Azərbaycanda yeni infrastruktur və investisiya layihələri həyata keçiriləcək
28.01.2010 [11:13]
Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi siyasətin başlıca istiqamətləri makroiqtisadi inkişafın sürətlənməsini, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsini, regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunmasını, infrastruktur təminatı ilə bağlı kompleks tədbirlər planının reallaşmasını təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar kursunun qarşıdakı illərdə davamlı xarakter alacağını və ölkəmizin sıçrayışlı inkişafının daha da sürətlənməsinə əhəmiyyətli baza yaradacağını bildirib.
Akademik Ramiz Mehdiyev 2010-cu ildə və qarşıdakı illərdə Azərbaycanda həyata keçirilməsi planlaşdırılan işlərdən danışarkən qeyd edib ki, hökumət infrastruktur və investisiya siyasətini dərinləşdirərək ən mühüm layihələrin icrasını təmin edəcək. R.Mehdiyevin bildirdiyinə görə, hökumət, ilk növbədə Sumqayıt şəhərini hərtərəfli inkişaf etdirəcək, onu müasir sənaye mərkəzi səviyyəsinə çatdıracaq. Sumqayıtda ən azı 10 yeni müasir zavod tikiləcək. Azərbaycanın ikinci sənaye şəhərinin inkişafı ilə bağlı hazırlanmış strateji plana uyğun olaraq burada ən mühüm kimya, maşınqayırma, metallurgiya, emal, tikinti, bir sözlə, geniş sənaye kompleksi yaradılacaq. Azərbaycanın sənaye potensialının “onurğa sütunu” olan “Azərkimya” Dövlət Şirkətinin tərkibində olan sənaye müəssisələrinin yenidən qurulması isə Sumqayıtın geniş sənaye regionuna çevrilməsinə stimul verəcək. Eyni zamanda, Sumqayıtdakı müəssisələrin bazasında sənaye şəhərciyinin yaradılması da bu sahədə dinamizmi dərinləşdirəcək.
Respublikamızda güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin yaxın illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına baza yaradır. Sənayeləşmə artıq iqtisadiyyatın modernizasiyasına təkan verməklə yanaşı, yeni iş yerlərinin açılmasına və postindustrial cəmiyyətə keçid üçün yeni zəmin yaratmaqdadır. Gədəbəy, Naxçıvan, Daşkəsən, Gəncə və digər bölgələrdə qızıl və mədənçıxarma sənayesinin inkişafı Azərbaycanın regionda nəhəng sənaye mərkəzinə çevrilməsi üçün əlverişli imkanlar açır. Bir sözlə, respublikamızda sənayeləşmənin yeni mərhələsi başlayacaq və sənaye potensialı yaxın illərdə ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutacaq.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi və ən müasir standartlara cavab verən nəqliyyat obyektlərinin və geniş şəbəkəli nəqliyyat sisteminin yaradılması ilə bağlı tədbirlərin də həyata keçiriləcəyini söyləyib. Prioritet layihələr sırasında Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Rusiya sərhədi, Bakı-İran sərhədi, Bakı-Gürcüstan sərhədi avtomobil yollarının tikintisi layihələri mühüm yer tutur. Həmin layihələrin tikintisinin bu il başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda, bu il Ələt qəsəbəsində regionda ən iri dəniz limanının tikilməsi və bütün növ gəmilərin inşa edilməsi üçün müasir tipli gəmiqayırma zavodunun təməlinin qoyulması da planlaşdırılır. ümumiyyətlə, paytaxtda və regionlarda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələri çərçivəsində milyonlarla manat həcmində investisiya yatırılacaq. Nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı proqramlar ən ucqar rayonları və cəbhə bölgələrindəki yaşayış məntəqələrini də əhatə edəcək. Onu da qeyd edək ki, bu sahədə dinamizm elementlərini möhkəmləndirən əsas amillərdən biri Azərbaycanın nəqliyyat infrastrukturunun Avropanın ən inkişaf etmiş dövlətlərinin yol təsərrüfatı ilə bağlı standartlarına, ən son texnologiyalarına uyğun qurulmasıdır. Bu gün dünyada tətbiq olunan ən modern avadanlıqlar və vasitələr respublikamızın yol təsərrüfatında istifadə olunur. Bu tipli nəqliyyat infrastrukturunun yaradılması ölkəmizin tranzit mərkəzinə çevrilməsinə səbəb olacaq, eyni zamanda, xarici iş adamlarının regionlara gediş-gəlişinin asanlaşmasına, bölgələrdə turizm sektoruna marağın artmasına mühüm təsir göstərəcək. Böyük İpək Yolunun istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars tranzit dəhlizlərinin yaradılması istiqamətində işlərin həlledici mərhələyə qədəm qoyması Azərbaycanın regionda Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzi nöqtəsinə çevrilməsinə səbəb olacaq.
