Turist diplomatiyası, yaxud ATƏT-in Minsk qrupunun missiyası nədən ibarətdir?
19.08.2020 [09:20]
Cənubi Qafqaz müasir dünya siyasətində geosiyasi və geoiqtisadi parametrlər baxımından ən önəmli regionlardan biri hesab edilir. Təsadüfi deyil ki, dünyanın geostrateji təhlükəsizlik sistemini formalaşdıran güc mərkəzləri bu bölgəni hətta Avrasiyanın “heartland” nöqtələrindən biri olaraq əhəmiyyətli geosiyasi məkan kimi özlərinin uzunmüddətli strateji planlarına və konsepsiyalarına daxil ediblər. Çünki, hər şeydən əvvəl, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradan strateji amildir. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı faktorların əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir.
Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan işğalçı siyasəti nəticəsində meydana gələn və bu ölkənin təcavüzkar mövqeyi səbəbindən hələ də davam edən münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir.
Ermənistanın dövlətlərin ərazi bütövlüyü prinsipinə zidd davranışları və Minsk qrupunun loyal münasibəti
Dəfələrlə qeyd edilib ki, beynəlxalq təşkilatlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı konkret yanaşma ortaya qoymalıdırlar. Xüsusilə də nəzərə alınmalıdır ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatında dövlətlərin ərazi bütövlüyü prinsipinin xüsusi olaraq vurğulanmasına baxmayaraq, Ermənistan özünün işğalçı və qeyri-konstruktiv mövqeyi ilə beynəlxalq hüquq normalarına əsaslanan bütün konvensiyalarda öz əksini tapmış bu prinsipi heçə saymaqdadır. Lakin ATƏT-in Minsk qrupu işğalçı ölkənin bu cür qeyri-kontruktiv və beynəlxalq hüquq normalarına zidd olan mövqeyinə, yumşaq desək, loyal - laqeyd münasibət bəsləyir.
İşğalçıya təzyiq göstərmək əvəzinə tərəfləri sülhə çağırmaq ikili standartlara əsaslanan selektiv yanaşma nümunəsi kimi...
Ümumiyyətlə, reallıq budur ki, ATƏT-in Minsk qrupunun həmsədrlik institutu ötən müddət ərzində fəaliyyətində hər hansı bir keyfiyyət dəyişikliyinə nail olmayıb, hətta adı “turist diplomatiyası” anlayışı ilə assosiasiya olunub. Həmsədr ölkələr tərəfindən Ermənistanın təxribatçı hərəkətləri və qeyri-konstruktiv mövqeyi ilə bağlı konkret - kəskin və birmənalı yanaşma ortaya qoyulmayıb, hansısa imperativ qərar qəbulu və icrası həyata keçirilməyib. Belə olan halda, haqlı sual olunur: Minsk qrupunun missiyası nədən ibarətdir, Ermənistanın təxribatçı hərəkətləri nəticəsində vəziyyət gərginləşdiyi və eskalasiya müşahidə edildiyi vaxt “tərəfləri sülhə çağırırıq” formasında bəyanat verməkdənmi? Yoxsa balanslı yanaşma nümayiş etdirərək işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadan ikili standartlara əsaslanan, selektiv mövqe ortaya qoymaqmı?!
ATƏT-in Minsk qrupu kifayət qədər resurslara malikdir, amma...
Əlbəttə, bütün hallarda ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində təxribatçı və dağıdıcı fəaliyyət göstərən Ermənistana təzyiq və təsir etmək üçün kifayət qədər resurslara malikdir. Eləcə də beynəlxalq hüquq normaları - BMT-nin nizamnaməsi, bu təşkilatın qəbul etdiyi qərar və qətnamələr, ATƏT-in Helsinki Yekun Aktı da imkan verir ki, işğalçı dövlətə qarşı xüsusi tədbirlər görülsün, hətta sanksiyalar tətbiq olunsun. Şübhəsiz ki, Ermənistanın qeyri-konstruktiv fəaliyyəti və son addımları ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, hərbi təxribatlar törətməsi bu ölkəyə qarşı ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir.
Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli həll edilməyib...
Digər tərəfdən, ATƏT-in Minsk qrupunun passiv, loyal mövqe və fəaliyyəti regional təhlükəsizlik kontekstində də arzuolunmazdır. Çünki işğalçı siyasətini və təcavüzkar mövqeyini davam etdirən dövlətə qarşı adekvat tədbirlərin görülməməsi ciddi təhdidlərin meydana çıxmasını şərtləndirir. Bu qurum tərəfindən nəzərə alınmalıdır ki, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər strateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, bölgədə qanunsuz miqrasiya və illeqal məskunlaşdırma məkanı proseslərin artmasına səbəb olur ki, bu da ciddi fəsadlar vəd edir. Ona görə də Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda mütləq mənada təhlükəsizlik, sabitlik və sülhdən bəhs etmək olmaz. Təcavüz faktı, ərazi iddiaları və separatizmin mövcudluğu sülh və sabitliyi təhdid etməklə yanaşı, regional əməkdaşlığı da əngəlləyən neqativ faktorlardır.
ATƏT-in Minsk qrupu dilemma qarşısında...
Bütövlükdə isə, bu cür qərəzli, qeyri-obyektiv mövqe və münasibət qəbulolunmazdır. Bu səbəbdən ATƏT-in Minsk qrupu dilemma qarşısındadır. Ya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirən bu qurum tərəfsizlik, qərəzsizlik və obyektivlik prinsiplərinə riayət etməklə beynəlxalq hüquq normalarına əsaslanaraq nəticəyə yönəlik qəti və konkret addımlar atmalı, ya da yararsızlığını və fəaliyyətinin səmərəsizliyini etiraf edərək özünü buraxmalıdır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

