/ / Növbəti dəfə əfvlə bağlı Sərəncam imzalamaqla Prezident İlham Əliyev bir daha Ulu öndərin rəhbər tutduğu prinsiplərə sadiqliyini nümayiş etdirdi
Növbəti dəfə əfvlə bağlı Sərəncam imzalamaqla Prezident İlham Əliyev bir daha Ulu öndərin rəhbər tutduğu prinsiplərə sadiqliyini nümayiş etdirdi
29.12.2009 [10:29]
Azərbaycan insan hüquq və azadlıqlarının müdafiə edildiyi, humanizm prinsiplərinin möhkəmləndiyi bir ölkədir. Bu, ilk növbədə, respublikamızda həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində mümkün olub. Qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan demokratik, müstəqil inkişaf yoluna qədəm qoydu. Daim humanizm, ədalət mövqeyindən çıxış edən Ulu öndər ölkəyə rəhbərlik etdiyi müddətdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, cinayət hadisələrinin törədilməsinə qarşı aparılan mübarizənin gücləndirilməsi məqsədilə ciddi əməli tədbirlər həyata keçirdi, imzaladığı Fərman və Sərəncamlarla bu sahədə müvafiq orqanların üzərinə düşən öhdəlikləri müəyyənləşdirdi. Görülən tədbirlər nəticəsində ölkədə kriminal durum sabitləşdi, cinayətkarlığın səviyyəsi kəskin şəkildə aşağı endi, eləcə də, üstü açılmamış cinayətlərin sayı xeyli azaldı.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyev cinayətkarlıqla mübarizə ilə yanaşı humanist addımların atılmasına da böyük önəm verirdi. Belə ki, Ulu öndər 1998-ci ildə respublikada ölüm hökmünü ləğv etməsi buna əyani sübutdur. Bununla yanaşı, Ulu öndər nə vaxtsa cinayət törətmiş və bu səbəbdən məhkumluq həyatı yaşayan, lakin tutduğu əməldən peşmançılıq hissi keçirən, həmçinin, həyatının qalan hissəsini vicdanlı bir şəxs kimi yaşamaq istəyən məhkumlara qarşı humanist addım ataraq çoxsaylı Fərman və Sərəncamlarla belə insanları cəzadan azad edib.
Sevindirici haldır ki, ümummilli liderin əsasını qoyduğu humanizm siyasəti Prezident İlham Əliyevin də fəaliyyətində rəhbər tutduğu prioritet prinsiplərdəndir. Bu günlərdə dövlət başçımızın məhkum olunmuş 99 nəfərin əfv olunması barədə imzaladığı Sərəncam bunu bir daha təsdiq edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin yaxınlaşdığı bir vaxtda sözügedən Sərəncam əfv olunanlar və onların yaxınları üçün ən gözəl hədiyyədir. Sərəncamda göstərildiyi kimi, dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərə baxaraq, məhkumların səhhətini, cəza çəkdikləri müddətdə davranışlarını, ailə vəziyyətlərini nəzərə alaraq sənədi imzalayıb. Beləliklə, Sərəncama uyğun olaraq, 89 məhbus cəzanın çəkilməmiş hissəsindən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 6 nəfər isə cəzadan azad edilib. ümumilikdə, 98 məhbus azadlığa qovuşdu, bir nəfərin isə, cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldıldı. Göründüyü kimi, bu, kifayət qədər yüksək rəqəmdir və bu qədər məhkumun azadlığa buraxılması onları gözləyən yüzlərlə insanın sevinci deməkdir.
Təqdirəlayiq haldır ki, əfvlə bağlı Fərman və Sərəncamların imzalanması ölkəmizdə bir ənənə halını alıb. Hər il Prezidentimiz müxtəlif bayramlar öncəsi çoxlu sayda ailələrə sevinc gətirən əfv fərmanlarını imzalayır. Bu isə, çoxlu sayda insanın azadlığa qovuşması və bir qisminin cəzasının yüngülləşdirilməsi deməkdir. Bütün bunlar onu göstərir ki, məhkum həyatı yaşayan insanlar da dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Sözsüz ki, əfv olunan vətəndaşlar dövlətin onlara olan etimadını doğrultmalı, sonrakı yaşamlarında ölkəyə, cəmiyyətə faydalı insan olmağa çalışmalıdırlar.
Məlum olduğu kimi, respublikada Ombudsman təsisatı da fəaliyyət göstərir. Bu təsisatın fəaliyyət istiqamətlərindən biri də məhkumların bir hissəsinin cəzasının yüngülləşdirilməsi və ya tamamilə aradan qaldırılması təşkil edir. Bu məqsədlə, Ombudsman bir sıra məhkumların əfv olunması üçün ölkə Prezidentinə müraciətlər edib. Heç də təsadüfi deyil ki, bu zamana qədər imzalanan əfvlə bağlı Fərman və Sərəncamlarda göstərilən əfv olunmuşların siyahısında Ombudsmanın irəli sürdüyü yüzlərlə məhbusun adı da öz əksini tapıb. Bu, Azərbaycanda insan haqlarının, humanizm dəyərlərinin və qanunun aliliyinin daha bir göstəricisidir.
Məlumdur ki, əksər ölkələrdə məhbuslar əfv edildikdən və ya məhkumluq müddətini bitirdikdən sonra cəmiyyətə uyğunlaşmaqda çətinliklərlə üzləşirlər. Azərbaycanda bu məsələnin aradan qaldırılması yönündə son illər müəyyən irəliləyişlər əldə olunub. Belə ki, məhbuslar xüsusən də, yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisələrində müəyyən sənətə, peşəyə yiyələnmələri məqsədilə hər cür şərait yaradılıb. Bu, mahiyyətcə çox müsbət bir addımdır. çünki heç bir sənətlə məşğul olmayan, tüfeyli həyat tərzi keçirən və müxtəlif cinayətlər törədərək sonda məhkuma çevrilən belə insanlar azad olduqdan sonra həbsxanadaikən yiyələndikləri peşə, sahə üzrə çalışaraq özlərini maddi baxımdan təmin edə bilirlər. Bununla da, həmin insanlar çox qısa zaman içərisində cəmiyyətə adaptasiya olunurlar.
Beləliklə, növbətii dəfə əfvlə bağlı Sərəncam imzalamaqla Prezident İlham Əliyev bir daha Ulu öndərin rəhbər tutduğu prinsiplərə sadiqliyini nümayiş etdirdi. Heç şübhəsiz, dövlət başçımızın bu addımı məhkumluq həyatı yaşamış həmin insanları layiqli vətəndaş olmağa və gələcəkdə nümunəvi insana çevrilməyə sövq edəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52

