MƏN AZƏRBAYCANLIYAM
11.12.2009 [09:43]
HƏR bir dövlətin milli maraqlarının dünyanın istənilən nöqtəsində layiqincə qorunması üçün həmin ölkənin güclü ideoloji bazası və bu fundament üzərində dayanan diasporası olmalıdır. Azərbaycanın bir əsrdən çox çar Rusiyasının tərkibində qalması xalqımızın bütövlüyünü təsdiqləyən ideologiyanın, milli mənlik şüurunun, hətta maraqlarının formalaşmasına mane olur, bunu müxtəlif surroqat ideoloji istiqamətlərə yönləndirirdi. Bu və digər amillər isə dünya azərbaycanlılarını bir hədəf ətrafında birləşdirə biləcək, xalqımızın və dövlətimizin milli maraqlarını müdafiə edəcək ideoloji konsepsiyanın işlənib hazırlanmasına, həmçinin, diasporumuzun formalaşmasına mane olurdu. Təsadüfi deyil ki, həmin ideoloji konsepsiyanın hazırlanması kimi məsuliyyətli, tarixi və şərəfli missiyanı da həyata keçirən məhz müstəqil və müasir Azərbaycan dövlətçiliyinin qurucusu, ümummilli liderimiz Heydər Əliyev oldu.
ümummilli lider Heydər Əliyev diasporumuzun formalaşmasının əsasını qoydu
çoxşaxəli siyasi fəaliyyətində daha bir tarixi missiyanı- dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı kimi çətin, ancaq vacib bir missiyanı üzərinə götürən Ulu öndər Heydər Əliyev diasporumuzun formalaşmasının əsasını qoydu. Milli birlik, həmrəylik, vətəndaşlıq borcu, Azərbaycançılıq. ümummilli lider Heydər Əliyevin diaspor siyasətinin əsasını bu prinsiplər təşkil edirdi. Onu da qeyd edək ki, dünyada yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə saxlaması Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi zamanında diqqət mərkəzində idi...
O zaman xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin yaradılması üçün dostluq və mədəni əlaqələr cəmiyyətləri fəaliyyət göstərirdi. Ulu öndər Heydər Əliyev o dövrdə azərbaycanlı gəncləri ittifaqın tanınmış ali məktəblərinə təhsil almağa göndərərkən də diaspor işinin təməlini qoyurdu. İllər sonra ümummilli lider Heydər Əliyev həmin dövrü belə xatırlayırdı: “O vaxtlar azərbaycanlıları başqa yolla sovetlər ittifaqına səpələyib dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək millətini, dinini, torpağını və ana Vətənini unutmayasan”.
90-cı illərin əvvəllərindən etibarən Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi SSRİ dönəmində başladığı işi davam etdirdi. ümummilli lider Heydər Əliyev ilkin addım kimi 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirmək məqsədində stimul rolunu oynayacaq “Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik gününün keçirilməsi haqqında” cəsarətli bir qərarı qəbul etdi. Xalqımızın gələcək perspektivlərinə hesablanmış sözügedən mühüm tarixi qərarı qəbul etməklə Ulu öndər xaricdə yaşayan soydaşlarımızın müstəqil dövlətçiliyimizin inkişafında, dövlət quruculuğu prosesində iştirakını təmin etmiş oldu.
Dünya azərbaycanlılarının lideri
Təəssüflər olsun ki, müstəqil dövlətçiliyimizin ilk illərinin səriştəsiz “siyasətçi”lərin dövlət idarəçiliyi sükanı arxasında əyləşməsi dövrünə təsadüf etməsi Azərbaycanı total xaosa sürükləmişdi. İqtisadi, siyasi, mədəni sahələrdə böhranın hökm sürməsi dövləti “paslanmış” mexanizmə çevirmişdi. AXC-Müsavat hakimiyyətinin ortaya vahid ideoloji konsepsiya qoya bilməməsi nəticəsində, nəinki, dünya azərbaycanlıları dövlət quruculuğu prosesinə cəlb edilməmişdi, hətta ölkə vətəndaş müharibəsinə sürüklənmişdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra isə bu mənfi proseslər aradan qalxdı. Həmin tarixdən etibarən, eyni zamanda, müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların vahid ideologiya, bir məqsəd ətrafında təşkilatlanması üçün əməli tədbirlər görülməyə və uzunmüddətli perspektivlərə hesablanmış siyasət yürüdülməyə başlandı...
Xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələri genişləndirmək, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər uğrunda səfərbər etmək Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən oldu...
Ulu öndər Heydər Əliyev Azərbaycan Prezidenti kimi fəaliyyət göstərdiyi ilk illərdə müstəqil dövlətimizin haqq səsini, həqiqətlərini dünya azərbaycanlıları vasitəsilə yaymağı qarşısına məqsəd qoyan xüsusi qurumun yaradılması sahəsində ilk addım atdı, Prezidentin İcra Aparatında Dünya azərbaycanlıları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə iş bölməsi yaradıldı. Bu qurum ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi altında geniş fəaliyyət göstərərək, dünyada yaşayan azərbaycanlılarla əlaqə yaratdı və onların təşkilatlanması, milli birliyin möhkəmlənməsi istiqamətində böyük işlər gördü. Xaricdə yaşayan soydaşlarımızın Ulu öndərlə görüşlərindən sonra müxtəlif sahələrdə qəti addımlar atıldı, onların yaşadıqları dövlətin ictimai-siyasi həyatında fəallıqları artdı, Azərbaycanın taleyüklü problemləri ilə bağlı geniş fəaliyyət göstərildi.
