ABŞ-da və Avropa dövlətlərində çoxlu sayda blogger həbsdədir
30.12.2009 [10:05]
Demokratiyanın inkişafı və Qərbin mütərəqqi standartlarının ölkəmizdə tətbiq olunmasını özünün başlıca məqsədi hesab edən Azərbaycan dövləti 18 illik müstəqilliyi tarixində bu istiqamətdə çox böyük nailiyyətlər əldə edib. Bununla bağlı mühüm qərarlar qəbul olunub, qanunlarımız liberallaşdırılıb, vətəndaş cəmiyyətinin inkişafı və hüququn aliliyi prinsipi təmin olunub. Bunlar isə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın demokratik inkişaf yolunun bir tərkib hissəsidir və ölkəmizin inkişafına yardım edir. Atılan addımlar nəticəsində Azərbaycan Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilib. Amma buna baxmayaraq, Azərbaycan bu gün özünə qarşı münasibətdə çoxstandartlılıqdan ən çox əziyyət çəkən ölkələrdən biridir. Bunun səbəbləri isə həm milli-etnik məsələlər, həm də bu gün ölkəmizin sahib olduğu qüdrət və müstəqil siyasət aparması ilə bağlıdır.
Bir sıra Qərb təşkilatlarının və Avropa dövlətlərinin Azərbaycana qarşı münasibətlərində qərəzin müşahidə olunduğu mövzulardan biri də, şübhəsiz ki, “siyasi məhbus” məsələsidir. Bəzi hallarda konkret cinayət əməlinə görə həbs olunmuş şəxsləri “siyasi məhbus” kimi təqdim etməyə çalışan həmin qüvvələr bundan dividentlər əldə etməyə çalışırlar. Bu ilin iyul ayında Azərbaycanda törətdikləri konkret cinayət əməllərinə görə, iki bloggerin həbsi ilə bağlı da həmin mənzərənin şahidi olduq. Xatırladaq ki, barəsində söhbət gedən Emin Milli və Adnan Hacızadə cari il iyulun 8-də Bakıdakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Noyabrın 11-də Səbail Rayon Məhkəməsinin hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərərvurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə ittiham olunub.
Məhkəmə hökmünün kifayət qədər qanuna söykənməsinə baxmayaraq, bəzi xarici qüvvələr və onların Azərbaycandakı “vassal”ları sırf hüquqa söykənən bu prosesi müxtəlif istiqamətlərdə yanlış şərh etməklə, ölkəmizi ləkələməyə çalışır. Maraqlıdır ki, bu hadisəyə etiraz edən və bundan istifadə edərək Azərbaycana qarşı tənqidlər səsləndirən həmin ölkələrin və beynəlxalq təşkilatlarda təmsil olunan siyasi xadimlərin özlərinin ölkələrində kifayət qədər çoxlu sayda blogger həbs olunub və onların bəziləri hələ də həbsdədir. “Threatened voices” - bloggerlərin hüquq müdafiə təşkilatlarının hesabatı da bunu deməyə əsas verir. Hesabatda qeyd olunur ki, ABŞ-da da Hel Terner adlı blogger və radioaparıcı həbs olunub. 2006-cı ildə Buş ailəsini tənqid etdiyinə görə Vikram Buddhi adlı blogger həbs və məhkum edilib. Pensilvaniya ştatının polisi bildirib ki, Eliot Medison yanında kompüterlər və polis skanerləri olduğu zaman mehmanxana otağında tutulub. O, həmin avadanlıqdan polis əməkdaşlarının hərəkəti barədə məlumatların yayılması üçün istifadə edib. 34 yaşlı qadın, 12 yaşlı qızın anası Elişa Storm bloqunda Virciniya ştatında yerli gizli polis əməkdaşları barədə məlumatların yayılmasında ittiham edilib.
