Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşünə müəyyən ümidlər var

Əli Həsənov: Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşünə müəyyən ümidlər var

23.01.2010 [04:56]

“Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 25-də Soçidə keçiriləcək görüşünə müəyyən ümidlər var”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. “Düşünürük ki, bir neçə ildir, reallaşan dialoqun davamı olaraq bu görüşdə yenidən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında başlanan prosesin müzakirəsi həyata keçiriləcək”, - deyə Ə.Həsənov vurğulayıb. Şöbə müdirinin sözlərinə görə, həmişə ümid edilib ki, hər görüş müsbət sonluqla, optimist nəticə ilə başa çatacaq, erməni tərəfi qeyri-konstruktiv mövqeyindən geri çəkiləcək: “Hər zaman ümid etmişik ki, ortaq maraqlar zəminində bu problemin həlli yolları tapılacaq, prosesdə bir inkişaf müşahidə olunacaq. Amma hər şey bizim gözləntilərimizdən asılı deyil, qarşı tərəfin də mövqeyi, dünya ictimaiyyətinin də məsələyə münasibəti var. Bütün hallarda bu görüşdən müəyyən nəticələr gözləyirik”.
APA-nın “Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün kifayət qədər səy göstərirmi” sualına cavab olaraq Ə.Həsənov bildirib ki, son iki ildə həm Rusiyanın, həm ABŞ-ın, həm də Fransanın səyləri əvvəlkindən daha çox və fəaldır: “Müəyyən səylər müşahidə olunur, amma hələlik Ermənistana ciddi təzyiq görünmür. Təzyiq olmadan da Ermənistanı və onun danışıqlarda iştirak edən rəhbərliyini göstərdiyi qeyri-konstruktiv mövqedən çəkindirmək çətindir”.

Paylaş:
Baxılıb: 1072 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30