/ / Azərbaycan daha bir nüfuzlu beynəlxalq hesabatda dünyanın ən güclü dövlətləri sırasında yer alıb
Azərbaycan daha bir nüfuzlu beynəlxalq hesabatda dünyanın ən güclü dövlətləri sırasında yer alıb
17.12.2019 [10:07]
ABŞ-ın Pensilvaniya Universitetinin “BAV Group and Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq sıralamasında respublikamız bir sıra Avropa ölkələrini qabaqlayıb
Azərbaycanın nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Bunu beynəlxalq səviyyəli reytinq agentliklərinin dəyərləndirmələri bir daha təsdiqləyir. Məlum olduğu kimi, Davos İqtisadi Forumunun, Dünya Bankının son hesabatlarında Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğu, islahatların reallaşdırılması, əhaliyə göstərilən dövlət xidmətlərinin inklüzivliyinin artırılması, biznes mühitinin daha da optimallaşdırılması və digər istiqamətlərdə qazandığı uyğurlar yüksək qiymətə layiq görülüb. Qeyd olunan hər iki mötəbər qurumun hesabatında bir sıra indikatorlar üzrə ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Bu günlərdə isə müstəqil Azərbaycanın ünvanına daha bir xoş xəbər gəlib. Belə ki, ABŞ-ın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. Reytinq ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Pensilvaniya Universitetinin “BAV Group and Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq sıralamasında Azərbaycan yenə də yüksək yerdə - 45-ci pillədə qərarlaşıb.
Növbəti reytinq sıralamasında müstəqil Azərbaycanın yüksək yer tutması isə heç də təsadüfi deyil. Bəhs olunan reytinq siyahısı obyektiv dəyərləndirmələr nəzərə alınmaqla hazırlanıb. Belə ki, siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Sadalanan parametrlər üzrə Azərbaycandakı vəziyyətə nəzər saldıqda göz önündə nikbin təəssürat yaradan mənzərə canlanır. Götürək elə son 16 ildə Azərbaycanın iqtisadi sahədə qazandığı uğurları. Bəhs oluan dövrdə respublikamızın dövlət siyasətində bir qayda olaraq iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi təmin edilib. Bunun da nəticəsi olaraq ölkəmizdə yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Son 16 ilin göstəriciləri ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib.
İqtisadiyyatın genişlənməsi ilə paralel şəkildə, ölkəmizin maliyyə təminatı da güclənir. Son 16 ildə respublikamıza daxili və xarici mənbələrdən 260 milyard dollardan çox investisiya yönəldilib. Eyni zamanda, respublikamızın valyuta ehtiyatları da artır. Azərbaycan öz vəsaitlərinə böyük qənaətlə yanaşır. Bir tərəfdən uğurlu iqtisadi inkişaf sayəsində qazanılan vəsaitlər qarşısda duran məsələlərin həllinə, quruculuq-abadlıq işlərinə və bu kimi digər məqsədlərə yönəldilir, həmçinin ölkənin sabahı üçün güclü maliyyə təminatları yaradılır. Artıq respublikamızın strateji valyuta ehtiyatları 49 milyard dollara çatıb.
Yuxarıda qeyd olunduğu kimi, bəhs olunan reytinqdə diqqət yetirilən vacib məqamlardan biri ölkələrin qlobal əməkdaşlıqda oynadığı rol, beynəlxalq təşkilatlarda üzvlük və iştirak məsələləri ilə bağlıdır. Bu baxımdan da Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Məlum olduğu kimi, respublikamız 2011-ci ildə 155 dövlətin dəstəyini qazanaraq BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Bu, Azərbaycanın həyata keçirdiyi siyasətə beynəlxalq səviyyədə böyük inamın ifadəsidir. Eyni zamanda, respublikamız Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətində yüksək fəallıq göstərir. Respublikamız Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. İndiyədək Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atıb. Məhz belə uğurlu fəaliyyətin nəticəsidir ki, respublikamız cəmi 5 ildən sonra Hərəkatın Zirvə Görüşünə ev sahibliyi və 2019-2022-ci illər üzrə sədrlik hüququnu əldə edib.
Deyilənlərdən də göründüyü kimi, bəhs olunan reytinq siyahısı hazırlanarkən ölkəmizin müsbət reallıqları nəzərə alınıb. Vurğulamaq yerinə düşər ki, təqdim olunan reytinqdə ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53

