylı gənclərə ölkədə bakalavr və magistr pillələrində təhsil üçün təqaüd almaq imkanı yaradır. Azərbaycanın sürətli inkişafının əsas səbəblərindən biri də neft və qaz ixracından gələn gəlirlərin bir hissəsini təhsilə yatırmasıdır. Ölkədə yoxsulluğun səviyyəsi 5 faizə qədər azalıb, işsizliyin səviyyəsi də demək olar ki, sıfıra düşüb.
Reportajda Prezidentin köməkçisi Əli Həsənov qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda siyasi, iqtisadi, energetika baxımından lider ölkədir. Biz əlaqələrimizin inkişaf etməsini istəyirik. Azərbaycanla Paraqvay arasında əlaqələrin dərinləşməsi təkcə sərmayə baxımından deyil, texnologiya, təhsil sahələrində də əməkdaşlığa təkan verəcək.
Verilişin aparıcısının “Biz Azərbaycana necə gedə, viza məsələlərini necə həll edə bilərik” sualına cavabında Karlos Troçe deyir: “Bayaq dediyim kimi, Azərbaycanın Argentinada səfirliyi fəaliyyət göstərir. Paraqvaydan Azərbaycana səfər etmək üçün isə Argentinaya getməyə ehtiyac yoxdur. Azərbaycanda “ASAN viza” sistemi fəaliyyət göstərir. Beləliklə, səfirliyin səhifəsində paylaşdığı linkə daxil olmaq və onlayn qaydada, çox rahat, çox asan, üç saat müddətində viza almaq mümkündür”.
Aparıcı heyrətlə deyir: “Bu, inanılmazdır”.
Reportajda Azərbaycan xalq mahnılarının fonunda Bakının gəzməli-görməli yerlərindən videokadrlar göstərilir.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

