/ / İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans işini davam etdirib
İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans işini davam etdirib
07.11.2018 [09:03]
İspaniyanın paytaxtı Madriddə “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans noyabrın 5-də günün ikinci yarısında işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, minə yaxın nümayəndənin iştirak etdiyi tədbirin ikinci hissəsi bədii proqramla başlayıb. Bədii hissədə Azərbaycanın xalq mahnısı “Sarı gəlin” ifa edilib.
Evsen Fondunun rəhbəri Əli Evsen tədbirdə çıxış edərək bildirib ki, bu gün insanların qarşısında duran əsas vəzifə gələcək nəsillər üçün daha etibarlı, daha parlaq gələcək qurmaqdır. Bunun üçün isə dinlərarası və sivilizasiyalararası dialoqu inkişaf etdirmək lazımdır. Gənclərimizin ziyanlı təsirlərə düşməsinin qarşısını almalı, onları doğru yola yönəltməliyik.
İspaniya Ədliyyə Nazirliyinin nümayəndəsi Pablo Kasado dialoq və qarşılıqlı anlaşmanın dünyamızdakı problemlərin həlli baxımından çox önəmli olduğunu bildirib. O, din xadimlərinin bu işdə daha yaxından iştirakının vacibliyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, tarixboyu Şərq ilə Qərb arasında İslam dünyasının əsas mədəni, dini, sivilizasiya mərkəzlərindən olan Azərbaycan multikulturalizmə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. Bu gün də multikultural Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətimizin diqqət və himayəsindən yararlanırlar.
“Dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranı yaşandığı müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev qlobal miqyasda ümumbəşəri ideyaların ətrafında birləşməyə çağırır, multikulturalizm və İslam həmrəyliyi ideyalarının dövlət siyasətinin prioritet istiqamətləri olmasını bəyan edir. Bütün dünyaya çağırış olaraq ölkəmizdə “Multikulturalizm” və “İslam Həmrəyliyi” illərinin elan olunması Azərbaycan Prezidentinin XXI əsrdə həyata keçirdiyi müdrik təşəbbüslərdir. Bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, qlobal hərəkata çevrilmiş “Bakı Prosesi”nə rəhbərlik edir. Qafqaz Müsəlmanları İdarəsinin yanında “Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq” mərkəzinin təsis edilməsi bu ənənənin davamı kimi dəyərləndirilməlidir. Yeri gəlmişkən, Azərbaycan dövləti İspaniyanın həmtəşəbbüsçüsü olduğu Sivilizasiyaların Alyansı ideyasına da böyük önəm verir və bunun bariz nümunəsi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməyimiz oldu. Biz bunu mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində fəaliyyətimizin yüksək qiymətləndirilməsi əlaməti kimi qəbul edirik.
Biz din xadimləri dünyada baş verən hadisələrə ilahi ədalət və insani dəyərlər baxımından qiymət veririk. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Pitsburq şəhərindəki sinaqoqda və Misirdə qibti zəvvarlara qarşı törədilmiş terror aktları din xadimləri tərəfindən ilahi dəyərlərin pozulması kimi səciyyələnir. Bu siyahıya Azərbaycan ərazisinin bir hissəsinin uzun illərdir davam edən işğalını, Xocalı şəhərində soyqırımı törədilməsini, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsini, zəbt olunmuş ərazilərimizdə məscid, kilsə, sinaqoq və qəbiristanlıqların məhv edilməsini əlavə etmək istəyirəm. Bu gün dünya belə cinayətlərə göz yumarsa, gələcəyini də itirə bilər. Halbuki Allah-Təala bizə xeyir əməllərdə, savab işlərdə bərabər olmağı, birgə fəaliyyət göstərməyi əmr edib”, - deyə şeyxülislam Allahşükür Paşazadə bildirib.
QMİ sədri sivilizasiyalararası dialoqa əməli töhfələr verən İspaniya dövlətinə və hökumətinə bu tədbirə verdiyi dəyərə görə təşəkkür edib.
İsrailin keçmiş Prezidenti Dalia İtzik deyib ki, dünyada sülhün təmin edilməsi hər birimizin borcudur. Bu baxımdan bütün insanlar əl-ələ verməli, birgə çalışmalıdırlar.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına məktubu oxunub.
Məktubu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov oxuyub.
Məktubda deyilir ki, mədəniyyətlər və dinlər arasında dialoq dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Müasir dövrün çağırışları bəşəriyyət qarşısında bu sahədə ciddi vəzifələr qoyur. Təsadüfi deyil ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyətinə bərabər şəraitin yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətləri sırasında yer tutur. Azərbaycan tarixən fərqli sivilizasiyaların qovuşuğunda oynadığı mənəvi körpü rolunu bu gün də uğurla həyata keçirir. Ölkəmiz müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir, bununla bağlı çoxsaylı qlobal təşəbbüslər irəli sürür, müntəzəm olaraq Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlar təşkil edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və Dünya Dinləri Liderlərinin Zirvə görüşünün Bakıda keçirilməsi beynəlxalq birliyin Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdiyini göstərir. Dövlətimizin başçısı əmin olduğunu bildirir ki, ənənəvi xarakter almış Madrid beynəlxalq konfransında aparılan müzakirələr və irəli sürülən səmərəli təkliflər dünyada dinlərarası dialoqun təşviqinə, sülhə və qarşılıqlı anlaşmaya dəyərli töhfələr verəcək.
Sonra İspaniyanın Kralı VI Felipenin konfrans iştirakçılarına məktubu oxunub.
Daha sonra konfransın yekun Bəyannaməsi qəbul edilib.
Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55

