"Xocalı soyqırımı" diskinin təqdimatı keçirilib
26.02.2010 [09:23]
Dünən Prezident Kitabxanasında Səs İnformasiya Agentliyinin (SİA) hazırladığı “Xocalı soyqırım”ı adlı diskin və Prezident Kitabxanasının “XX əsrin faciəsi - Xocalı soyqırımı” tammətnli elektron nəşrinin yenilənmiş variantının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimindən əvvəl qonaqlar Kitabxananın Böyük Oxu zalında Xocalı soyqırımına aid kitablarla, dövri mətbuat materialları ilə, qanlı faciəyə aid kitabların elektron versiyalarının yazıldığı disklərlə tanış olublar. Dəyirmi masada çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, 2007-ci ildə Azərbaycan, ingilis və rus dillərində hazırlanan bu elektron resurs Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində yeni materiallar hesabına əsaslı surətdə yenilənib.
çıxış edən “Səs” İnformasiya Agentliyinin baş direktoru və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, Xocalı soyqırımı XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin ən dəhşətlisidir. Onun sözlərinə görə, bu faciə xalqımızın qan yaddaşına həkk olunub və Xocalı soyqırımı insanlıq tarixində görünməyən vəhşiliklərdəndir. Daha sonra SİA-nın hazırladığı disk nümayiş etdirilib. 13 dəqiqə davam edən filmdə Xocalı soyqırımı ilə bağlı statistik məlumatlar, şahidlərin fikirləri, o cümlədən, Azərbaycanın ziyalılarının və dövlət xadimlərinin çıxışları yer alıb.
Filmin nümayişindən sonra çıxış edən millət vəkili Aydın Hüseynov ermənilərin 200 il ərzində Azərbaycana qarşı apardığı işğal və zorakılıq siyasətinin ən qanlı nəticələrindən birinin məhz Xocalı soyqırımı olduğunu söyləyib: “Bu bir həqiqətdir ki, Xocalı soyqırımı baş verən zaman Azərbaycanda hakimiyyətdə olan qüvvələr bu faciənin qarşısını almaq üçün heç bir addım atmayıb. ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsilə Xocalı soyqırımı da öz hüquqi qiymətini aldı. Məhz Ulu öndərin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olundu. Bu gün bütün Azərbaycan vətəndaşları Xocalı soyqırımının təbliği işində yer almalıdır. Bu mənada Azərbaycan dövlətinin apardığı siyasət olduqca təqdirəlayiqdir. Bir ay öncə İslam Konfransı Təşkilatı kimi mötəbər bir beynəlxalq təşkilat Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Bu Azərbaycanın uğurudur. Bu işdə ən böyük pay isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili hörmətli Mehriban xanım Əliyevaya məxsusdur. Bu gün Fondun Rusiya nümayəndəliyinin rəhbəri, İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrinin paytaxtlarında tədbirlər keçirilir, həmin ölkələrin vətəndaşları Xocalı həqiqətləri ilə tanış olurlar. Mən inanıram ki, bu fəaliyyət daha da gücləndiriləcək və son nəticədə Azərbaycanın haqq səsi qalib gələcək”.
çıxış edən millət vəkili Jalə Əliyeva da Xocalı soyqırımının təbliğində Heydər Əliyev Fondunun və Fondun Rusiya nümayəndəliyinin rəhbəri, İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın xidmətlərini xüsusi qeyd edib. Millət vəkili bildirib ki, Azərbaycan vətəndaşları bütün istiqamətlərdə- siyasi, ədəbi, faktoloji istiqamətlərdə təbliğatı gücləndirməlidirlər və bu təbliğat yalnız anım günlərində deyil, bütün il boyu aparılmalıdır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu təqdim edilən diskin böyük əhəmiyyətə malik olduğunu bildirib. Baş redaktor Xocalı soyqırımı haqqında emosiyasız danışmağın çətin olduğunu deyib. Baş verən soyqırımın ermənilər tərəfindən törədilmiş vəhşilik olduğunu söyləyən H.Babaoğlu bu faciənin dünyaya çatdırılması ilə bağlı çox böyük işlərin görüldüyünü dilə gətirib: “Amma bir sıra hallarda dünyanın bəzi təşkilatları bu faciəni görmək, duymaq istəmir. Təəssüf ki, dünyanın gerçəkliyi bundan ibarətdir. Bunun üçün isə, statistik rəqəmlərlə yanaşı, Xocalı soyqırımını, Qarabağ dəhşətlərini özündə əks etdirən ədəbi əsərlər yazılmalı, xarici dillərə tərcümə olunmalıdır. Bununla belə, mən yenə də əminəm ki, görülən işlər yaxşı nəticələr verir. Bu gün Azərbaycan dövləti tərəfindən aparılan siyasət Xocalı soyqırımının dünyaya tanıdılmasına zəmin yaradır. Xocalını unutmaq lazım deyil, onun qisasını almaq lazımdır. Dövlətimizin də apardığı siyasət bizə qələbə gətirəcək. Mən buna əminəm”.
çıxış edən YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, millət vəkili Fəzail Ağamalı, politoloq Cümşüd Nuriyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, YAP Gənclər Birliyinin sədr müavini Bəxtiyar Əsgərov da Xocalı soyqırımının təbliği ilə bağlı atılan hər bir addımın təqdirəlayiq olduğunu bildiriblər.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

