Türkiyəyə xəyanət Azərbaycana xəyanətdir!
09.03.2010 [09:47]
Zaman-zaman dünyaya demokratiya dərsi keçənlər, özlərini bəşəriyyətə insan haqlarının müdafiəçiləri, haqq-ədalət carçıları kimi təqdim edənlər bu sadalananları öz istəklərinə uyğunlaşdırmaqdan belə çəkinmirlər. Məsələn, onlar demokratiya anlayışına təzyiq silahı kimi yanaşır, hansısa ölkəyə təzyiq etmək istəyəndə məhz bu silahdan istifadə etməyə cəhd göstərirlər. Yaxud da bir tərəfdən terrorçuluğun, işğalçılığın dünya birliyinə təhlükə törətdiyini deyənlər digər tərəfdən işğalçılığı, terrorçuluğu, faşizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir ölkəni dəstəkləməklə nə qədər “səmimi” olduqlarını nümayiş etdiririlər.
Martın 4-də okeanın o tayında baş verənlər də deyilənləri təsdiqləyir. Məlum olduğu kimi, ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi martın 4-də keçirdiyi dinləmələrdən sonra 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı aparılan siyasətin dəyərləndirilməsi ilə bağlı qətnaməyə səs verib. Nümayəndələr Palatasına erməni məsələləri üzrə işçi qrupun təqdim etdiyi 252 nömrəli qətnamə 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qəbul edilib.
ABŞ-ın erməni sevgisi
Beləliklə, sözügedən bədnam layihənin müzakirəsi dünyanın “ədalətli hakimi olmaq” iddiasını ortaya qoyan Birləşmiş Ştatların səmimiliyini şübhə altına almağa kifayət qədər əsas yaratdı. Daha doğrusu, erməni sevgisinin “dozasının” artması okeanın o tayındakıları nəinki onları gözləyən “sürprizləri” görməzlikdən gəlməyə, hətta sadə hüquqi prosedurları belə ayaqlar altına atmağa sövq etdi. “Sürpriz” o baxımdan ki, bu erməni təəssübkeşliyindən sonra Birləşmiş Ştatları qlobal miqyaslı proseslərdə çoxsaylı problemlər gözləyə bilər. Bədnam layihənin əleyhinə çıxan Respublikaçı azlığın başçısı İleana Ros-Letinenin də qeyd etdiyi kimi, qətnamənin Konqresdə tanınması NATO müttəfiqi kimi Türkiyənin ABŞ-a münasibətini dəyişdirər, İraq və Əfqanıstandakı silahlı qüvvələrin təhlükəsizliyini azalda bilər. Ros-Letinenin çağırışına qoşulan Bill Delahant və Ras Karnahan isə əlavə ediblər ki, Konqresdə bu qətnamənin qəbul edilməsi nə Türkiyə, nə Ermənistan, nə də ABŞ-a xeyir gətirir.
Hüquqi prosedurların ayaqlar altına atılması məsələsinə gəlincə isə, bədnam səsvermənin gedişində yaşanan biabırçılıqları nümunə göstərmək olar. Daha doğrusu, səsvermə zamanı komitə sədri Hovardr Bermanın sərgilədiyi mövqeni demokratiya adına ləkə kimi qiymətləndirmək olar. Məsələ burasındadır ki, müzakirələr başa çatdıqdan sonra komitə sədri yarım saatlıq səsvermə elan edib. Lakin ilkin nəticələrin qətnamə layihəsinin əleyhinə olduğunu görən Berman heç bir əsas olmadan səsvermənin vaxtını iki dəfə uzadıb. Və sonda ermənilərin istədiyi nəticə əldə edilib.
ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi qeyri-obyektiv qərar qəbul etməklə öz etimadını itirə bilər
Bu biabırçılığın hansısa üçüncü dünya ölkəsində deyil, məhz Birləşmiş Ştatlarda qeydə alınması təəssüf hissi doğurmaqla yanaşı, ciddi bir məqamdan da xəbər verir. Görünən odur ki, Birləşmiş Ştatlar (indiki halda Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin timsalında-N.A) bütün norma və prinsipləri bir kənara qoyaraq, yalnız işğalçı Ermənistanın iyrənc arzularını reallaşdırmaq üçün əlindən gələni edir.
Bu isə Dağlıq Qarabağ münaqişəsinin sülhlə çözümü ilə məşğul olan Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın tərəfsizlik prinsipindən əl çəkməsi, açıq konteksdə desək, işğalçılığı dəstəkləməsi kimi dəyərləndirilməlidir. çünki indiki halda qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbulunun yalnız bir tərəfə işğalçı Ermənistanın mövcud rejiminə yararı var. Bu yararı təmin edən ölkə kimi Birləşmiş Ştatların sərgilədiyi son mövqe isə işğalçı ölkənin, daha dəqiq desək, işğalçılıq siyasətini dəstəkləmək deməkdir.
