/ / Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakıda “Jen Mironosits” pravoslav kafedral kilsəsini ziyarət edib
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakıda “Jen Mironosits” pravoslav kafedral kilsəsini ziyarət edib
15.11.2019 [10:13]
Bakıda keçirilən Dünya Dini Liderlərinin Sammitində iştirak edən Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan paytaxtındakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində ayin keçirib.
AZƏRTAC xəbər verir ki, patriarx Kirillə görüşə təkcə Azərbaycanın xristianları deyil, həm də dövlət nümayəndələri, diplomatik korpusların təmsilçiləri, mədəniyyət xadimləri gəliblər. Onların arasında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman və digər rəsmi şəxslər olublar.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein patriarx Kirillə müraciət edərək qeyd edib ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı 2010-cu ildə bu kilsədə keçirilən ayində iştirak edib. O, mitropolit Nikolay Yeruşeviçə məxsus olan müqəddəs ripidləri patriarx Kirillə təqdim edib.
Patriarx Kirill qeyd edib ki, “Jen Mironosits” pravoslav kafedral kilsəsinə xüsusi hisslərlə qədəm qoyub. O, Bakıda fəaliyyət göstərən bu kilsənin yüksək səviyyədə restavrasiyasından məmnunluğunu ifadə edib. “Mən bu kilsədə çoxlu iş görüldüyünün, Azərbaycanda kilsə fəaliyyətinin necə inkişaf etdiyinin şahidi oldum”, - deyə Moskvanın və Bütün Rusiyanın Patriarxı vurğulayıb.
Sonra Rus Pravoslav Kilsəsinin mükafatları təqdim olunub. Azərbaycan Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və Azərbaycanın Rus İcmasının rəhbəri Mixail Zabelinə II dərəcəli Müqəddəs Serqi Radonejski ordeni, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova isə Patriarx Fəxri Fərmanı təqdim edilib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xormeysteri Vaqif Məstanov III dərəcəli Müqəddəs Knyaz Daniil Moskovski ordeni, Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova və Arxangel məbədi xorunun rəhbəri Kristina Əfəndiyeva Böyük Moskva Knyaginyası Müqəddəs Yefrosinya ordeninə layiq görülüblər.
Patriarx Kirill daha sonra Bakının müqəddəs himayədarı Apostol Varfolomey ikonasını “Jen Mironosits” pravoslav kafedral kilsəsinə hədiyyə edib.
Xəbər lenti
Hamısına baxAnalitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17

