/ / Vüqar İskəndərov: Prezident İlham Əliyevin təşəbbüsü dünya ölkələrinin pandemiya ilə birgə mübarizəsində mühüm rol oynayacaq
Vüqar İskəndərov: Prezident İlham Əliyevin təşəbbüsü dünya ölkələrinin pandemiya ilə birgə mübarizəsində mühüm rol oynayacaq
10.07.2020 [16:41]
“Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı qlobal mübarizədə mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün təşkilatın üzvü olan 130 ölkə tərəfindən dəstəkləməsi mühüm hadisədir. Bu təşəbbüs çox böyük əhəmiyyətə malikdir”.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Vüqar İskəndərov bildirib ki, hazırda dünyanın əksər ölkələrinin COVİD-19 pandemiyası ilə baş-başa qaldığı bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dövlətlərin birliyinin və həmrəyliyinin nümayiş etdirilməsi xüsusi önəm kəsb edir: “Bu məqsədə nail olunmasında ölkəmiz xüsusi fəallıq göstərir, cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində koronovirus pandemiyası ilə mübarizə mövzusunda yüksək səviyyəli onlayn Zirvə görüşləri keçirilib. Həmin Zirvə görüşlərində həm bu qlobal bəla ilə mübarizədə, həm də onun təsirlərinin azaldılmasında dövlətlərarası əməkdaşlığın, koordonasiyanın, həmrəyliyin rolu və əhəmiyyəti müzakirə olunub”.
Deputatın fikrincə, bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması isə dünyanı narahat edən pandemiyanın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək.
“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü zərurətdən irəli gəlir. Etiraf etmək lazımdır ki, hazırda dünyada koronavirus pandemiyası ilə mübarizə sahəsində müşahidə etdiyimiz vəziyyət o qədər də ürəkaçan deyil. Bəzən pandemiya ilə mübarizə prosesində çaşqınlıq, gərginlik müşahidə edilir, bəzi dövlətlər yalnız öz təcrübəsinə və resurslarına söykənərək bu qlobal bəlaya qalib gəlməyə çalışırlar. Lakin pandemiya qlobal xaraker daşıdığından, təbii ki, dünya dövlətlərindən həmrəyliyin nümayiş etdirilməsi və birgə səylərin göstərilməsi tələb olunur. Eyni zamanda, pandemiyaya qarşı mübarizə prosesində bəzi ölkələrin üzləşdikləri çoxsaylı problemlərin aradan qaldırılması üçün onların genişmiqyaslı dəstəyə ehtiyacı var. Bu dəstəyə isə məhz çoxtərəfli əməkdaşlıq və həmrəylik sayəsində nail olmaq mümkündür. Bu baxımdan, böyük ümidlər və əminlik var ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə dünya birliyində həmrəyliyin tam bərqərar olunmasına, beynəlxalq çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhlükənin aradan qalxması üçün ən səmərəli, ən düzgün yolun tapılmasına xidmət edəcək”, - deyə V.İskəndərov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04

