/ / Piyada keçidləri həm şəhər və rayonlarımıza yaraşıq verir, həm də yollarda hərəkətin təhlükəsizliyini, piyadaların rahatlığını təmin edir
Piyada keçidləri həm şəhər və rayonlarımıza yaraşıq verir, həm də yollarda hərəkətin təhlükəsizliyini, piyadaların rahatlığını təmin edir
11.09.2020 [09:23]
İndiyədək Bakı şəhərində 113, respublika əhəmiyyətli magistral yollarda 64 yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda yüksək səviyyəli infrastruktur quruculuğu, o cümlədən də yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində çoxsaylı layihələr reallaşdırılır. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində həmçinin piyada keçidlərinin inşası geniş vüsət alıb. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib. Bəhs olunan yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib. Bütün tikinti-quraşdırma işləri qısa vaxt ərzində yüksək keyfiyyətlə həyata keçirilib.
Paytaxt Bakıda və bölgələrdə magistralların intensiv hissələrində piyada keçidlərinin inşası respublikamızın müasir inkişafını təcəssüm etdirir
Respublikamızda piyada keçidlərinin tikintisi ilə bağlı statistika kifayət qədər zəngindir. İndiyədək Bakı şəhərində 113 piyada keçidi tikilərək istifadəyə verilib. Onlardan 41-i yerüstü, 72-si yeraltı piyada keçididir. Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı və yerüstü piyada keçidi tikilib. Rayon və şəhərlərin daxilində - 3 ədəd (Quba, Zaqatala, Qəbələ) piyada keçidi inşa olunaraq istifadəyə verilib. Bütövlükdə, bu günədək ölkə üzrə tikilib istifadəyə verilən piyada keçidlərinin sayı 180-ə çatıb. Hazırda ölkə üzrə avtomobil yollarında daha 9 ərazidə piyada keçidlərinin inşası davam etdirilir.
Paytaxt Bakıda və bölgələrdə magistralların hərəkətin intensiv olan hissələrində piyada keçidlərinin inşası ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirlən yol-nəqliyyat infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması siyasətinin tərkib hissəsidir. Məlumat üçün bildirək ki, son 17 ildə ölkə üzrə 16 min kilometr yol çəkilib, 470 körpü istifadəyə verilib. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi paytaxt Bakı ilə yanaşı, bölgələri də əhatə edir. Bu sahədə müasir infrastrukturun qurulması həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır. Belə ki, müasir yol-nəqliyyat infrastrukturunun qurulması ölkə üzrə iqtisadi aktivliyin yüksəlməsinə və daşımaların intensivliyinin artmasına müsbət təsir göstərib. Eyni zamanda, ölkənin bölgələrində yeni yolların çəkilməsi insanların həyatına böyük rahatlıq gətirib.
Respublika üzrə magistralların hərəkətin intensiv olan hissələrində piyada keçidlərinin inşası da Azərbaycanın müasir inkişafını təcəssüm etdirir. Böyük investisiya tutumuna malik olan yol-nəqliyyat layihələrini yalnız Azərbaycan kimi güclü iqtisadi potensiala və geniş maliyyə imkanlarına malik olan dövlət həyata keçirməyə qadirdir. Ölkəmizin zəngin maddi resurslarından əldə olunan gəlirlər davamlı şəkildə inkişafın təmin olunmasına yönəldilir.
Pandemiya dövründə piyada keçidlərinin tikintisinin davam etdirilməsi böyük sosial əhəmiyyət daşıyır
Məlum olduğu kimi, dünyada ötən ilin dekabrindan başlayan yeni növ koronavirus (COVID-19) infeksiyası qlobal miqyasda bir sıra cətinliklər yaradıb. Qeyd edək ki, artıq ayrı-ayrı ölkələr pandemiya səbəbindən artan xərcləri qarşılamaqda çətinlik çəkirlər. Verilən xəbərlərə görə indiyədək təxminən 150 ölkə kömək üçün Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna müraciət ünvanlayıb. Azərbaycanın adı bu siyahıda yoxdur. Güclü dövlət olan Azərbaycan pandemiyanın yaratdığı çətinlikləri sırf öz gücünə aradan qaldırır. Vurğulamaq yerinə düşər ki, pandemiya şəraitində respublikamızda heç bir sosial layihə ixtisara salınmayıb, əksinə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən maliyyə vəsaiti rekord həcmdə artırılıb.
