/ / Əli Əhmədov: Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etməsi bir daha sübut etdi ki, ölkəmizin və onun əhalisinin taleyi qüdrətli və etibarlı əllərdədir
Əli Əhmədov: Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etməsi bir daha sübut etdi ki, ölkəmizin və onun əhalisinin taleyi qüdrətli və etibarlı əllərdədir
19.02.2020 [10:17]
“Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında açıq müzakirələr artıq neçə gündür ki, gündəmin əsas mövzusudur. Mövzunun təkcə Azərbaycanın və təcavüzkar Ermənistanın deyil, həm də dünyanın bir sıra aparıcı mətbuat orqanlarının diqqətində olması ona olan marağın miqyasından xəbər verir. Etiraf etmək lazımdır ki, son bir neçə ay ərzində müxtəlif beynəlxalq meydançalarda iki ölkə rəhbəri arasında baş tutan mükalimələr böyük ictimai rezonansa səbəb olmuşdur. Bu müzakirələr hər şeydən əvvəl geniş beynəlxalq auditoriyanın həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətini daha yaxşı anlamasına, həm də, bu da çox vacib məqamdır, münaqişə tərəflərinin öz mövqeyini, deməli, tarixi həqiqəti təqdim etmək potensialını üzə çıxarmasına imkan yaradır. Artıq İlham Əliyevin təqdimatında Azərbaycanın mövqeyinin getdikcə güclənməsinin, arqument bazasının möhkəmlənməsinin, Paşinyanın təqdimatında isə tam əksinə olaraq, təcavüzkar Ermənistanın mövqeyinin zəifləməsinin davam etməsinin şahidi oluruq. Münxen Təhlükəsizlik Konfransı bu baxımdan istisna təşkil etmədi”. Bu fikirlər Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun özünün rəsmi facebook səhifəsində paylaşım etdiyi “Prezident İlham Əliyevin möhtəşəm diplomatik qələbəsi” sərlövhəli məqaləsində yer almışdır.
Əli Əhmədov fikirlərini davam etdirərək qeyd edib: “Prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında canlı şəkildə izlədiyimiz müzakirələr birmənalı şəkildə Azərbaycanın dövlət başçısının təcavüzkar dövlətin rəhbəri ilə müqayisədə böyük üstünlüyünün nümayişinə çevrildi. Əvvəla, intellektual müstəvidə iki lider arasında ciddi fərqlər aydın şəkildə nəzərə çarpdı. İkincisi, İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və tarixi ilə əlaqədar həqiqətləri daha aydın və arqumentləşmiş şəkildə dinləyicilərə və izləyicilərə çatdırdı. Ən əsası isə, dövlət başçımız Azərbaycanın mövqeyini layiqincə müdafiə etməyə, daha sanballı arqumentləri ilə təcavüzkar dövlətin rəhbərini, demək olar ki, bütün arqumentlərdən məhrum etməyə, başqa sözlə desək, tərk-silah etməyə nail ola bildi”.
“Heç şübhəsiz, Münxen Təhlükəsizlik Konfrasında açıq müzakirələr Prezident İlham Əliyevin baş nazir Paşinyan üzərində qəti və inandırıcı intellektual, nəzəri-tarixi, mənəvi və psixoloji qələbəsi ilə tarixə düşdü. Daha əhəmiyyətlisi isə odur ki, Prezident İlham Əliyevin timsalında Azərbaycanın Ermənistandan mənəvi-psixoloji üstünlüyü özünün aydın təsdiqini tapdı. Görünür, bu səbəbdəndir ki, işğalçı Ermənistanın siyasətçiləri və ekspertlərindən tutmuş adi insanlarına qədər hamı Paşinyanın ağır məğlubiyyətini etiraf edir və buna görə ona qarşı ən sərt ittihamları irəli sürməyə başlayır”, - deyə Əli Əhmədov qeyd etmişdir.
Əli Əhmədov fikirlərini bu cür tamamlamışdır: “Mən qətiyyətlə, daxili inamla Münxen Təhlükəsizlik Konfransında açıq müzakirələrdə Prezident İlham Əliyevin çıxışını, gətirdiyi arqumentləri, Paşinyanın əlacsız vəziyyətə düşməsini Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın ədalətli mövqeyinin bütün dünyaya daha ətraflı çatdırılması sahəsində möhtəşəm addım hesab edirəm.
Münxen Təhlükəsizlik Konfransında açıq müzakirələrdə Prezident İlham Əliyevin Azərbaycanın mövqeyini ləyaqətlə, bacarıqla və qətiyyətlə müdafiə etməsi, heç birimizin şübhə etmədiyimiz həqiqəti bir daha sübuta yetirdi: Ölkəmizin və onun əhalisinin taleyi qüdrətli və etibarlı əllərdədir. Bu fikirlər, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli perspektivlərinə şamil edilə bilər və edilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33