ümummilli lider Heydər Əliyevin hər il dünya azərbaycanlılarına göndərdiyi tarixi müraciətlərində mühüm bir cəhət kimi xaricdə yaşayan soydaşlarımız arasında həmrəylik və milli birlik ideyalarının möhkəmlənməsi xüsusi vurğulanırdı. Heydər Əliyev özünəməxsus uzaqgörənliklə qloballaşan, köklü transformasiya dövrünü yaşayan dünyanın tələblərini öncədən görür və bu səbəbdən xaricdə yaşayan soydaşlarımız arasında möhkəm həmrəyliyi həyati məsələ kimi ortaya qoyurdu. Xaricdə yaşayan soydaşlarımız arasında milli birlik ideyalarının gücləndirilməsi məsələsi dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş birinci qurultayında da ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdu. Qurultayda proqram xarakterli nitq söyləyən dünya azərbaycanlılarının lideri Heydər Əliyev haqlı olaraq bu tədbirin təşkil edilməsini müstəqil dövlətçiliyimizin böyük tarixi nailiyyəti hesab etdiyini bildirdi. Qurultayda geniş nitq söyləyən Ulu öndər Heydər Əliyev bütün azərbaycanlılar üçün proqram vəzifələr müəyyənləşdirdi. Azərbaycanın mühüm problemlərinin həll olunmasında xaricdə yaşayan soydaşlarımızın qüvvəsindən səmərəli istifadə olunması məsələsini prioritet kimi ortaya qoydu: “Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar iqtisadi cəhətdən daha da möhkəmlənib, yaşadıqları ölkələrin iqtisadi-siyasi həyatında fəal iştirak etsinlər, o ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də, müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər”.
Məhz Ulu öndərin təşəbbüsü sayəsində təşəkkül tapmış diaspor hərəkatı getdikcə genişlənərək artıq öz bəhrəsini verməkdə idi. Qurultaydan sonra Azərbaycan diasporunun fəallığı xüsusilə artmışdı.
Diasporumuzun inkişafına təsir edən mühüm amillərdən biri də aidiyyətı təşkilatların işinin vahid bir mərkəzdən - Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən əlaqələndirilməsi oldu. ümummilli lider Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması nəticəsində dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün ideya-nəzəri və təşkilati şəraitin hazırlanması işi başa çatdı. Beləliklə, əsasını Milli birlik, Həmrəylik və Azərbaycançılıq prinsipləri təşkil edən diaspora siyasətilə Heydər Əliyev dünya azərbaycanlılarının ümummilli liderinə çevrildi.
Diaspor quruculuğu siyasətində yeni mərhələ...
ümummilli liderin diaspor quruculuğu sahəsindəki fəaliyyətini uğurla davam etdirən Prezident İlham Əliyev də öz növbəsində ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə çalışır. Prezident İlham Əliyev bildirir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edir. Dövlət başçısı 2004-cü il iyulun 27-də ölkə diplomatlarının iştirakı ilə Bakıda keçirdiyi müşavirədə diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri elan etdi. 2006-cı ilin dövlət büdcəsindən diaspor quruculuğu sahəsinə 5 milyon manatın ayrılması da bu diqqət və qayğının bariz nümunəsi idi.
2006-cı ilin martında Prezident İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi ilə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu siyasətində yeni mərhələnin təməli qoyuldu. Heydər Əliyevin azərbaycançılıq, türkçülük ideyalarının təbliği ilə bağlı siyasətinin davamı olaraq, türkdilli xalqların birliyinin nümunəsi kimi Bakıda Azərbaycan və türk diaspor rəhbərlərinin birinci Forumu, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq, Əməkdaşlıq qurultayı və digər tədbirlər keçirildi. Prezident İlham Əliyev dövlətin təkcə öz ərazisində yaşayanlar üçün yox, həm də bütün dünyadakı azərbaycanlılar üçün çalışmasını əsas qayəsinə çevirən liderdir. Dövlət başçısı, eyni zamanda, deyir: “Bizim gücümüz sizin fəaliyyətinizdir. Sizin gücünüz isə Azərbaycan dövlətinin güclü olmasıdır”.
Və Prezident bütün azərbaycanlıları yalnız bir məqsəd ətrafında birləşməyə çağırır. Prezident İlham Əliyev diaspora işinin daha da təkmilləşdirilməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı...
Bir sözlə, Heydər Əliyev dünyanın ən böyük, həm də ən fədakar azərbaycanlısı, bütün dünya azərbaycanlılarının lideri idi. Onun ölkənin inkişafında hər bir azərbaycanlının iştirakını istəməsi dövlət rəhbəri, vətəndaş və ən nəhayət, ziyalı mövqeyi idi. Prezident İlham Əliyev isə ümummilli liderin bütün sahələrdə olduğu kimi, diaspora sahəsindəki arzu və istəklərini reallaşdırdı. Bu gün Azərbaycan diasporasının formalaşması və onun dövlətimizin xaricdəki mənafelərini yüksək səviyyədə müdafiə etməsi bu siyasətin uğurlu davamına daha bir sübutdur.
Məhz aparılan bu uğurlu siyasətin nəticəsində dünyada yaşayan bütün azərbaycanlılar Azərbaycan Respublikasını özlərinin vətəni sayır və azərbaycanlı olmaları ilə fəxr edirlər.
Ramil VƏLİBƏYOV,
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