Akademik Ramiz Mehdiyev 2010-cu ildə xeyli mədəni obyektlərin, məktəblərin, səhiyyə obyektlərinin və idman komplekslərinin tikintisinin davam etdiriləcəyini də xatırladıb. Respublikamızda bu tipli infrastruktur layihələrini daha da intensivləşdirmək üçün dövlət investisiya xərcləri artırılacaq. Sosial obyektlərin tikintisi, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr bu il investisiya siyasətinin əsas elementləri olacaq.
2010-cu ildə ölkəmizin hərbi müdafiə qabiliyyətinin gücləndirilməsi üçün mühüm addımlar atılacaq, hərbi təyinatlı yeni məhsulların istehsalına diqqət gücləndiriləcək. Ramiz Mehdiyev qeyd edib ki, bu sahədə həyata keçirilən siyasət dərin xarakter alacaq və Müdafiə Sənayesi Nazirliyi nəzdində yeni zavodlar istifadəyə veriləcək. Yeni müəssisələrdə aviasiya, naviqasiya, neft sənayesi, cihazqayırma və digər hərbi təyiantalı məhsulların istehsalı artırılacaq, ən yeni nəsil modern silah və sursatlar hazırlanacaq. Bundan başqa, ölkəmizdə müxtəlif növ döyüş sursatlarının, artilleriya minalarının, optik cihazların, bütün növ hərbi texnikanın bərpası və modernləşdirilməsi, zirehli tank və aviasiya texnikası, artilleriya sistemləri, radiolokasiya stansiyaları və zenit-raket komplekslərinin yaradılması da planlaşdırılır. ümumiyyətlə, yaxın illərdə Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılacaq və respublikamız bir neçə ildən sonra regionda hərbi təyinatlı məhsulların ixracatçısına çevriləcək.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sosial proqramların həyata keçirilməsinin, o cümlədən, aztəminatlı ailələrə ünvanlı yardımın verilməsinin 2010-cu ildə və sonrakı illərdə də hökumətin diqqət mərkəzində olacağını bəyan edib. Onun fikrincə, hökumətin bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasət yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların sayının son 6 ildə 50 faizdən 11 faizə düşməsinə səbəb olub. Təkcə bu göstərici ona dəlalət edir ki, hətta, böhran ilində də Azərbaycanda sosial sahədə ciddi iş aparılıb. Azərbaycan hökumətinin 2010-cu ildə həyata keçirəcəyi makroiqtisadi siyasətin başlıca hədəfləri respublikamızın inkişaf strategiyasının davamlılığını təmin etmək, makroiqtisadi tarazlığı, yüksək inkişaf dinamikasını və maliyyə sabitliyini qoruyub saxlamaqla bərabər, əhalinin sosial-maddi rifah halının yaxşılaşması üçün lazımi tədbirlər görməkdən ibarət olacaq. Sosial proqramlar maksimum dərəcədə icra oluncaq, dövlətin gəlirləri artdıqca, vəsaitlərin böyük bir hissəsinin sosial sahəyə ayrılması intensiv xarakter daşıyacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

