“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22.02.2020 [10:34]
“Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında münasibətləri yeni tarixi mərhələyə daşımış oldu. Avropa İttifaqına üzv olan ölkələr içində İtaliya aparıcı ölkələrdən biridir. Azərbaycanın bu ölkə ilə xüsusi münasibətləri var və buna görə də təsadüfi deyil ki, Azərbaycan Prezidenti İtaliya səfəri zamanı İtaliya Prezidenti ilə, İtaliya Nazirlər Şurasının sədri ilə, İtaliya Senatının sədri ilə görüş keçirib”. Bunu SİA-ya açıqlamasında millət vəkili, siyasi ekspert Hikmət Babaoğlu deyib.
Siyasi ekspert söyləyib ki, bütövlükdə Avropa İttifaqına üzv olan ölkələr içində İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir: “Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur. İki ölkə arasında potensial imkanların olması və münasibətlərin inkişafi ilə bağlı heç bir siyasi maneənin olmaması daha mühüm perspektivlər vəd edir. İtaliya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. O cümlədən İtaliya Prezidenti ilə Azərbaycan Prezidentinin son görüşündə də hər iki ölkənin bir-birinin ərazi bütövlüyünə dəstək verdiklərini bəyan etməsi, ümumi bəyannamədə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılması məsələsinin qeyd olunması bundan sonrakı mərhələdə də İtaliya-Azərbaycan münasibətlərini daha da inkişaf etdirməklə yanaşı, həm də Avropa İttiqfaqına üzv olan digər ölkələr üçün yaxşı bir nümunə olacaq”.
Ekspert bildirib ki, İtaliya bir sıra sənaye istiqamətləri üzrə Avropada lider ölkədir: “Sumqayıt Sənaye Parkı və İtaliya şirkətləri arasında xüsusi münasibətlərin olması təsadüfi deyil. Bütün bunlar da kimya sənayesi üzrə yeni istiqamətlər müəyyən edir. Sumqayıt Sənaye Parkında olan kimya müəssisələrində istehsal olunan məhsullar Azərbaycanın qeyri-neft sektorunda 14 faizlik pay yaradır ki, bu da yenə İtaliya şirkətləri ilə birgə əməkdaşlıq sayəsində mümkün olub. İtaliya-Azərbaycan münasibətlərində iqtisadi blokdan danışan zaman bir məsələni xüsusi vurğulamaq lazımdır ki, qeyri-enerji sahəsində İtaliya ilə Azərbaycan arasında təqribən 1 milyard dollara yaxın maliyyə münasibətləri və eyni zamanda, Azərbaycandan kənarda yatırım üzrə təqribən 10 milyard dollar həcmində investisiya münasibətləri var”.
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın Avropada tanınması üçün İtaliya mühüm bir ölkədir və Azərbaycan Prezidentinin İtaliya səfəri zamanı 2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan olunması təsadüfi deyil: “Nəzərə almaq lazımdır ki, İtaliya həm də böyük turizm ölkəsidir. Milan şəhəri Avropanın bir sıra avanqard trendlər üzrə aparıcı şəhərlərindən biridir və 2020-ci il bütövlükdə Azərbaycanın yenidən öz mədəniyyətinin, tarixinin, adət-ənənəsinin Avropaya tanıdılması hadisəsi olacaq. Azərbaycanın həyata keçirdiyi meqa layihələrlə ölkəmizlə İtaliya arasında körpülər yaranıb. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti, yəni TAP hissəsi İtaliya ərazisində yekunlaşır və bu iki ölkə arasında yeni münasibətlər yaratmış olur. Çünki Azərbaycandan Avropaya istiqamətlənən qaz kəməri İtaliyada sona çatır və daha sonra bütün Avropaya şaxələnməsi planlaşdırılır. Bu da özlüyündə yeni iqtisadi-siyasi iqlimin formalaşmasına səbəb olacaq və həmçinin kəmər üzərində olan bütün ölkələrlə Azərbaycanın münasibətlərinə müsbət təsir göstərəcəkdir. Bütün bu məsələləri ümumiləşdirsək və bu səfər çərçivəsində imzalanan müqavilələrə nəzər salsaq, görərik ki, bu müqavilələrdə iqtisadi, siyasi, humanitar, hərbi sahələr üzrə mümkün əməkdaşlıqlar nəzərdə tutulur. 2020-ci ildə Azərbaycan Prezidentinin İtaliya səfəri dövlətlər arasında yeni səhifə açmaqla hər iki ölkənin maraqlarını təmin edəcək”.
Xəbər lenti
Hamısına baxSosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43

