/ / Rövzət Qasımov: Seçki prosesi ümumilikdə rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib
Rövzət Qasımov: Seçki prosesi ümumilikdə rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib
11.02.2020 [09:40]
Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə bağlı ilkin mərhələdə dünəndən bütün proseslərə yekun vurub. MSK hazırda dairə seçki komissiyalarının protokollarını və digər lazımi sənədlərini qəbul etməyə başlayıb. Qanunvericiliyin tələbinə əsasən bütün bu sənədlər iki gün müddətində qəbul olunmalıdır və bundan sonra Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələri ilə bağlı ilkin məlumatları açıqlayacaq.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 10-da jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib.
R.Qasımov qeyd edib ki, MSK nəinki sosial şəbəkələrdə yayılmış, eyni zamanda, digər mənbələrdən daxil olan bütün məsələləri ətraflı şəkildə araşdıracaq və bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq addımlar atılacaq. Hüquqi baxımdan baş vermiş bütün hallarla bağlı adekvat tədbirlər görüləcək. Mərkəzi Seçki Komissiyası hər zaman seçicilərin və namizədlərin tərəfində olan bir qurumdur. Bu dəfə də biz namizədlərin mövqeyinin müdafiə olunması üçün bütün məsələləri həmişə olduğu kimi kifayət qədər diqqətlə araşdıracağıq. O da istisna deyil ki, Mərkəzi Seçki Komissiyası baş verən hallarla bağlı araşdırma nəticəsində konkret olaraq ciddi qanun pozuntuları aşkarladığı halda kifayət qədər kəskin, ciddi addımlar atacaq. Sosial şəbəkələrə gəldikdə isə dünən gün ərzində paylaşılan videogörüntülər təhlil olunub və gün ərzində bununla bağlı araşdırmalar aparılıb. Bu məlumatlar araşdırıldıqdan sonra əgər həmin hallar baş veribsə və həmin halların baş verməsi hər hansı bir hüquqi problem yaradırsa ciddi, kəskin addımlar atılacaq.
R.Qasımov deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar hələlik Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət daxil olmayıb. Rəsmi şikayət daxil olmasa da, hər hansı hal olan zaman MSK toplanacaq və öz fikrini bildirəcək. Əgər 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı 767 deputatlığa namizəd olubsa, builki seçkilərdə namizədlərin sayı 1314 nəfər olub. Builki təşviqat kampaniyasında kifayət qədər fərqli mühit mövcud olub. Bütün namizədlər lazımi vasitələrdən təşviqat kampaniyasında istifadə ediblər. Namizədlər tərəfindən bəzən qanunvericilikdə nəzərdə tutulmayan üsullardan da istifadə olunub. Biz seçki qanunvericiliyinin ruhunu əsas götürərək namizədlərin sərbəst və rahat şəkildə öz seçiciləri ilə təmasda olmaq, ismarıclarını çatdırmaq imkanlarına malik olmalarını bir məqsəd kimi qarşımıza qoymuşduq. Builki parlament seçkiləri həm namizədlərin qeydiyyatı, həm də namizədlərin ismarıclarını seçicilərinə çatdırmaları üçün mövcud olan imkanlar baxımından kifayət qədər zəngin seçkilər idi.
Rövzət Qasımov qeyd edib ki, MSK-nın “Qaynar xətti”nə ciddi önəm veririk. Həm sosial şəbəkələr, həm “Qaynar xətt”, həm digər vasitələrlə Mərkəzi Seçki Komissiyasına daxil olan məlumatlar MSK-nın araşdırma və addım atması üçün bir mənbə, bir başlanğıc rolunu oynayır. Bu dəfədə ənənəyə sadiq qalınacaq və bütün bu addımlar atılacaq.
Qeyd edilib ki, parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının “Qaynar xətt”inə 280-ə yaxın müraciət daxil olub. Müraciətlərin bir qismi texniki sorğu xarakterli olub. “Bununla bərabər, MSK üçün araşdırma başlamağa səbəb olacaq hallar barədə müəyyən məlumatlar da var. “Qaynar xətt”ə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə diqqətlə yanaşır. MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır. Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə adekvat olan addımların, hətta kəskin addımların şahidi ola bilərsiniz”, - deyə sədr müavini bildirib.
MSK-nın sədr müavini qeyd edib ki, iddia olunan qanun pozuntuları araşdırılacaq: “Bunlar öz təsdiqini tapdığı halda, MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır. Burada nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlanarsa, MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olmasıdır”.
Sədr müavini deputatlığa namizədin vəkilinin ölməsinə də münasibət bildirib: “101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik konkret fikir bildirmək çətindir. Bütün bu məsələlər araşdırılacaq və bu barədə məlumatlar, ilk növbədə, KİV-lərə çatdırılacaq”.
Rövzət Qasımov onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib. Ancaq milyonlarla insanın cəlb edildiyi prosesi neqativ hallar olmadan təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona adekvat cavab göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq.
Xəbər lenti
Hamısına baxMüsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58

