Bakıda “Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda konfrans keçirilib
21.05.2019 [10:02]
Mayın 18-də ADA Universitetində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü ilə “Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, GTMŞ-in Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı layihənin məqsədi BMT-nin “2030-cu il İnkişaf Gündəliyi”nə və 17 Dayanıqlı İnkişaf Məqsədinə (DİM) nail olunması yönündə görülən işlərə töhfə vermək, gənclər təşkilatları nümayəndələrinin DİM haqqında biliklərini artırmaq, gənclər təşkilatlarının bu istiqamətdəki fəaliyyətinin planlaşdırılmasıdır.
Şuranın sədri Məryəm Məcidova konfransda çıxış edərək daha yaxşı gələcək üçün yoxsulluğu aradan qaldırmaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərin səfərbər olunmasının və cəmiyyətin həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. M.Məcidova bu baxımdan #heçkəskənardaqalmasın həştəqi ilə sosial şəbəkələrdə geniş məlumatlandırma işinin aparıldığını vurğulayıb. Qurumun sədri deyib ki, Bakıda və regionlardakı müxtəlif gənclər təşkilatlarında, Gənclər evlərində fəaliyyət göstərən fəal və təşəbbüskar gənclər bu işə mühüm töhfə verirlər. Layihənin davamlılığının təmin edilməsi məqsədilə gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə təlimlər keçiriləcək.
BMT-nin İnkişaf Proqramının DİM üzrə eksperti Delavar Barekzai “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” mövzusunda keçirilən onlayn sorğunun nəticələrini elan edib.
Sonra “Dayanıqlı İnkişaf Məqsədlərinə sən də qoşul!” adlı videoçarxın təqdimatı olub.
Konfransda Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov gənclər təşkilatlarının qlobal layihələrdən olan Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar səylərini birləşdirməsindən məmnunluğunu ifadə edib. Baş nazirin müavini deyib ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq, 2015-ci ildə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkəmizlə BMT arasında əməkdaşlığın inkişafında növbəti əhəmiyyətli addımdır. Azərbaycan Hökuməti BMT-nin nümayəndəliyi ilə bu sahədə səmərəli əməkdaşlıq edir və DİM-ə nail olmaq üçün gənclərimizin potensialından istifadə edərək bu prosesə dəyərli töhfələr verir.
Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti DİM-in həyata keçirilməsində üzərinə düşən bütün vəzifələri lazımi səviyyədə yerinə yetirir. Azərbaycan əhalisinin 45 faizi 30 yaşadək olan insanlardır. Gənclərimizin qlobal layihənin həyata keçirilməsində iştirakı onların Azərbaycanın inkişafına töhfə verməkdən kənarda qalmadıqlarını göstərir. Azərbaycanın sürətli yüksəlişi, inamlı gələcəyi gənclərimizin bu proseslərə yaxından iştirakını şərtləndirir. Onların sosial-iqtisadi tərəqqidə yaxından iştirakı isə ümumi inkişafa əlavə töhfə verir.
“Dünya əhalisinin artımı köç problemini də aktual edir. Azərbaycan da bu problemdən əziyyət çəkir. Çünki əhalimizin 1 milyondan çoxu Ermənistanın hərbi təcavüzü nəticəsində öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu problemlərin həlli bəşəriyyətin, dövlətlərin qarşısında duran vacib vəzifələrdir”, - deyə Əli Əhmədov vurğulayıb.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən biri də gender bərabərliyidir. Azərbaycanda bu istiqamətdə mühüm işlər görülür. Azərbaycanda qadınların cəmiyyətdə xüsusi yer tutması, dövlətin inkişafında yaxından iştirakı diqqət mərkəzində saxlanılır. Çünki əhalimizin yarısını qadınlar təşkil edir. Əsas məqsədlərdən biri qadınların rəhbər vəzifəyə seçilməsinə inamı artırmaqdır. Azərbaycanda təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışanların çoxu qadınlardır. Beynəlxalq təşkilatların araşdırmalarına görə, Azərbaycanda gender bərabərliyinin təmin olunmasında ciddi irəliləyişlər əldə edilib. Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti gender bərabərliyi anlayışını çox yaxşı dərk edir. Bu istiqamətdə maarifləndirmə işi daha da gücləndirilməlidir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, son vaxtlar Azərbaycanda qəbul olunan Dövlət Proqramlarında DİM də əksini tapıb. Biz bu hədəflərə nail olmağa çalışırıq. Bu illər ərzində ölkəmizdə DİM-in təbliği istiqamətində əhəmiyyətli işlər görülüb.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov və başqaları çıxış edərək DİM-in ölkəmizdə və dünyada inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərmək üçün ciddi çağırış olduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmizdə gənclərimiz keyfiyyətli təhsil, ekoloji, sosial layihələr və digər məqsədlər üzərində çalışırlar. Bu sahədə gənclərin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Konfrans üç moduldan ibarət olub. Birinci hissə Dayanıqlı İnkişaf Məqsədləri haqqında iştirakçıların məlumatlılıq səviyyəsinin artırılması və 9 min gəncin qatıldığı sorğunun nəticələrinin təqdimatına həsr edilib. BMT-nin “2030-cu il İnkişaf Gündəliyi”nin həyata keçirilməsinə gənclərin daha çox cəlb edilməsi üçün atılan addımlardan ibarət olan bu hissə yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, layiqli əmək və iqtisadi artım məqsədlərini əhatə edib. İkinci hissədə DİM-ə çatmaq üçün gənclər təşkilatlarının fəaliyyət planlaması, üçüncü hissədə isə yerli və beynəlxalq təlimçilər və spikerlərin, mütəxəssislərin çıxışı təşkil edilib.
Sonda Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi haqqında təqdimat olub.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

