/ / Azərbaycan hüquqi, dünyəvi, tolerant ölkə olaraq, istənilən təhlükənin qarşısını almağa hazırdır
Azərbaycan hüquqi, dünyəvi, tolerant ölkə olaraq, istənilən təhlükənin qarşısını almağa hazırdır
23.02.2010 [08:20]
Keçmiş sovet imperiyası parçalandıqdan sonra müstəqilliyini əldə etmiş Azərbaycanın idarəçilik sükanı arxasına milli hisslərdən kənar şəxslərin keçməsi nəticəsində, ölkənin həm daxili, həm də xarici siyasətində total böhran hökm sürməyə başlamışdı. Nəinki başqa ölkələrlə, hətta qonşu dövlətlərlə də siyasi-iqtisadi münasibətlər pozulmuşdu. Bu azmış kimi, Ermənistanın işğalçı təcavüzü nəticəsində Azərbaycanın torpaqlarının 20 faizi işğal altına düşmüşdü. Bir sözlə, müstəqilliyimiz, dövlətçiliyimiz təhlükə ilə üz-üzə qalmışdı.
Amma ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra düşünülmüş şəkildə atılmış addımlar nəticəsində Azərbaycan sülh, bərabərhüquqlu əməkdaşlıq sərgiləyən, mehriban qonşuluq siyasəti yürüdən, təhlükəsizlik məsələlərinə özünəməxsus töhfəsini verən ölkə kimi beynəlxalq münasibətlər sisteminin aktoruna çevrildi. Dünyanın güclü dövlətləri və region ölkələri ilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində (Ermənistan istisna olmaqla) çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması tezliklə beynəlxalq aləmdə Azərbaycana olan inamı, etibarı qaytardı.
Ulu öndərin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev isə Azərbaycanın xarici siyasət strategiyasına yeni konturlar əlavə etməklə, onu daha da şaxələndirdi, xarici siyasət strategiyasını ölkəmizi qoruyan qalxana çevirdi. ötən müddət ərzində Azərbaycan sərgilədiyi siyasətlə digər ölkələrin daxili işlərinə qarışmadığı kimi, hansısa dövlətin də Azərbaycanın daxili işlərinə qarışmasına imkan vermədi, milli maraqlarımızı qətiyyətlə qorudu.
Azərbaycanı bütün dünya tolerantlığın ən mükəmməl məkanı kimi tanıyır. Burada bütün dini-etnik azlıqların hüquqları qorunur və onların fəaliyyətinə münbit şərait yaradılır. Lakin bəzən bir sıra xarici qüvvələr Azərbaycanın dost və səmimi münasibətindən sui-istifadə edərək, ölkəmizdə tolerantlıq mühitini pozmaq və dövlətimizin beynəlxalq imicinə zərər vurmaq məqsədilə sırf dini amildən istifadə edərək öz məqsədlərinə çatmaq istəyirlər. Amma Azərbaycan hüquqi, sivil, dünyəvi dövlət kimi insan hüquqlarının müdafiəsinə böyük əhəmiyyət verir, ölkəmizdə etiqad azadlığı, dini fəaliyyətə hörmətlə yanaşılır, tolerantlıq mühitinin pozulmasına yönəlmiş əməllərin qarşısı dərhal alınır.
Xatırladaq ki, fevralın 13-də Hacı Sultanəli məscidindən ibadətdən çıxan təxminən 60-70 nəfərdən ibarət özlərini “dindarlar”” kimi qələmə verən şəxslər qeyri-qanuni aksiya keçirməyə cəhd etmiş və ictimai qaydaları kobud surətdə pozaraq xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı zor tətbiq etmişdilər. Dinlə əlaqəsi olmayan, müəyyən dairələrin təsirinə düşən şəxslərin məqsədli şəkildə planlaşdırılan və cəmiyyətdə qarışıqlıq yaratmağa xidmət edən cəhdlərinin qarşısı alınmış, günahkar şəxslər müəyyənləşdirilərək saxlanmışlar.
Təəssüf ki, İranın “Ənsar-e Hezbollah” adlı qrupunun 40 nəfərə yaxın üzvü fevralın 16-da Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğu qarşısında aksiya keçirmiş, Azərbaycanda aksiyanın qarşısının alınmasını pisləmiş, Azərbaycanı, onun rəhbərliyini, xalqını təhqir etmiş, radikal dini şüarlar səsləndirmiş, ölkəmizin ərazi bütövlüyünü şübhə altına almış və hədələmişlər. Azərbaycana ünvanlanmış bəyanatın sonunda dəstəyə görə İranın rəsmi dövlət qurumlarına minnətdarlıq bildirilib.
Bu, İranın hakimiyyət orqanlarının Azərbaycana qarşı təxribat xarakterli aksiyaların keçirilməsində rolu olduğunu göstərir. Amma aksiya zamanı Azərbaycanı ABŞ və İsraillə yaxın münasibətlər qurmaqda ittiham edən şəxslər nədənsə Dağlıq Qarabağ müharibəsinin ağır vaxtlarında ölkələrinin Ermənistana hər cür yardım göstərdiyini, müsəlman qardaşlarına qarşı törədilən haqsızlığa göz yumduğunu Ermənistana bu gün də ən müxtəlif formalarda köməklik göstərildiyini unudurlar.
Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal edib, 1 milyondan artıq müsəlman azərbaycanlını yurd-yuvasından didərgin salıb, minlərlə vətəndaşımızı əlil, şikəst, valideynsiz qoyub. Əgər İran İslam Respublikası bir islam təəssübkeşi olaraq, dindarları müdafiə edirsə, nə üçün 1 milyon müsəlman azərbaycanlının hüquqları uğrunda Ermənistana təzyiqlər etmir?
Azərbaycan ictimaiyyətinin İrana olan çoxsaylı sualları bu gün də cavabsız qalır:
- özlərini islam dininin müdafiəçiləri kimi qələmə verənlər rəsmi Tehrandan işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış islam mədəniyyəti abidələri, məscidlər haqqında Ermənistan rəhbərliyi qarşısında məsələ qaldırmağı niyə tələb etmirlər?
- Ermənistanla ən yaxın əlaqələr quran, Yerevana güclü iqtisadi dəstək verən, Ermənistanın rəsmi şəxslərini böyük hörmətlə qəbul edən İran rəhbərliyi Azərbaycan xalqından necə yaxşı münasibət gözləyə bilər?
- Rəsmi Tehran Azərbaycanın konsulluğu qarşısında davamlı aksiyanın keçirilməsini, Azərbaycanın ən sərt şəkildə təhqir edilməsini necə izah edə bilər?
- Dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, nə üçün İran hakimiyyəti “Səhər” televiziya kanalının Azərbaycanı, Azərbaycan hakimiyyətini davamlı şəkildə tənqid və təhqir etməsinə göz yumur?
Bütün bunlar İranın müxtəlif vasitələrlə Azərbaycanın daxili işlərinə və xarici siyasətinə təsir göstərmək cəhdləri kimi başa düşülür. Bunlar İranın rəsmi dairələri tərəfindən cavablandırılması vacib olan məsələlərdir...
Artıq Azərbaycan oturuşmuş, mükəmməl idarəçiliyə malik bir dövlət kimi, xalqın dəstəyilə istənilən təhlükənin qarşısını almağa hazırdır. İran da daxil olmaqla, heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur və buna yol verilməyəcək. Dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq, tolerantlıq ənənələrinə xələl gətirmək və etiqad azadlığından sui-istifadə etmək cəhdlərinin qarşısı bundan sonra da qanunla müəyyən edilmiş qaydada alınacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30

