Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aleksandr Zavarzin: Prezident İlham Əliyev müdrik siyasətçidir

Aleksandr Zavarzin: Prezident İlham Əliyev müdrik siyasətçidir

09.03.2010 [10:16]

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin İnformasiya-Təhlil Departamentinin direktoru, Müstəqil Dövlətlər Birliyinin milli informasiya agentliklərinin Rəhbərləri Şurasının (MDB İnformasiya Şurası) Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçirilmiş XI iclasının işində iştirak etmiş Aleksandr Zavarzin Azərbaycanda gördükləri haqqında təəssüratlarını bölüşüb: “Mən sovet dövründə dəfələrlə Azərbaycanda olmuşam. MDB üzrə statistik məlumatlara əsasən Azərbaycanın bugünkü inkişafından xəbərimiz var. Açığını deyim ki, bu sahədə vəziyyət bizi çox sevindirir. Martın 1-də Prezident İlham Əliyev bizi qəbul etdi. Prezident ölkənin uğurları və planları haqqında ətraflı danışdı. Onun söylədikləri və bizim fikirlərimiz üst-üstə düşür. Əvvəllər Azərbaycanda olmuş bir insan kimi, indi burada gördüklərim məni sırf vizual mənada heyran etdi və sevindirdi. Rahat yollar, gözəl evlər tikilmişdir, genişmiqyaslı inşaat işləri aparılır və bütün bunlar ölkənin inkişaf dinamikasının çox yüksək olmasına dəlalət edir. Onun sözləri və ümumiyyətlə, Prezident İlham Əliyevlə görüş mənim çox xoşuma gəldi. Qısa olsa da, çox məzmunlu söhbətimiz oldu. Lakin bu söhbət düşünüb-daşınmaq üçün, Azərbaycanda baş verənləri qiymətləndirmək və başa düşmək üçün çox şey verdi”.
Departament rəhbəri sonda deyib: “Mən Prezident İlham Əliyevi Onun Moskvada oxuduğu vaxtdan tanıyıram. İndi də Onunla dövlət başçılarının iclaslarında tez-tez rastlaşıram. İndi O, zəngin təcrübəyə malik, eyni zamanda kifayət qədər dinamik və müdrik siyasətçidir. Azərbaycan Prezidenti perspektivi yaxşı hiss edir və buna görə də öz xalqına çox şey verə bilər”.

Paylaş:
Baxılıb: 1087 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30