Əli Kərimlinin növbəti təxribat planı da boşa çıxdı
01.06.2019 [09:59]
Mühüm tarixi günləri özünün siyasi məqsədlərinə alət etməyə çalışan AXCP sədri yenə də fiasko ilə üzləşdi
Məlum olduğu kimi, bir neçə gün öncə 28 May - Respublika Günü ölkəmizin hər yerində təntənə ilə qeyd edildi, dövlətçilik tariximizin şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı mühüm tədbirlər keçirildi. Bu tədbirlərdə bir daha qeyd edildi ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan bu gün yerləşdiyi bölgənin lideridir və hər zaman demokratik ənənələrə sadiqlik nümayiş etdirir.
Təəssüfləndirici haldır ki, radikal müxalifət düşərgəsi bu möhtəşəm bayramdan da manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışır. 28 May tarixindən siyasi dividend qazanmağa cəhd göstərən radikal ünsürlərin “oxu növbəti dəfə daşa dəyib”. Daha doğrusu, xalq tərəfindən dəstəklənməyən düşərgə təmsilçiləri bu dəfə də öz yalanlarının içində əriyiblər. Belə ki, mayın 28-də Müsavat Partiyası və qondarma “Milli şura” ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki abidəsi önündə aksiya keçiriblər. Hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilsə də, nəticə dağıdıcılar üçün heç də “ürəkaçan” olmayıb. Abşeron rayon Polis İdarəsinin KİV-ə verdiyi məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər, qondarma “Milli şura”nın keçirdiyi aksiyada isə “Milli şura” koordinasiya şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.
Beləliklə, bayramdan günlər, hətta həftələr öncədən sosial şəbəkələrdə belə bir aksiyanın keçiriləcəyi ilə bağlı elanlar yayan, təbliğat aparan, bu bayramı öz korporativ maraqlarına vasitə etməyə çalışan Əli Kərimli və digər radikal ünsürlər hansı simaya malik olduqlarını cəmiyyətə növbəti dəfə nümayiş etdirdilər. Bir daha bəlli oldu ki, bu ünsürlər Xalq Cümhuriyyətinin növbəti ildönümündən də özlərinin çirkin təbliğatı üçün istifadə etməyə çalışsalar da, xalqımız radikal ünsürlərə etimad göstərmir, dövlətimizin maraqlarına və mənafeyinə xəyanət edənlərə hər zaman layiqli yerlərini göstərir. Yenə də Ə.Kərimlinin və digər radikal ünsürlərin sosial şəbəkələrdə yalançı pafosa güc vermələri nəticəsiz tamamlandı. Əslində, bu, gözlənilən idi. Çünki rəhbərlik etdiyi partiyanın cəmisi bir neçə yüz insandan ibarət üzvlərini “elektorat”, “tərəfdar” qismində qələmə verməyə çalışan Ə.Kərimli hər dəfə də eyni aqibəti yaşayır və acınacaqlı duruma düşür.
Vurğulamaq yerinə düşər ki, Ə.Kərimlinin mühüm tarixi günlərdən öz çirkin siyasi oyunları üçün istifadə etməsi birinci hal deyil. Bir sıra mühüm tarixlərdə öz “tərəfdarlarına” müraciət edən, onları “yanında görmək istəyən” Ə.Kərimlinin əli havada qalır. Cəmisi 300 nəfərdən ibarət “ştatlı mitinqçi”lərdən başqa, Ə.Kərimlinin səsinə səs verən tapılmır və real mənzərə yenə də şillə kimi radikal ünsürlərin üzünə çırpılır. Qısası, Ə.Kərimli belə aksiyalardan istifadə edərək özünü ermənipərəst mərkəzlərə “əsas müxalifət” və ya “çoxüzvlü partiya” kimi tanıtdırmağa çalışsa da, bu, mümkün olmur. Hər dəfə oxu daşa dəyən Ə.Kərimli isə usanmır, yenə də öz bəd əməllərini davam etdirir. Məsələn, illərdir ki, 20 Yanvar faciəsinin ildönümlərini və Şəhidlər xiyabanına ziyarət prosedurunu özü üçün siyasi manipulyasiya vasitəsinə çevirməyə çalışan Ə.Kərimlinin oyunları baş tutmur. Bundan başqa, bu ilin yanvarında M.Ə.Rəsulzadənin anadan olmasının ildönümü ərəfəsində “minlərlə üzvün iştirakı ilə aksiya keçirəcəyini” vəd edən Ə.Kərimli nəticədə yenə də acınacaqlı bir mənzərə ilə üz-üzə qaldı.
Bir neçə gün öncə yaşanmış sonuncu məyusluq isə həm də onu deməyə əsas verir ki, bu durumu artıq radikal ünsürlər gizlədə bilmirlər və sosial şəbəkələrdə bu halı ört-basdır etmək üçün dağıdıcılar tərəfindən göstərilən səylər nəticəsiz qalır. “Xalqın dəstəyi” barədə danışan radikal düşərgə təmsilçilərinin bütün hazırlıqlarına baxmayaraq, həftələrlə, günlərlə çağırış edib cəmisi 200-300 adamı ortaya çıxara bilmələri faktı özü hər şeyə aydınlıq gətirir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

