Jolt Şomloi: Azərbaycandan çox şey öyrənə bilərik
26.02.2010 [09:16]
ölkələrimizin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycandan olan üzvlərinin bu yaxınlarda Macarıstana səfərinin praktiki əhəmiyyəti barədə suala doktor Şomloi belə cavab verib: “Sizin nüfuzlu hökumət nümayəndə heyətinin səfəri və həmin səfər çərçivəsində ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə protokol imzalanması mənə yaxşı məlumdur. Bu, əyani şəkildə göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana iki səfəri və bizim Baş nazirin Bakıya səfərləri zamanı çoxsaylı sazişlər imzalanması ilə təməli qoyulmuş əməkdaşlığın bazası kifayət qədər möhkəmdir və bu əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanlar yaranmışdır. Elə buna görə də Hökumətlərarası Komissiya yaradılmış, bu günlərdə həmin komissiyanın Azərbaycan tərəfindən olan üzvləri Macarıstanda olmuş və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini müəyyən etmişlər”.
Müsahib daha sonra qeyd edib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü rəsmi səviyyədə dəstəkləyir və zorakılığa əsaslanan separatizmə, etnik təmizləmələrə qarşı çıxır. O deyib: “Enerji ehtiyatları ilə təchizat amilindən çox asılı olan bir ölkə kimi biz NABUCCO layihəsinin taleyi üçün narahatıq. Qaz kəmərlərinin sayı nə qədər çox olsa, bizim üçün bir o qədər yaxşıdır. İki qaz kəməri birindən, üç qaz kəməri isə ikisindən yaxşıdır. Zənnimcə, enerji hasil edən və onu nəql edən ölkələrin siyasi təhlükəsizliyi təmin edilmədən enerji təhlükəsizliyinin təmin edilməsi mümkün deyildir. Siyasi təhlükəsizlik və enerji təhlükəsizliyi ayrılmaz amillərdir. Buna görə də Macarıstan istər rəsmi səviyyədə, istərsə də qeyri-hökumət səviyyəsində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, daha dəqiq desək, Helsinki Yekun Aktı, BMT-nin Nizamnaməsi, habelə Avropa Şurası, ATƏT və BMT-nin Baş Məclisi, BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində qəbul edilmiş qərar və qətnamələr əsasında tezliklə tənzimlənməsinin tərəfdarıdır. Bizim ölkə Avropa İttifaqının üzvüdür, buna görə də biz Avropa dəyərlərinə tam əməl edirik. Bu dəyərlər dövlətlərin ərazi bütövlüyünə, insan hüquqlarına və həmin dövlətlərdə məskunlaşmış azlıqların hüquqlarına hörmət edilməsini, yerli hakimiyyət orqanlarına demokratik seçkilər yolu ilə tamdəyərli özünüidarənin təmin olunmasını nəzərdə tutur. Biz münaqişə tərəflərindən hər ikisinin prezidentləri arasında ATƏT-in Minsk qrupunun himayəsi altında əlaqə saxlanmasını alqışlayırıq. Şübhə etmirik ki, tərəflər konstruktiv mövqe tutsalar, beynəlxalq hüquq normaları əsasında öz millətlərini regionda çoxdan gözlənilən sülhə qovuşdura bilərlər. Beləliklə, həm Azərbaycanın ərazi bütövlüyünə riayət olunacaq, həm də regionların və milli azlıqların səmərəli özünüidarə hüququ tamamilə təmin ediləcəkdir”.
Söhbətin sonunda doktor Şomloi çoxmillətli Azərbaycan xalqına böyük uğurlar, firavanlıq, tərəqqi, sülh, ölkənin ərazi bütövlüyünün tezliklə bərpa olunmasını və məcburi köçkünlərin öz evlərinə qayıtmasını arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

