Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsi dünyada modelə çevrilib
28.04.2020 [10:09]
Ölkəmizin yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi təxirəsalınmaz və genişmiqyaslı tədbirlər əksər ölkələr üçün nümunə göstərilir
Məlum olduğu kimi, bütün dünyada tüğyan edən koronavirus pandemiyasının (COVID-19) ilk dövrlərindən Azərbaycan dövləti bu təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi ilə əvvəlcə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Eyni zamanda, ölkəmizdə kütləvi yoluxmanın qarşısını almaq üçün dərhal təlim-tədris müəssisələrinin, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı, bütün kütləvi tədbirlər ləğv edildi və ya təxirə salındı. Daha sonra ölkədə xüsusi karantin rejimi tətbiq edildi. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində səhiyyə sahəsində bir sıra təxirəsalınmaz addımlar atıldı, eləcə də sosial dəstək tədbirləri həyata keçirildi. Bunların nəticəsidir ki, dünyanın əksər ölkələri ilə müqayisədə pandemiyaya qarşı mübarizədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub.
Ölkədə qısa müddət ərzində həyata keçirilən bu tədbirlərin müsbət nəticələri isə artıq ortadadır. Təsadüfi deyil ki, ÜST sədri Tedros Adhan Gebreyesus da dəfələrlə Azərbaycanda görülən tədbirləri olduqca müsbət qiymətləndirib və bütün dünya ölkələrinə nümunə kimi göstərib.
Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir
Azərbaycanın bütün dünya ölkələrinə model kimi göstərilən koronavirusla mübarizə təcrübəsi xarici ölkələrin nüfuzlu media orqanlarının da diqqətindən yayınmır. Belə ki, Rusiyanın “pravda.ru” internet-nəşrində Pyotr Deryabinin “COVID-19 xronikaları: Azərbaycan effektivlik və etimad nümunəsidir” sərlövhəli məqaləsində ölkə rəhbərliyinin pandemiyaya qarşı qabaqlayıcı və təxirəsalınmaz tədbirlərindən bəhs olunur, əldə edilən uğurların arxasında dayanan səbəblər sadalanır. Müəllif qeyd edir ki, pandemiya ilə mübarizə baxımından regionun güclü və sabit iqtisadiyyata malik lider dövləti olan Azərbaycanın nümunəsi olduqca maraq doğurur. Məqalədə vurğulanır ki, Azərbaycanda koronavirus pandemiyasından əvvəl, demək olar ki, həyatın bütün sahələrinə təsir göstərən genişmiqyaslı islahatlar elan olunub və qısa müddətdə həyata keçirilib.
Eyni zamanda, yazıda xüsusi olaraq qeyd olunur ki, bütün bu islahatlar ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilib və Azərbaycanın hazırlıqlı olması ölkənin koronavirusa qarşı nümayiş etdirdiyi uğurlu mübarizənin, əldə edilən müsbət və etibarlı nəticələrin açarı olub.
Bu məqamda qeyd edilməlidir ki, ölkə rəhbərliyi vətəndaşların sağlamlığı və təhlükəsizliyini qorumaq üçün vaxtında və təsirli tədbirlər görməkdədir. Bu gün Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi göstərir. Bundan əlavə, görülən bütün tədbirlərin strategiyası pandemiyanın nəticələrinin milli iqtisadiyyata mənfi təsirini azaltmağa yönəlib.
“Biz birlikdə güclüyük!” şüarı hakimiyyətin və vətəndaşların birliyini nümayiş etdirir
Bundan əlavə, dünyada pandemiyaya qarşı qoruyucu vasitələrin çatışmadığı bir vaxtda Azərbaycanın müstəqil olaraq ölkə əhalisini koronavirusla mübarizədə istifadə olunan bütün qoruyucu vasitələrlə təmin edə bilməsi də nümunəvi faktdır. Buna misal olaraq Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə tibbi maskalar istehsal edən müəssisənin açılışını, həmçinin ölkədə spirt, dezinfeksiyaedici məhsullar və digər qoruyucu vasitələrin istehsal həcminin artırılmasını və bununla da pandemiya dövründə bu məhsulların xarici idxaldan asılılığı minimuma endirilməsini göstərmək olar.
Pandemiya ilə mübarizədə insanların sağlamlığının qorunması sahəsində vacib bir addım isə dövlət tərəfindən 575 çarpayılıq və müasir avadanlıqla təchiz edilmiş “Yeni Klinikan”ın koronavirusa yoluxmuş xəstələr üçün ayrılmasıdır. Virusun müntəzəm diaqnostikası üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə müasir avadanlıqlarla təchiz olunmuş 18 müasir laboratoriyanın fəaliyyətə başlaması da görülən təxirəsalınmaz tədbirlərin mühüm hissəsidir.
Yeri gəlmişkən, xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Biz birlikdə güclüyük!” adlı sosial aksiya sayəsində aztəminatlı ailələrə 100 mindən çox ərzaq paketi paylanıb. Aksiyada iştirak edənlərin sayı hər gün artır, həm dövlət, həm də özəl şirkətlər bu təşəbbüsə qoşulur.
Beləliklə, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan pandemiyanın nəticələrinin mənfi təsirinin qarşısınının alınması tədbirlərin həyata keçirilməsində dünyada bir model yaradıb. Müvəffəqiyyətin açarı ölkə rəhbərliyinin cəmiyyət üçün açıq olması, iqtisadiyyatın şəffaflığı, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və konsolidasiyası, cəmiyyət və hakimiyyətin ortaq hədəflər naminə həmrəyliyidir. Azərbaycanın nail olduğu bu təcrübəni bir çox ölkə artıq öyrənir və mənimsəyir. Ona görə ki, Azərbaycanda elan edilən “Biz birlikdə güclüyük!” şüarı açıq şəkildə hakimiyyətin və ölkənin bütün vətəndaşlarının təhlükə qarşısında birliyini nümayiş etdirir, çətinliklərin yalnız birgə səylərlə aradan qaldırılacağını göstərir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

