Dmitri Savelyev: Xocalının xatirəsi nəsillərin yaddaşında yaşayacaq
27.02.2020 [09:54]
Bəşəriyyətin bütün tarixi qanlı hadisələrlə müşayiət olunub. AZƏRTAC-ın müxbiri dünyanın ən müasir tarixində baş vermiş belə hadisələrdən biri, Azərbaycan xalqının daim göynəyən yarası - Xocalı faciəsi barədə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevlə söhbət edib.
- Dmitri İvanoviç, Dağlıq Qarabağ münaqişəsi tarixində Xocalı faciəsinin rolunu necə qiymətləndirirsiniz?
- Dağlıq Qarabağda hadisələr başlanana qədər azərbaycanlılar və ermənilər dinc yanaşı yaşayırdılar. Lakin Ermənistan SSR-in hakim dairələrinin həmin ərazini öz respublikalarına birləşdirmək niyyəti təcavüzkarlığa səbəb oldu və bu da Azərbaycan xalqına saysız-hesabsız fəlakətlər və məşəqqətlər gətirdi. Qeyd edək ki, Xocalıda soyqırımı aktı işğalçıların ilk cinayəti deyildi: Dağlıq Qarabağın Meşəli, Malıbəyli, Qaradağlı və Ağdaban kimi kəndlərinin dinc əhalisi artıq qurbanlar vermişdi. Görünür, azərbaycanlıların qırılması kursu qabaqcadan götürülmüşdü. Lakin bu hadisələrin apogey nöqtəsi məhz Xocalı qırğını oldu. Dağlıq Qarabağ münaqişəsinin bütün dövrü ərzində 30 mindən çox azərbaycanlı həlak olub. Lakin Xocalıda törədilmiş dəhşətli cinayətin məhz bu 613 qurbanı hər bir azərbaycanlının qəlbini daim göynədən yaraya çevrilib və hətta 28 il keçəndən sonra da bu itkilərin ağrısı səngimək bilmir.
- Belə irimiqyaslı hərbi əməliyyat nə üçün məhz Xocalıda aparıldı?
- Şəhər öz strateji mövqeyinə görə işğalçılar üçün böyük əhəmiyyət kəsb edirdi. Dağlıq Qarabağda yeganə aeroport Stepanakertin cəmi 10 kilometrliyində yerləşən Xocalı şəhərində idi. Lakin bu, işğalçıların onlar üçün təhlükəli olmayan dinc əhaliyə münasibətdə amansızlığına əsla haqq qazandırmır. Şəhərdə özünümüdafiə qüvvələrinin kiçik, praktiki olaraq silahsız qrupu vardı. Bununla belə, Xocalı bir neçə ay mühasirədə oldu.
Şəhər əvvəlcə “Qrad” və “Uraqan” qurğularından atəşə tutuldu, sonra piyada qoşun sakinlərə divan tutmağa, bunun üçün o cümlədən qadağan edilmiş silahdan istifadə etməyə başladı. Silahsız qadınların, uşaqların və qocaların məhv edilməsinə heç bir bəraət qazandırıla bilməz. Günahsız insanları yalnız azərbaycanlı olduqlarına görə öldürürdülər.
- Bəs siz erməni tərəfinin Xocalı faciəsini indiyədək “Azərbaycanın təbliğat aksiyası” adlandırmasına, dinc əhalinin kütləvi qırğını faktını təkzib etməsinə necə münasibət bəsləyirsiniz?
- Onda Rusiya, İngiltərə, Fransa, Almaniya, ABŞ, Polşa, Türkiyə, habelə Baltik ölkələrindən olan, Dağlıq Qarabağ münaqişəsini işıqlandıran və faciə yerindən xeyli foto və videokadrları dünyaya nümayiş etdirən onlarca fotoqraf və jurnalist də Azərbaycanın təbliğatçıları hesab edilməlidir. Xüsusi amansızlıqla qətlə yetirilmiş insanların cəsədləri - törədilmiş cinayətin təkzibedilməz sübutu bax budur. Bəs “Xocalı şahidlərin gözü ilə” kitabı necə olsun? Kitabda sağ qalmış xocalılılar qanlı hadisələrin təfərrüatını danışır, Xocalı qırğını haqqında həqiqətləri dünya birliyinin diqqətinə çatdırırlar.
- Xoşməramlı insanlar Xocalı barəsində ədalətin zəfər çalması üçün nə etməlidirlər?
- Azərbaycan Respublikasının məqsədi cinayətkarları dünya ictimaiyyətinin məhkəməsinə vermək, habelə tarixi ədaləti bərpa etməkdir. Bir milyondan çox azərbaycanlı qaçqın, o cümlədən Xocalı sakinləri doğma yurd-yuvalarına qayıtmalıdırlar. İndi isə Xocalı faciəsini daim dünya birliyinə xatırlatmaq, bu hadisələrin acı xatirəsini nəsildən-nəslə ötürmək lazımdır. Xalqlar bilməlidirlər ki, azğın ksenofobiya və dözümsüzlük necə ağır nəticələrə gətirib çıxarır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası başlayıb və bu hərəkat ildən-ilə genişlənir. Onlarca ölkədə xatirə gecələri və konfranslar keçirilir, kitablar, kitabçalar nəşr olunur, faciədən bəhs edən tammetrajlı “Xoca” filmi ekranlara çıxıb. İndi kampaniya yeni mərhələyə qədəm qoyur: Xocalı qırğınının dünya səviyyəsində soyqırımı aktı kimi tanınmasına dair kampaniya aparılır. Bəzi ölkələr, o cümlədən Avropa ölkələrinin bir hissəsi, ABŞ-ın bir sıra ştatları soyqırımını artıq rəsmən tanıyıblar.
- Bəs Rusiya ictimaiyyəti Xocalı hadisələrini necə xatırlayır?
- Şəksiz ki, həmvətənlərim bu ağrını Azərbaycan xalqı ilə bölüşürlər. Rusiyanın bir çox şəhərlərində Xocalı hadisələri ilə bağlı xatirə günləri keçirilir. Vətəndaşlar başsağlığı verir, öz doğma və yaxınlarını itirmiş azərbaycanlıların kədərini bölüşməyə hazır olduqlarını bildirirlər. Məsələn, fevralın 25-də Moskva sakinləri Heydər Əliyev Fondunun dəstəyi ilə Tolerantlıq Muzeyində keçirilmiş xatirə tədbirində Xocalıda həlak olanlara ehtiramlarını ifadə ediblər. Şəxsən mən ötən il olduğu kimi, bu il də fevralın 26-da Bakıda olmuşam, Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının memorialının - “Ana harayı” abidəsinin qarşısına əklilqoyma mərasimində iştirak etmişəm. Yer kürəsində belə bir faciənin bir daha baş verməməsi üçün ən yaxşı müdafiə isə nəsillərin yaddaşıdır.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

