/ / Azərbaycan Respublikasında söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir
Azərbaycan Respublikasında söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir
18.02.2010 [21:44]
Azərbaycanda çox möhkəm və əhatəli hüquqi baza mövcuddur
İnsan hüquqları müasir dünyamızın fundamental prinsipləri kimi qəbul olunur və dünya dövlətlərinin ən prioritet hesab etdiyi mövzulardan biridir. Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikası da insan hüquqlarının təminatını özünün ən ali məqsədi elan edib. Respublikamızda insan hüquqlarının təminatına yönəlmiş, keyfiyyətcə tamamilə yeni qanunvericilik sistemi yaradılıb. Bütün normativ baza yeniləşdirilib, yeni hüquq institutları, Konstitusiya Məhkəməsi, İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman təsisatı yaradılıb. Bu gün Azərbaycanda fərdi, ictimai və dövlət maraqlarının optimal balansını ən yaxın gələcəkdə də təmin edə biləcək, insan hüquq və azadlıqlarının reallaşdırılmasının dövlətimizin ali məqsədi olduğunu sübut edən milli qanunvericilik sistemi mövcuddur. Azərbaycan dünyada azsaylı dövlətlərdəndir ki, insan hüquq və azadlıqlarının təmin olunmasına dair Dövlət Proqramı qəbul edilib və proqramda nəzərdə tutulan bütün məsələlər demək olar ki, həllini tapmaqdadır. Həmçinin, insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və beynəlxalq təcrübədən daha səmərəli istifadə olunması məqsədilə Azərbaycan 30-dan çox beynəlxalq pakt və konvensiyalara imza atıb.
O da məlumdur ki, hüquqi normalar müxtəlif şəkildə həyata keçirilir. Bu normaları müəyyənləşdirən sənədlər sırasında konstitusiya əsas baza rolunu oynayır. Bu mənada, Azərbaycan Respublikası Konstitusiyasını dünyanın ən qabaqcıl ölkələrinin Ana yasaları ilə müqayisə etmək mümkündür. 1995-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və birbaşa iştirakı ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında yer alan maddələrin təxminən 1/3-i yalnız insan hüquq və azadlıqlarına aiddir. Daha dəqiq desək, Konstitusiyanın III fəsli bütövlükdə, digər fəsillərdə isə bir sıra maddələr insan hüquqlarının ən yüksək səviyyədə təmin edilməsinə həsr olunub. 2009-cu ilin mart ayının 18-də keçirilmiş referendum nəticəsində isə Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinə dəyişikliklər edilərək, daha mükəmməl və dövrün tələblərinə tam cavab verən hüquqi sənəd halına salınıb.
Azərbaycanda söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunmasının konstitusion əsasları
Söz və məlumat azadlığı, fikir plüralizmi insan hüquq və azadlıqlarının başlıca elementi kimi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir. Bu da təsadüfi deyil. çünki söz və məlumat azadlığı hər şeydən öncə obyektiv həqiqətin üzə çıxarılmasında və tam demokratik idarəetmənin qaydaya salınmasında cəmiyyətə kömək edir. Bütün bunların cəmiyyətin demokratikləşməsində çox böyük rol oynadığını dərk edən dövlətlər, demokratik təsisatlar isə mətbuatın hüquqi tənzimlənməsinə xüsusi diqqət yetirir. Bu hüquqi tənzimlənmənin yüksək effektivliklə həyata keçirilməsi məqsədilə yeni qanunların yaradılması və mövcud qanunvericilik bazasının sivil cəmiyyətlərin tələblərinə uyğunlaşdırılması prosesi bu gün də aktuallığını qorumaqdadır. Qanunların isə mütləq şəkildə Konstitusiyaya söykənməsi aksiomasını nəzərə alaraq, qeyd etməliyik ki, Azərbaycan Respublikası Konstitusiyasında həm söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunması təsbit edilib, həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilib. Ulu öndər Heydər Əliyev xalqın azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə, demokratiyaya xidmət etdiyini bildiyi üçün məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirib. Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Həmin maddədə göstərilir ki, “hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”.
Ulu öndər Heydər Əliyevin azad sözə münasibəti demokratik inkişafın zəruri tələblərinə söykənirdi
Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin həqiqi mənada bərpa olunması, onun müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi kimi prioritetlik qazanması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra bütün digər sahələrdə olduğu kimi, bu sahədə də mövcud olan problemlər tədricən və planlı şəkildə aradan qaldırılmağa başlandı. Azad sözün, mətbuat azadlığının inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə - bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ulu öndərin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyev “ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi. Həmin vaxtdan etibarən, sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlandı. Daha sonra isə “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olundu. Ulu öndər mütəmadi olaraq mətbuatla ünsiyyətlər qurdu, media ilə işləmək vərdişlərini aşıladı. Etiraf olunmalıdır ki, məhz bu səbəbdən Heydər Əliyev “Jurnalistlərin dostu”, “Azərbaycanda azad mətbuatın keşikçisi” adını qazandı. Heydər Əliyev Azərbaycana söz və məlumat azadlığını, informasiya müstəqilliyini gətirdi.
Mətbuatın inkişafı Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir
Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş genişmiqyaslı tədbirlər sırasında söz və məlumat azadlığının ən geniş hədlərinin müəyyənləşdirilməsi üçün atılan addımları da xüsusi qeyd etmək lazımdır. Belə ki, Prezident İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənilib, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olunub, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilib. Təbii ki, bu tədbirləri həyata keçirərkən o qədər ciddi və ölçülmüş addımlar atılmalıdır ki, mətbuatın müstəqilliyinə xələl gəlməsin və mətbuat orqanları üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaradılmasına nail olunsun. Məhz bunu nəzərə alaraq, Prezident İlham Əliyev 2008-ci il iyul ayının 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını imzaladı. Bu sənəd mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin mətbuat siyasətini tam mənada ifadə edən təkmil baza rolunu oynayır. Bu konsepsiyadan irəli gələrək isə 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması haqqında Fərman imzaladı. Dövlət başçısının Fərmanına əsasən, hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsait nəzərdə tutulur. Fondun yaradılmasının başlıca üstünlükləri ondan ibarətdir ki, yuxarıda da qeyd etdiyimiz kimi, mətbuat dövlətin dəstəyindən bəhrələnərək müstəqil maliyyələşmə sistemini yaradır və bu yolla da həqiqi mənada maliyyə müstəqilliyini təmin edir. Eyni zamanda, Fondun fəaliyyəti mətbuat orqanlarını müxtəlif siyasi dairələrin asılılığından azad edərək, mətbuatın ifrat siyasiləşməsinin qarşısını alır. Fondun həyata keçirdiyi layihələrlə mətbuatdakı qeyri-peşəkarların sıralarının seyrəlməsinə də nail olmaq mümkündür. Hər halda bir ildən də az fəaliyyəti dövrünə nəzər salsaq, Fondun Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan məqsədə nail olmaq üçün kifayət qədər səmərəli fəaliyyət göstərdiyini söyləyə bilərik.
Beləliklə, həm bu, həm də yuxarıda sadalanan digər bütün faktlardan da aydın olur ki, bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb. ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən konseptual inkişaf strategiyası ölkəmizdə insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsini və Azərbaycan xalqının iradəsinə əsaslanan demokratik, suveren müstəqil dövlət quruculuğu prosesinin yüksək nəticələrlə gələcəkdə də davam etdirilməsini şərtləndirir.
Aqşin ŞAHİNOÄžLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

