Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilib
15.07.2020 [08:55]
Forumda İƏT-in və təşkilata üzv ölkələrin informasiya agentliklərinin rəhbərləri, diplomatlar, ümumilikdə 100-dən çox nümayəndə iştirak edib
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşəbbüsü və bu qurumun Milli Xəbər Agentlikləri Birliyinin (UNA) dəstəyi ilə pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətləri mövzusunda virtual mediaforum keçirilib.
AZƏRTAC xəbər verir ki, foruma İƏT-in və UNA-ya üzv agentliklərin rəhbərləri, bir sıra İslam ölkələrinin Səudiyyə Ərəbistanındakı səfirləri, ümumilikdə 100-dən çox nümayəndə qatılıb.
Tədbirdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov və Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev iştirak ediblər.
İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Useymin mediaforumda çıxış edərək təşkilatın üzv ölkələrdə pandemiya ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. “Bütün dünyanı cənginə alan COVID-19 pandemiyasına yalnız birlikdə qalib gələ bilərik”, - deyən Baş katib İslam dünyası alimlərinin bu sahədə fəallıq göstərdiyini diqqətə çatdırıb. Yusif bin Əhməd əl-Useymin bildirib ki, indiki çətin vəziyyətdə köməyə ehtiyacı olan üzv ölkələrə 35 milyon dollardan çox yardım göstərilib.
Baş katib çıxışında medianın pandemiya dövründə rolundan danışaraq deyib: “Görülən bütün tədbirlərin insanlara çatdırılması, onların virusla bağlı məlumatlandırılması məhz medianın üzərinə düşür. İndiki dövrdə informasiya mübadiləsinin əhəmiyyəti dəfələrlə artıb”.
Forumda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib ki, Azərbaycan İƏT-in işində fəal iştirak edir, AZƏRTAC birlik və həmrəyliyimizə UNA çərçivəsində maksimum informasiya dəstəyi verməyə çalışır. “Azərbaycan Prezidenti İlham Əliyev islamofobiya hallarına etirazını açıq və kəskin şəkildə bəyan edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan beynəlxalq humanitar layihələrin başlıca məqsədi sivilizasiyaların yaxınlaşmasına nail olmaqdır. İndiki böhran şəraitində Azərbaycan həm İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli qaydada dost və qardaş ölkələrə öz dəstəyini göstərir. Ölkəmiz pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait ayırıb, 30-dək dövlətə, o cümlədən Sudan, Fələstin, İraq və digər ölkələrə humanitar yardım göstərib. Azərbaycan Prezidenti pandemiya ilə mübarizədə dünya ölkələrinin səylərini birləşdirmək, beynəlxalq həmrəyliyə nail olmaq məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürüb və bu təşəbbüs 130-dan çox dövlət tərəfindən dəstəklənib. Bu, bir daha göstərir ki, biz təhlükəli düşmənə yalnız birlikdə, birgə səylərlə qalib gələ bilərik”, - deyə Aslan Aslanov vurğulayıb.
İdarə Heyətinin sədri forum iştirakçılarını Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribat barədə məlumatlandırıb. O, ordumuzun mövqelərinin və yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması nəticəsində həlak olanlar, yaralananlar və dağıntılar olduğunu diqqətə çatdıraraq İƏT-i və dost agentlikləri bu təcavüzü və təxribatı daha kəskin şəkildə pisləməyə, etiraz səslərini ucaltmağa çağırıb.
Müzakirələrdə iştirak edənlər pandemiyanın həm informasiya məkanında, həm də cəmiyyət həyatının digər sahələrində yaratdığı problemlərdən danışıb, onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

