Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 23 il keçir
13.11.2018 [09:34]
Hər il noyabrın 12-si Azərbaycanda dövlət bayramı olan Konstitusiya Günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi Əsas Qanunun qəbul edilməsinin 23 illiyi münasibətilə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri və əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirələri anılıb, məzarları üzərinə güllər qoyulub.
Daha sonra Konstitusiya Məhkəməsində iclas keçirilib.
Tədbirdə çıxış edən sədr Fərhad Abdullayev əvvəlcə Konstitusiya Məhkəməsinin hakimlərini və Aparatın əməkdaşlarını təbrik edərək bildirib ki, Konstitusiya Günü Azərbaycan xalqı üçün çox əlamətdar gündür. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyanın qəbulu Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar edilməsi, əhalinin layiqli həyat səviyyəsinin, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması üçün hərtərəfli zəmin yaratdı, ölkəmizin hüquqi, siyasi, iqtisadi və digər sahələrdə inkişafının gələcək istiqamətlərini müəyyənləşdirdi. 1995-ci il noyabrın 12-də yeni Konstitusiyanın qəbul edilməsi xalqımızın tarixən formalaşmış dövlətçilik ənənələrinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyanın tələblərinə cavab verən demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, plüralizm əsasında siyasi sistemin və hüquq sisteminin inkişafı üçün möhkəm özülün yaradılması baxımından mühüm hadisə oldu.
Diqqətə çatdırılıb ki, Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu elan edir, öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilib.
Sədr vurğulayıb ki, referendum yolu ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərin əsas hissəsi insan hüquq və azadlıqlarının məzmununun genişləndirilməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən hüquqi islahatlar insan hüquq və azadlıqlarının daha səmərəli üsul və vasitələrlə müdafiə olunmasını, insan hüquqlarının təminatlarının bütün növlərinin təkcə qanunvericilikdə təsbit olunmasına deyil, həm də praktiki cəhətdən gündəlik həyatda reallaşdırılmasına şərait yaratdı. Konstitusiya islahatları Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizdə demokratikləşmə proseslərinin daha da genişləndirilməsi məqsədlərinə xidmət edib. Son referendumda əldə edilən nəticələr dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin dayanıqlı inkişafına və sosial rifahın təmin olunmasına yönələn siyasətin Azərbaycan xalqı tərəfindən birmənalı dəstəkləndiyini nümayiş etdirdi.
Fərhad Abdullayev bildirib ki, fəaliyyət göstərdiyi illər ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş bir çox qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb. Konstitusiya Məhkəməsi, həmçinin konstitusiya ədalət mühakiməsinin müasir tendensiyalarını davamlı olaraq izləyir və fəaliyyətində tətbiq edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ və xarici konstitusiya nəzarəti orqanlarının qabaqcıl məhkəmə təcrübəsi öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinadlar edilir. Bu, həm qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiq edilməsinin zəruriliyindən irəli gəlir, həm də Məhkəmənin mövqeyinin daha da zənginləşdirilməsinə və düzgün əsaslandırılmasına xidmət edir.
Sədr qeyd edib ki, Konstitusiya Məhkəməsinin fəaliyyəti Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən demokratikləşmə və quruculuq prosesləri nəticəsində mümkün olub.
Fərhad Abdullayev əminliklə bildirib ki, Konstitusiya Məhkəməsi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqisi, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu və hüquq sisteminin inkişafı prosesinə, Konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi işinə bundan sonra da töhfələr verməyə çalışacaq və fəaliyyətini müasir tələblərə cavab verən inkişaf xətti ilə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30

