Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qırğızıstanın Kant şəhərində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı mərasim keçiriləcək

Qırğızıstanın Kant şəhərində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı mərasim keçiriləcək

12.01.2010 [09:22]

Yanvar ayının 17-də Qırğızıstanın azərbaycanlıların kompakt yaşadığı Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı böyük mərasim keçiriləcək. Bu barədə məlumat verən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək  Fondunun rəhbəri Nüsrət Məmmədovun sözlərinə görə, tədbirdə Türkiyə, Qazaxıstan və özbəkistanın Qırğızıstandakı səfirləri, Kant rayonunun rəhbərliyi, Qırğızıstan Parlamentinin deputatları, Azərbaycan diasporunun nümayəndələri və jurnalistlər iştirak edəcəklər: “Qırğızıstandakı  Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və “Azəri” İctimai Birliyinin birgə təşkil edəcəyi mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində, fondun sifarişi ilə Bişkekdə çapdan çıxmış “Azərbaycanlılara qarşı soyqırım gerçəkliyi” kitabı və Əməkdar elm xadimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun elmi redaktoru olduğu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun alimləri tərəfindən hazırlanmış, Bişkekdə rus və ingilis dilində nəşr olunmuş “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar” kitabı iştirakçılara paylanacaq”.
Qeyd edək ki, ikinci kitab Yaqub Mahmudovun “Tarixin ən təhlükəli xülyası” sərlövhəli ön sözü ilə açılır. Kitabda XVIII əsrin ikinci yarısında İrəvan xanlığını əks etdirən Azərbaycan xəritəsi və ölkəmizin müxtəlif əsrlərə aid digər xəritələri də dərc olunub. Əlavə edək ki, tarixi faktlarla zəngin olan bu kitablar Qırğızıstanın milli kitabxanalarına, ali təhsil ocaqlarına, dövlət və ictimai təşkilatlarına, elmi dairələrə pulsuz yayılıb.
AQŞİN

Paylaş:
Baxılıb: 1029 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30