"Freedom House" təşkilatının Azərbaycana qarşı mövqeyi qərəzli və ədalətsizdir
19.12.2009 [22:12]
Daha çox qeyri-obyektiv mövqeyi ilə tanınan “Freedom House” təşkilatı öz mənfi imicini möhkəmləndirməkdə davam edir. Təşkilatın hazırladığı 2009-cu ilin “Azadlıq xətirəsi” isə “Freedom House”un hansı “prinsiplərə” üstünlük verdiyini bir daha təsdiqləyir. Azərbaycan ictimaiyyətini hiddətləndirən əsas məsələ təşkilatın hazırlağı “xəritə”də Dağlıq Qarabağın Azərbaycanla Ermənistanın ortaq ərazisi kimi göstərilməsidir. Bu azmış kimi, sözügedən qurum beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq, Azərbaycanı “qeyri-azad”, Ermənistanı isə işğal altındakı Dağlıq Qarabağla birlikdə “qismən azad” ölkələr sırasında təqdim edib.
Beləliklə, Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe sərgiləyən “Freedom House” təşkilatı tənqidlərə layiq olduğunu bir daha sübut edib. Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədovun da qeyd etdiyi kimi, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın mübahisəli ərazi kimi təqdim edilməsi “Freedom House” təşkilatının nə qədər qeyri-obyektiv prinsiplər əsasında fəaliyyət göstərdiyini təsdiqləyir.
Bu, həqiqətən də belədir. Bütün dünya ölkələri, eləcə də, BMT, ATƏT, AŞ, İKT və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan torpağı kimi qəbul etdikləri halda “Freedom House” təşkilatının bu bölgəni mübahiləsi ərazilər şəklində göstərməsi, əslində, qrumun hansısa qüvvələrin, maraq qruplarının əlində alətə çevrildiyindən xəbər verir. Qeyd edək ki, “Azadlıq xəritəsi”ndə Abxaziya və Cənubi Osetiya Gürcüstanın, Dnestriyanı respublika Moldovanın ərazisi kimi göstərildiyi halda Dağlıq Qarabağın müştərək ərazi kimi göstərilməsi bu işin arxasında birbaşa olaraq Azərbaycana düşmən olan qüvvələrin dayandığından xəbər verir. İstənilən halda bu cür “səhvləri” ilə “Freedom House” təşkilatı birbaşa öz imicinə zərbə vurmaqda davam edir.
Digər tərəfdən, 2009-cu ilin “Azadlıq xəritəsi”ndə Azərbaycan “qeyri-azad”, Ermənistan isə “qismən azad” ölkə kimi göstərilib. Bu göstərici də təşkilatın nəyə, yaxud da hansı qüvvələrə xidmət etdiyini açıq şəkildə ortaya qoyur. üstəlik cinayətkar, separatçı bir rejimin nəzarəti altında olan Dağlıq Qarabağ ərazisi də “qismən azad” bölgə kimi göstərilib. Görünür, sözügedən təşkilatın demokratiya, insan hüquq və azadlıqları prinsiplərindən xəbəri yoxdur. Axı, ötən ilin mart ayında Ermənistanda baş verən hadisələr, mülki vətəndaşların gülləbaran edilməsi, yüzlərlə insanın siyasi əqidəsinə görə həbs olunması və bir çoxlarının hələ də həbsxanalarda saxlanması, söz və mətbuat azadlığının olmaması bu ölkədə insan haqlarının kobud şəkildə pozulmasından xəbər verir. Bu da heç kəsə sirr deyil ki, hər il çoxlu sayda insan siyasi mövqeyinə görə üzləşdiyi təzyiqlər səbəbindən Ermənistanı tərk etmək məcburiyyətində qalır. üstəlik Ermənistan tərəfi Azərbaycan torpaqlarını işğal altında saxlamaqla beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Məhz bu işğal nəticəsində öz doğma torpaqlarından qovulan, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilən bir milyondan artıq azərbaycanlı hüquqlarının bərpa ediləcəyi günü görmək arzusu ilə yaşayır. Beləliklə, Ermənistan rəhbərliyi həm öz əhalisinin, həm də azərbaycanlı məcburi köçkün və qaçqınların fundamental insan haqlarından məhrum olmasının məsuliyyətini daşıyır. Belə olan təqdirdə, Ermənistanın “qismən azad” adlandırılması “Freedom House” təşkilatının hesabatların hazırlanmasına nə qədər qeyri-ciddi və məsuliyyətsiz mövqedən yanaşdığını göstərir.
Ermənistandan fərqli olaraq, Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə qorunur. ölkə qanunvericiliyi qabaqcıl dünya standartlarına tam cavab verir. Konstitusiyamızda da maddələrin böyük əksəriyyəti birbaşa olaraq insan hüquq və azadlıqları ilə bağlıdır. ölkə rəhbərliyinin gördüyü tədbirlər nəticəsində Azərbaycanda qanunun aliliyi təmin olunub, müxtəlif qanun pozuntuları üzrə şikayətlər kəskin şəkildə azalıb. Hazırkı dövrdə, bələdiyyə seçkilərinin yaxınlaşdığı bir vaxtda Azərbaycanda müşahidə olunan demokratik ab-hava, azad rəqabət mühitini də nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, “Freedom House” təşkilatının Azərbaycana qarşı mövqeyi tam qərəzli və ədalətsizdir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