Birləşmiş Krallıqda isə məsələ ilə bağlı yadda qalan hal Simon Şepardla bağlıdır. O, İngiltərənin Hall şəhərindən olan siyasi fəaldır və ifrat sağların siyasi baxışlarını təşviq edən bir neçə İnternet saytı açıb. 2008-ci ildə həbs edilib, İnternet saytlarından “irqi nifrət sala bilən məlumatlar”ın yayılması üçün istifadə edilməsində ittiham olunub və buna görə məhkum edilib. Simon Şepard və həmin iş üzrə digər təqsirləndirilən şəxs girov əsasında həbsdən azad edildikdən sonra ABŞ-a qaçaraq siyasi sığınacaq istəyib. Həmin şəxslərə sığınacaq verilməsindən imtina edilib və onlar həbs edilərək 2009-cu il iyunun 17-də Birləşmiş Krallığa təhvil veriliblər. 2009-cu il iyulun 10-da Simon Şepard 4 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 41 yaşlı Stiven Uitl irqlə bağlı bir neçə cinayətin törədilməsində təqsirli bilinib. Stiven Uitl beş cinayətin törədilməsinə görə 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Almaniyada isə blogger Yorq Raynholts təhqir və böhtanda dəfələrlə təqsirli bilinməsindən sonra məhkəmə tərəfindən təyin edilmiş cərimələri ödəməkdən imtina etdiyinə görə həbs edilib. Finlandiyada blogger Seppo Lehto 2008-ci il mayın 30-da Tampere Rayon Məhkəməsi tərəfindən 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, doqquz epizod üzrə ciddi diffamasiya, etnik nifrətin salınması və İslam dininə qarşı küfrdə ittiham edilib. Monakolu blogger Mark Ciakone, ehtimal olunduğuna görə, Şahzadə II Albert və digər yerli siyasətçiləri ləkələyən və ələ salan satirik İnternet saytının sahibi idi. O, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 1500 avro məbləğində cəriməyə məhkum edilə bilər. Onun İnternet saytı müvəqqəti olaraq bağlanıb.
Rusiyada isə Moskva Daxili İşlər Baş İdarəsinin ekstremizmlə mübarizə mərkəzinin əməkdaşları 22 yaşlı Moskva sakini Yelena Drujininanı bir il axtarışdan sonra həbs edib. Qadın 12 fevral 2008-ci ildə öz bloqunda sosial ədavət və düşmənçilik ideyalarını təbliğ etməkdə ittiham olunur. Y.Drujininanı Rusiya Cinayət Məcəlləsinin 2828-ci maddəsinə əsasən 2 il müddətinədək həbs gözləyir.
Hesabatda, həmçinin, göstərilir ki, çində 34 (24 nəfər hazırda həbsdə, 10 nəfər azadlığa buraxılıb), Tunisdə 19 (3 nəfər hazırda həbsdə, 16 nəfər azadlığa buraxılıb), Mərakeşdə 3 (3 nəfər azadlığa buraxılıb), Malayziyada 3 (3 nəfər azadlığa buraxılıb), BƏƏ -də 2 (2 nəfər azadlığa buraxılıb), Rusiyada 2 (2 nəfər azadlığa buraxılıb), Böyük Britaniyada 2 ( 2 nəfər hazırda həbsdədir), ABŞ-da 4 ( 2 nəfər azadlığa buraxılıb, 2 nəfər isə həbsdədir), Avstraliyada 1 (1 nəfər hazırda həbsdədir), Kanadada 1 (1 nəfər hazırda həbsdədir), Almaniyada 1 (1 nəfər hazırda həbsdədir), Finlandiyada 1 (1 nəfər hazırda həbsdədir), Xorvatiyada 1 (1 nəfər azadlığa buraxılıb), Cənubi Koreyada 1 (1 nəfər azadlığa buraxılıb), Monakoda 1 (1 nəfər azadlığa buraxılıb), Moldovada 1 (1 nəfər azadlığa buraxılıb), Venesuelada 1 (1 nəfər azadlığa buraxılıb) və Cənubi Afrikada 1 nəfər (1 nəfər azadlığa buraxılıb) blogger müxtəlif qanun pozuntularına görə həbs olunub.
Bu faktlardan da göründüyü kimi, hətta demokratiyanın beşiyi sayılan ABŞ-da da, Avropanın ən inkişaf etmiş ölkələrindən olan Almaniya və Böyük Britaniyada da peşəsindən və məşğul olduğu sənət formasından asılı olmayaraq, qanun pozuntusuna yol verən hər kəs etdiyi əmələ görə, qanun qarşısında cavab verir, əgər əməlləri təsdiqlənərsə, həbs olunurlar. Onlar bloggerlər də olsa, bundan sığortalanmayıb. Deməli, Azərbaycanda hansısa bloggerin qanunu pozduğuna və konkret cinayət əməlinə görə həbs olunması nə demokratiyaya ziddir, nə də qanuna. Əksinə, bu elə hüququn aliliyi prinsipinin təmin olunmasıdır. Həmin beynəlxalq təşkilatlar və xarici dövlətlər isə Azərbaycanı tənqid etməkdənsə, əvvəlcə özlərinə nəzər yetirsinlər ki, sonradan əks arqumentlər qarşısında susmaq məcburiyyətində qalmasınlar.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

