/ / Vüqar Rəhimzadə: Şərəfli peşə sahibi olan polislərimizi qınamaqdansa, qanunlarımızın aliliyinə, asayiş keşikçilərinin qanuni tələblərinə əməl etmək lazımdır
Vüqar Rəhimzadə: Şərəfli peşə sahibi olan polislərimizi qınamaqdansa, qanunlarımızın aliliyinə, asayiş keşikçilərinin qanuni tələblərinə əməl etmək lazımdır
13.02.2020 [09:20]
“Ölkəmiz öz qürurlu tarixində daha bir siyasi kampaniyanı uğurla başa vurdu. 9 fevral parlament seçkiləri demokratik inkişaf istiqamətində atılan növbəti addım kimi yaddaşlara yazıldı. Bunu təkcə ölkə ictimaiyyəti deyil, seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn beynəlxalq müşahidəçilər də öz hesabatlarında, açıqlamalarında xüsusi olaraq vurğuladılar. Heç şübhəsiz ki, bu faktlar, demokratik, şəffaf və ədalətli formada keçirilən parlament seçkiləri həyata keçirilən siyasi islahatların növbəti mərhələsi kimi yüksək qiymətləndirilir”. Bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
“İki sahil” qəzetinin baş redaktoru bildirib ki, ölkəmizin uğurlarına sevinənlərlə bərabər, inkişafımıza qısqanclıqla yanaşan xarici və daxili dairələr də öz çirkin əməlləri ilə hələ də “nəfəs aldıqlarını” nümayiş etdirməyə çalışırlar: “Daxili İşlər Nazirliyinin dünən yaydığı məlumatda da qeyd edildiyi kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında bir qrup şəxs icazəsiz aksiya keçirməyə cəhd edib. MSK nümayəndələri onlarla söhbət aparmağa çalışıblar, amma icazəsiz aksiyada iştirak edənlər buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdiriblər. Əraziyə gələn polis əməkdaşları qanunsuz aksiyanın dayandırılmasını tələb ediblər. Bütün xəbərdarlıqlara baxmayaraq, onlar yenə də öz əməllərindən əl çəkməyiblər. Təbii olaraq, polis qanunun tələb etdiyi kimi, öz vəzifə borcunu yerinə yetirərək bu qeyri-qanuni aksiyanın qarşısını alıb. Bu, bir qürurverici faktdır ki, Azərbaycan hüquqi dövlətdir. Ona görə də hər kəs ölkə qanunlarına əməl etməli, ona tabe olmalıdır. Təbii ki, belə özbaşınalıqların qarşısı daim dövlətçiliyin keşiyində dayanan Azərbaycan polisi tərəfindən qətiyyətlə alınacaq, qanunsuz əməllərə və hərəkətlərə hüquqi qiymət veriləcək.
Parlament seçkilərində məğlub olmuş bəzilərinin sifarişini yerinə yetirən bu qanun pozucuları dərk etməlidirlər ki, Azərbaycanın Milli Məclisi 125 nəfərdən formalaşır və qanunverici orqana ən yüksək səs toplamış qaliblər deputat seçilirlər. Bu il parlament seçkilərində rekord həddə namizəd qeydə alınmışdır. Namizəd olmuş 1500-ə yaxın insanın hamısını 125 yerə sığışdırmaq mümkün deyil. Bu, seçkidir. Bu, bir siyasi mədəniyyət tələb edən böyük siyasi aksiyadır. Bu reallığı hər kəs anlamalı, məğlub olmuşlar isə öz riyakar niyyətlərindən əl çəkməli, məğlubiyyətlərini etiraf etməli, qalib olmuşlara xoş arzularını ifadə etməlidirlər. Budur sivil seçki mədəniyyətinə xidmət, bunun əksinə olaraq qanunları pozub hansısa qüvvənin, yaxud kimlərinsə çirkin sifarişlərini yerinə yetirmək ən böyük cinayətdir. Cinayət isə cəzasız qalmamalıdır. Kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar qanunun aliliyinə və insanların seçiminə hörmətlə yanaşmalı, qanunun qarşısında bərabərhüquqlu məsuliyyət daşımalıdırlar. Şübhə etmirəm ki, bu hərəkətləri və əməlləri törədənlərə qarşı qanunun aliliyi ilə yanaşılacaq, qanunu pozan insanlar layiqli cəzalarını alacaqlar”.
Vüqar Rəhimzadə vurğulayıb ki, 9 fevral parlament seçkilərində səsvermə zamanı sosial şəbəkələrdə yayılan bəzi videolarda polisin guya zorakılığa yol verməsi ilə bağlı fikirlər formalaşdırılmağa da cəhdlər olub: “Sözsüz ki, bütün bunlar qərəzli və ədalətsiz yanaşmalardır. Qeyd edək ki, polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda - rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edir, qanunauyğun tədbirlər həyata keçirir. Bəli, biz bir məntəqədə buna rast gəlmişik. Məntəqə sədri qanunvericiliyin tələbinə uyğun olaraq, ərazidə xidmət aparan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirib. Polis həmin şəxsi nizam-intizama dəvət edib, ondan məntəqəni tərk etməsini istəyib. Amma həmin şəxs polisin qanuni tələbinə əməl etməyib və müqavimət göstərib. Polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıblar. Ciddi xəbərdarlıqdan sonra onun yenidən məntəqəyə daxil olmasına icazə verilib. Hesab edirəm ki, polis səsvermə günü öz xidmətini yüksək səviyyədə, qanunun tələbinə uyğun formada həyata keçirib, seçicilərin rahat formada səs verməsi üçün lazım olan bütün tədbirlər görülüb”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, polisi qaralamaq, onun fəaliyyətinə kölgə salmaq siyasi riyakarlıqdır və bu kimi hallar qəbuledilməzdir: “Nəzərə almaq lazımdır ki, polis qanunun ona verdiyi imkanlar daxilində hərəkət edir. Polisin əsas vəzifəsi isə ölkədə asayişi, insanların təhlükəsizliyini qorumaqdır. Əgər kimsə qanunu pozursa, qarşısında asayiş keşikçisini görəcək. Bu, dünyanın hər yerində belədir. Götürək elə Avropa ölkələrini. Zaman-zaman biz bu ölkələrdə insanların keçirdikləri aksiyaların və polislə qarşıdurmaların şahidi oluruq. Heç kim deyə bilməz ki, qanunu kobud şəkildə pozan hansısa şəxsin hərəkətlərinə göz yumulur. Əgər kimsə polisin nəzakətli formada edilən tələbinə əməl etmirsə, ona qarşı güc tətbiq etmək artıq qaçılmazdır. Bütün bunlar da polisin qanuni vəzifələridir. Hər zaman təhlükəsizliyimizin keşiyində dayanan, şərəfli peşə sahibi olan polislərimizi qınamaqdansa, qanunlarımızın aliliyinə hörmət etmək və polisin qanuni tələblərinə sözsüz əməl etmək lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

