Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / TBMM-də Xocalı soyqırımı ilə bağlı dinləmələr keçirilib

TBMM-də Xocalı soyqırımı ilə bağlı dinləmələr keçirilib

26.02.2010 [09:34]

Türkiyə Böyük Millət Məclisində Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdiyi soyqırımının 18-ci ildönümü ilə bağlı dinləmələr keçirilib. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı çıxışında bildirib ki, hansı şərtlərdə və hansı coğrafiyada mövcud olmasından asılı olmayaraq, zülm böyük günahdır. On səkkiz il əvvəl Xocalıda törədilmiş qətliam da bir zülm olaraq unudulmamalıdır. Ermənilərin torpaqlarını genişləndirmək arzusuna tarixdən gələn türk düşmənçiliyi də əlavə edilərək, böyük bir rəzalət - Xocalıda dinc insanların qətlə yetirilməsi baş verib. Bu dəhşətli hadisələrin şahidi olan erməni jurnalistlər var. Onlar yaralı uşaqların necə diri-diri yandırıldığını, hamilə qadınların qarnının deşilməsini, ölən insanların baş dərilərinin necə soyulmasını anladıblar. Bunlardan biri - Davud Kerinyan adlı jurnalist yazır ki, bəzən cəsədlərin üzərindən yürüyərək keçirdik. Hətta, bataqlıqdan keçmək üçün ölmüş insanların cəsədləri ilə yol çəkirdik. Ohanyan adlı bir polkovnik mənim qorxduğumu görüb, cəsarətli olmamı söyləmişdi. Daha sonra, 10 yaşlarında olan bir qızın gözlərinin üstünə ayağımla basaraq irəlilədim. O, qan içərisində idi və mən illər boyu bu səhnəni unutmadım. Mustafa Kabakçı daha sonra deyib ki, kökü olan böyük millətlər ağlayıb-sızlamağı bacarmırlar. Biz türklərdə “matəm ədəbiyyatı” deyilən janr da çox geniş yayılmayıb. Amma, “Tarix” adlı o böyük kitabın içərisindəkiləri unutmamaq lazımdır. Ermənilərin hər il aprelin 24-də dünyanın dörd bir tərəfində apardıqları uydurma soyqırımı kampaniyaları yalan üzərində qurulmuş bir məzlumluq nümunəsidir. Həmin məzlum ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovetlər ittifaqının Qarabağda yerləşən 366-cı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə hücüm edib, 613 dinc insanı vəhşicəsinə qətlə yetiriblər. Türkiyə Böyük Millət Məclisi bu gün də Azərbaycan torpaqlarının erməni işğalından azad olunması istiqamətində səylərini davam etdirir. Tarixin hər bir mərhələsində olduğu kimi, indi də bizim bu məsələ üzrə mövqeyimizdəki qətiyyətimiz möhkəmdir. Keçən əsrin əvvəllərində olduğu kimi, biz bu gün də azərbaycanlı qardaşlarımızın yanındayıq. Xocalı qətliamını törədənlər bu gün həyatdadırlar və layiqli cəzalarını almalıdırlar. Dünyada ikili standartlara son qoyulmalı və Xocalı soyqırımına ədalətli qiymət verilməlidir. Milliyyətçi Hərəkat Partiyasından olan deputat Atilla Kaya deyib ki, Xocalı qətliamı XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu qətliam Dağlıq Qarabağın işğalından sonra dinc əhaliyə qarşı törədilən ən böyük faciədir. Burada 63 uşaq və 106 qadın da daxil olmaqla 613 nəfər öldürülüb, 1275 nəfər əsir götürülüb, 487 nəfər əlil olub. Bu qətliamı törədənlərin başçılarının arasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və indiki prezident Serj Sarkisyan da var. Hazırkı Ermənistan prezidenti Xocalı qətliamı ilə bağlı bir ingilis jurnalistinə müsahibəsində deyib ki, Xocalıdan əvvəl azərbaycanlılar bizim zarafat etdiyimizi sanırdılar. Onlar ermənilərin dinc insanlara əl qaldırmayacağını güman edirdilər. Biz bu fikirləri qırmağı bacardıq. Serj Sarkisyan Xocalı qətliamını planlı şəkildə həyata keçirdiklərini və bu soyqırımının bir intiqam məqsədilə törədildiyini etiraf edib. İndi, bu cür ağır cinayət törətmiş bir adamın futbol matçı üçün Türkiyəyə səfər etməsi doğru deyildir. Bu gün Bosniyada qətliam törətmiş canilər mühakimə olunurlar. Eyni şəkildə, yalnız Xocalıda deyil, bütün Dağlıq Qarabağda qətliamlar törədənlər də bunun hesabını verməlidirlər.

Paylaş:
Baxılıb: 1190 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30