/ / Paşinyanın həyata keçirdiyi siyasi təqib prosesinə bəzi beynəlxalq təşkilatlar tərəfindən reaksiya verilməməsi ikili standart nümunəsidir
Paşinyanın həyata keçirdiyi siyasi təqib prosesinə bəzi beynəlxalq təşkilatlar tərəfindən reaksiya verilməməsi ikili standart nümunəsidir
20.06.2020 [08:47]
Ekspertlərin fikrincə, Ermənistanda baş verən və gələcəkdə ciddi nəticələrə yol aça biləcək hadisələrə Qərb təsisatlarının müşahidəçi mövqeyi sərgiləməsi yolverilməzdir
Məlum olduğu kimi, işğalçı Ermənistanda siyasi xaos böhran həddinə çatıb. Belə ki, N.Paşinyan öz hakimiyyətinin müddətini uzatmaq üçün ölkədə siyasi repressiya həyata keçirir. Bu günlərdə “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının parlament tərəfindən ləğv edilməsi və onun istintaqa cəlb olunması buna əyani sübutdur. Q.Çarukyanın məhz Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu göstərir. Bununla yanaşı, partiya sədrinin tərəfdarlarının etiraz aksiyalarının qarşısının ölkənin hüquq-mühafizə qüvvələri tərəfindən kobud şəkildə alınmasına və yüzlərlə adamın saxlanılmasına, hətta polisin aksiyaları işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq etməsinə Qərbin bir sıra təşkilatlarının seyrçi qalması isə haqlı suallar doğurur. Daha doğrusu, əksər ekspertlərin vurğuladıqları kimi, bəzi beynəlxalq təşkilatların Ermənistanda baş verən qanunsuzluqlara göz yummaları həmin qurumların ikili standartlardan çıxış etdiklərini bir daha sübuta yetirir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Şahin İsmayılov deyib ki, hakimiyyətə gəldiyi andan özünü “demokratiya aşiqi” elan edən N.Paşinyanın bu cür addımları onun iş üzünü göstərir: “N.Paşinyan siyasətdə naşı, əyləşdiyi kürsünün mahiyyətini başa düşməyən, zahirən demokrat, daxilən isə əsl despotdur. Bütün siyasi rəqiblərini müxtəlif yollarla sıradan çıxararaq daha uzun müddət hakimiyyətdə qalmağa çalışan bu şəxsin əsl simasını sadə ermənilər artıq başa düşməyə başlayırlar”.
Deputatın sözlərinə görə, hazırda Ermənistan təməl insan haqlarının ən kobud şəkildə pozulduğu ölkələrdəndir: “Bunu yerli hüquq müdafiəçiləri öz hesabatlarında ətraflı şəkildə göstərirlər. Bəs beynəlxalq hüquq müdafiə təşkilatları necə? Əfsuslar olsun ki, müəyyən hallarda Azərbaycanda baş verən kiçik məişət hadisələrini də siyasiləşdirməyə və hüquq pozuntusu kimi təqdim etməyə çalışan bir sıra beynəlxalq təşkilatlar Ermənistanda baş verən hadisələrlə bağlı susurlar və heç bir münasibət göstərmirlər”.
Şahin İsmayılov qeyd edib ki, N.Paşinyanın hansı “sxem” əsasında hakimiyyətə gəlməsi də hər kəsə məlumdur: “Görünür onu hakimiyyətə gətirən qüvvələr üçün hələlik Paşinyan hakimiyyətdə qalması məqbuldur. Bu səbəbdəndir ki, Ermənistanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan proseslərə münasibət bildirilmir”.
Milli Məclisin deputatı Anar Məmmədov isə bildirib ki, Ermənistan hakimiyyəti yeni böhran dalğası ilə üz-üzədir, ölkənin siyasi səhnəsində yeni qarşıdurma və çaxnaşmalar qaçılmazdır: “Hazırda bu ölkədə hakimiyyət həqiqi işlə yox, avantüra ilə məşğuldur. Baş nazir N.Paşinyanın nüfuzunun azalması, son vaxtlar onun çıxışlarında vurğulanan məsələlər, komandasında baş verən son istefalar da bunun bariz nümunəsidir. Paşinyanın son addımları artıq onun Ermənistanda “diktator” kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır”.
A.Məmmədovun sözlərinə görə, Ermənistanda baş verən bu hadisələr zamanı söz və ifadə azadlığı, sərbəst toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb: “Lakin nədənsə Qərbin təsisatları və beynəlxalq qurumlar hələ də hadisələrə reaksiya vermirlər. Baş verənlərin ciddi nəticələrə yol aça biləcəyini nəzərə alaraq hazırkı vəziyyətdə beynəlxalq təşkilatların hadisələrə müşahidəçi mövqeyi yolverilməzdir”.
“Təəssüflər olsun ki, ABŞ Dövlət Departamenti, AŞPA, ATƏT-in, ABŞ-ın, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər. İşğalçı ölkədə baş verən bu hadisələr bizim ölkədə yaşansaydı, Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq anti-Azərbaycan siyasət yürüdən bəlli qruplar artıq bizə qarşı təzyiqlərə başlamışdılar”, - deyə A.Məmmədov bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