Yanındayıq Türkiyə
Təbii ki, həm bu məqam, yəni, ABŞ-ın işğalçıları dəstəkləməsi, həm də indiki halda qardaş Türkiyənin əsassız iddialarla təzyiqlərə tuş gəlməsi Azərbaycanı da ciddi şəkildə narahat etməkdədir. Biz bu narahatlığımızı hələ bədnam layihə səsverməyə çıxarılmazdan öncə okeanın o tayındakılara çatdırmışdıq. Lakin nə edək ki, Birləşmiş Ştatların “erməni sevgisi” başına vurub. Məhz buna görə də amerikalılar bu qərarın onlara nəyə başa gələ biləcəyinin fərqində deyillər. çox güman ki, qısa zaman kəsiyində onlar bunu dərk edəcəklər. Hələlik isə bizim, yəni, bir millət iki dövlət olan Azərbaycanla Türkiyənin daha sıx birləşməsinə ehtiyac var. Yaşanan son olay bir daha göstərdi ki, əslində, bütün oyunların mərkəzində bəzi xarici güclərin türk dünyasının vuran ürəyi, düşənən beyni olan Azərbaycanla Türkiyəni zəiflətmək, çətin duruma salmaq istəyi dayanır. Amma bu istəklər, bu arzular onları reallaşdırmaq istəyənlərin gözündə qalacaq. çünki bizlər təkcə xoş günün deyil, eyni zamanda, dar günün dostları, qardaşlarıyıq. Bizi bir-birimizə, kökümüz, mədəniyyətimiz, dilimiz, bir də dəfələrlə tarixin ən ağır sınaqlarından çıxmış etibarımız bağlayır.
Qardaş Türkiyə bilməlidir ki, Azərbaycan dövləti və xalqı olaraq biz yenə də onun yanındayıq. Azərbaycan dövləti dəfələrlə qondarma “erməni soyqırımı” ilə bağlı öz etirazını bildirib. Heç şübhəsiz, yaxın günlərdə xalqımızın, xaricdəki diaspora təmsilçilərimizin də oxşar etirazları ABŞ Konqresinə ünvanlanacaq. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz olaraq işğalçı ölkə ilə sərhədlərini bağlayan, rəsmi İrəvanla diplomatik əlaqələri donduran Türkiyə son ana qədər bütün təzyiqlərə tab gətirərək, bizim yanımızda olduğu kimi, biz də hər zaman qardaş ölkənin yanında olacağıq. Buna kimsənin şübhəsi olmasın.
Ziyanın yarısından qayıtmaq da xeyirdi...
Bütün bunlardan sonra, nəzərlər yenidən okeanın o tayına yönəlir. O mənada ki, Birləşmiş Ştatların Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin timsalında etdiyi səhvi düzəltmək üçün hələlik imkanlar mövcuddur. Sadəcə, bu səhvi düzəltmək üçün onu edən tərəfdə, yəni, okeanın o tayında istək olmalıdır. Əgər Ağ Evdəkilər indiki halda qlobal proseslərin açarı durumunda olan, Vaşinqton üçün İslam dünyasına körpü rolunu oynayan Türkiyəni və terrorçuluğa qarşı mübarizədə Birləşmiş Ştatlara ilk dəstək verən ölkələrdən biri, Cənubi Qafqazın lider dövləti olan, Avropanın, dolayısı ilə həm də Qərbin və Birləşmiş Ştatların enerji təhlükəsizliyinin təminatçısı qismində çıxış edən Azərbaycanı itirmək istəmirsə buraxılan səhvi dərhal aradan qaldırmalıdır.
Daha dəqiq desək, bədnam qərarın qanun halına keçməsi üçün Nümayəndələr Palatasının ümumi yığıncağı layihəni dəstəkləməlidir. Yuxarıda sadaladığımız məqamlar Birləşmiş Ştatlar üçün mühüm əhəmiyyət kəsb edirsə, o zaman “soyqırımı” oyununa məhz Nümayəndələr Palatasının ümumi yığıncağında son qoyla bilər. Birləşmiş Ştatların indiki idarəçiləri bunu istəsələr, o zaman bədnam layihənin qanun halına keçməsi qeyri-mümkün olacaq. Yəni, martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən səsvermə zamanı şahidi olduqlarımız (erməniləri razı salacaq qərarın qəbulu üçün səsvermə vaxtının bir neçə dəfə uzadılması-N.A) belə deməyə əsas verir ki, amerikalılar istəyən hər şeyi edə, hətta bəzi prosedurları belə tapdalaya bilirlər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54