O cümlədən indiki çətin dövrdə respublikamızda piyada keçidlərinin inşasının davam etdirilməsi böyük sosial əhəmiyyət daşıyır. Qeyd edək ki, magistralların hərəkətin intensiv olduğu hissələrində piyada keçidlərinin tikintisi əsasən vətəndaşların təklifləri əsasında həyata keçirilir. Həmin ərazilərin yaxınlığında yaşayan və yaxud işləyən vətəndaşlar piyada keçidlərinin inşası ilə bağlı dövlət başçısına , əlaqədar qurumlara məktublar göndərirlər. Təbii ki, praqmatik siyasət həyata keçirən Prezident İlham Əliyev cəmiyyətdən gələn belə təklifləri dəyərləndirir və sərəncamlar imzalayaraq müvafiq ərazilərdə yeni piyada keçidlərinin inşasına lazımi qədər vəsait ayırır. Öz növbəsində arzu olunan yerlərdə piyada keçidlərinin inşası böyük vətəndaş məmnunluğu yaradır. Biz son vaxtlarda paytaxt Bakıda vətəndaşların istəyi ilə ayrı-ayrı ünvanlarda piyada keçidlərinin tikilərək istifadəyə verilməsinin şahidi olmuşuq. Həmin piyada keçidləri həm şəhərimizə yaraşıq verir, həm də yollarda hərəkətin təhlükəsizliyini, piyadaların rahatlığını təmin edir.
Qeyd edək ki, 2020-ci ilin əvvəlindən indiyədək paytaxtda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində və Neapol küçəsində yerüstü piyada keçidləri inşa olunaraq istifadəyə verilib. Hazırda Azadlıq prospekti, Qala-Pirallahı, Bakı-Sumqayıt yollarında və digər ərazilərdə piyada keçidlərinin inşası yekunlaşmaq üzrədir, həmçinin bir neçə digər ünvanda yeni piyada keçidlərinin tikintisi nəzərdə tutulur.
Yeni piyada keçidləri müasir üslubu və gözəl dizaynı ilə göz oxşayır
Müstəqil Azərbaycan son illərdə müxtəlif sahələrdə özünün yeni yüksək standartlarını təqdim edir. Bu, həmçinin yol-nəqliyyat infrastrukturunun yenilənməsinə də aiddir. Ölkə üzrə yeni yol-nəqliyyat infrastrukturu yaradılarkən keyfiyyət amilinə xüsusi diqqət göstərilir. Təsadüfi deyildir ki, nüfuzlu Davos İqtisadi Forumunun hesabatında respublikamızda yolların keyfiyyətlə inşa olunması yüksək dəyərləndirilib. Bəhs olunan hesabata əsasən, Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə dünya üzrə 27-ci yerdədir.
Həmçinin piyada keçidlərinin inşası da yüksək tələblər əsasında reallaşdırılır. Son vaxtlar paytaxt Bakıda inşa olunan piyada keçidləri şəhərimizin yeni gözəllik rəmzləri sırasına daxil olub, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Yeni piyada keçidlərinin inşasında müasir texnologiyalardan geniş istifadə olunur, memarlıq həlli, dizayn məsələləri diqqət mərkəzində saxlanılır. Yeni piyada keçidləri bir qayda olaraq özlərinin müasir üslubu və son dərəcə gözəl dizaynı ilə göz oxşayırlar. Məsələn, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində istifadəyə verilən piyada keçidi Azərbaycanda ilk dəfə olaraq pilon üsulu ilə, yəni orta dayağı olmadan tikilib, burada aşırımı burazlar saxlayır. Prezidenti İlham Əliyevin iştirakı ilə cari il iyunun 22-də Bakının Xətai rayonu, Neapol küçəsində istifadəyə verilən yeni yerüstü piyada keçidi də müasir görünüşü ilə fərqlənir. Yüksək zövq, tam fərqli görkəm, müasir texnologiyalar əsasında inşa olunan bu keçid paytaxtda yeni piyada keçidlərinin tikintisi ilə bağlı aparılan kompleks işlərin tərkib hissəsidir. Bu günlərdə Mərdəkan-Zuğulba avtomobil yolunda istifadəyə verilən piyada keçidinin memarlıq həlli və dizaynı da öz orijinallığı ilə diqqət çəkir. Açılış mərasimində dövlət başçımıza məlumat verilib ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb. Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir. Bəhs olunan piyada keçidinin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər tərəfindən hazırlanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

