Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Uydurma soyqırımı məsələsi ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi təzyiq vasitələrindən biridir

Mübariz Qurbanlı: Uydurma soyqırımı məsələsi ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi təzyiq vasitələrindən biridir

05.03.2010 [10:04]

“Uydurma “erməni soyqırımı” haqqında qətnamə layihəsinin Konqresdə müzakirəyə çıxarılaraq təsdiq edilməsi Türkiyə - ABŞ münasibətlərinə çox böyük zərər vura bilər. Uydurma soyqırımı məsələsi ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi təzyiq vasitələrindən biridir. Bu, ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi “qızıl güllə”dir. Əgər ABŞ bu güllədən istifadə etsə, onun Türkiyəyə təsir etmək imkanı qalmayacaq”. Bu sözləri www.yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. O, bildirib ki, ABŞ Konqresi bu sənədi qəbul etsə, bütün türk dünyasında nüfuzunu itirəcək. Qətnamə layihəsinin mart ayında gündəmə çıxarılmasının təsadüfi olmadığını deyən YAP İcra katibinin müavini qeyd edib ki, məqsəd həmin layihənin müzakirəyə çıxarılması ilə Türkiyəyə təzyiq etmək və onu Ermənistanla imzalanmış protokolların təsdiq olunmasına vadar etməkdir.
“Ancaq Türkiyə böyük dövlətdir və bu cür vasitələrlə ona təzyiq etmək mümkün deyil. Türkiyə bəyan edib ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmayınca, Ermənistanla sərhədlər açılmayacaq”, - deyə M.Qurbanlı vurğulayıb.

Paylaş:
Baxılıb: 988 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30