/ / Prezident İlham Əliyev: Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik
Prezident İlham Əliyev: Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik
02.06.2020 [08:55]
Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır
Xəbər verildiyi kimi, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunun ərazisində məcburi köçkünlər üçün salınan sayca üçüncü - “Qobu Park-3” yaşayış kompleksinin açılışı baş tutub. Xatırladaq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə salınmış yeni şəhərciklərdə bütövlükdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək. Əvvəlki qəsəbə-şəhərciklərdə olduğu kimi, yeni yaşayış kompleksində də məcburi köçkünlərin rahatlığı üçün bütün zəruri infrastruktur qurulub. Açılış mərasimindən sonra məcburi köçkünlərlə görüşən Prezident İlham Əliyev yeni yaşayış kompleksində görülən işlərdən məmnunluğunu bildirib, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini bir daha nəzərə çatdırıb. “Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ermənilər tərəfindən dağıdılmış bütün şəhərlərimiz yenidən qurulacaq
Bütövlükdə, indiyədək respublikamızın müxtəlif regionlarında məcburi köçkünlər üçün 111 yaşayış kompleksi salınıb və 300 mindən çox məcburi köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin olunub. Keçən il məcburi köçkünlər üçün 5 minə yaxın mənzil və yaxud fərdi ev tikilib. Cari ildə isə bu rəqəmin 7-8 minə çatdırılması nəzərdə tutulub. Lakin yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra orada gözəl binalar, şəhərciklər tikiləcək. “Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur”, - deyə Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, indiyədək Azərbaycan işğaldan azad etdiyi bir sıra ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirib. Xatırladaq ki, 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar ərazilərimiz işğalçılardan azad edilib. O cümlədən Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək. Uğurlu Aprel döyüşlərində əldə olunan qələbədən sonra Cocuq Mərcanlı cəmi bir il ərzində yenidən quruldu və indi orada həyat qaynayır, köçkünlər öz doğma torpaqlarına qayıdıblar. İşğaldan azad olunan Şıxarx qəsəbəsini götürək. İşğaldan azad olunan bu ərazidə böyük şəhərcik salınıb.
Azərbaycanın ötən illərdə öz ordusunun gücü ilə bir sıra əraziləri işğaldan azad etməsi, orada məqsədyönlü bərpa işləri aparması, həmçinin məcburi köçkünlərin böyük məmnuniyyətlə doğma yurd yerlərinə qayıtmaları bir daha təsdiqləyir ki, ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin həllində özünün prinsipial mövqeyindən heç vaxt geri çəkilməyəcək. Prezident İlham Əliyev qətiyyətlə bildirib ki, biz bu gün işğal altında olan bütün digər torpaqlarda da bərpa işləri görəcəyik. Azərbaycan öz suverenliyini təmin edəcəkdir.
Ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi prinsipial mövqe tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır. Dağlıq Qarabağa aid təkzibolunmaz tarixi faktlar, toponimlər, İslama qədərki və İslamın qəbulundan sonrakı dönəmlərdə yaradılan abidələr bu yerlərin aborogen sakinlərinin məhz azərbaycanlılar olduğunu təsdiqləyir. Eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar, dünyanın əksər dövlətləri də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edirlər. Bunu indiyədək BMT, Avropa İttifaqı, İƏT, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq qurumlar tərəfindən qəbul edilən sənədlərdən də görmək mümkündür. İşğal məhsulu olan separatçı və qondarma “DQR” heç bir xarici dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Bir qədər bundan əvvəl “DQR”-də keçirilən oyuncaq “prezident seçkiləri” beynəlxalq birliyin Dağlıq Qarabağda Ermənistanın işğalçılıq siyasəti sayəsində yaradılan separatçı rejimə münasibətini bir daha göstərdi. Dünyanın aparıcı ölkələri, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, həmçinin Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar açıq şəkildə bəyanat verdilər ki, bu seçkilər tanınmır və Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur.
Danışıqlar prosesi çərçivəsində mərhələli həll variantı müzakirə edilir
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Fransanın həmsədrliyi ilə aparılır. İşğalçı Ermənistan isə müxtəlif manevrlər işlədərək işğal nəticəsində yaranan status-kvonu saxlamağa çalışır. Bu isə regional təhlükəsizliyə və sabitliyə ciddi təhdidlər yaradır. Ermənistanın rəhbərliyi danışıqlar prosesində də riyakarlıq edir, öz xalqını aldadır, həmçinin vasitəçiləri də aldatmaq istəyir. Forpost dövlətin baş naziri Nikol Paşinyanın səsləndirdiyi sərsəm və bir-biri ilə ziddiyyət təşkil edən, heç bir sağlam məntiqə söykənməyən bəyanatları dediklərimizə nümunədir.
Bütün hallarda bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz münaqişənin mərhələli həll variantıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, mərhələli həldən başqa heç bir həll variantı mümkün deyil. Münaqişənin mərhələli həll variantının mahiyyətinə aydınlıq gətirən dövlətimizin başçısı vurğulayıb: “Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur. Bundan başqa variant ola bilməz. Amma mənim dediyim söz odur ki, bu, ancaq mərhələli yanaşma ola bilər”.
Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə və sabitliyə ciddi təhdidlər yaradır. Təbii ki, belə vəziyyətlə barışmaq mümkün deyil. Prezident İlham Əliyev bəhs olunan çıxışında ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunacağına qəti əminlik ifadə edib. Bundan ötrü tələb olunan əsas şərtlər ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, ordumuzun qüdrətinin artırılması və əlbəttə ki, danışıqlar prosesində beynəlxalq hüquqa istinad edilməsidir. Münaqişənin həlli üçün vacib olan amillərə diqqət çəkən Prezident İlham Əliyev “Ona görə beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır”, - deyə vurğulayıb.
Respublikamız məqsədyönlü siyasət sayəsində qarşıya qoyduğu hədəflərə nail olur. Bu gün Azərbaycan Cənubi Qafqaz coğrafiyasında ən güclü və yüksə rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Eyni zamanda, Ordumuz getdikcə güclənir. Ordumuzun təchizatı həm xaricdən alınan müasir texnika ilə, həm də milli müdafiə sənayesində buraxılan silah-sursatla təmin edilir. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etmək qüdrətindədir. Qürurverici haldır ki, bu gün müstəqil Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Bütün bunlar onu deməyə əsas verir ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə respublikamız öz ərazi bütövlüyünün həllinə digər vasitələrdən istifadə etməklə nail olacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

