50 yaş insanın fəaliyyətinin çiçəklənən dövrüdür
12.03.2010 [10:22]
Bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun 50 yaşı tamam olub. Yubiley yaşı münasibətilə çeşidli yerlərdən təbriklər alan Əli Həsənov Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bunu fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirən yubilyar “15 ildir ki, Azərbaycan dövlətinə bilavasitə bir məmur kimi xidmət göstərirəm. Ondan əvvəl təxminən 5 il Heydər Əliyevin ətrafında olmuşam və Yeni Azərbaycan Partiyasının quruculuğunda iştirak etmişəm. Hesab edirəm ki, gücüm çatan, imkanım yetən çərçivədə dövlətimə, millətimə, respublikama, liderimə, Prezidentimə və siyasi məktəbində formalaşdığım ümummilli liderimiz Heydər Əliyevə xidmət göstərmişəm. Bu xidmətimin müqabilində cənab Prezident məni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Əlbəttə, bu məni daha da ruhlandırır, bunu mənim bu illərdəki fəaliyyətimə verilən qiymət kimi yüksək dəyərləndirirəm. Bu məni gələcək fəaliyyətlərə bir növ sövq edir. Bunu mən özümə və fəaliyyətimə verilən avans kimi dəyərləndirirəm və hesab edirəm ki, gələcəkdə bu ada layiq olmaq üçün var gücümlə çalışacam” deyib.
Etimadı doğrultmağı bacaran şəxs
Onun haqqında danışarkən, ilk növbədə, aşağıdakı məqamı qeyd etmək yerinə düşər. Əli Həsənov öz səmərəli fəaliyyəti ilə hər zaman ona göstərilən etimadı doğrultmağa nail olur. Bunun belə olduğunu təsdiqləmək üçün sadəcə, ötən əsrin 80-ci illərindən bu günə kimi keçən dövrə nəzər salmaq kifayətdir. Məlumat üçün deyək ki, ötən əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublikanın bilikli, bacarıqlı gəncləri keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil mərkəzlərinə oxumağa göndərilib. Həmin vaxt dünyanın sayılıb-seçilən ali təhsil mərkəzlərindən biri olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə (MDU) oxumağa göndərilən Əli Həsənov orada öz əməli fəaliyyəti və elmi bacarığı ilə ona göstərilən etimadı doğruldub. Məlum olduğu kimi, MDU-nu fərqlənmə diplomu ilə bitirən Əli Həsənov aspiranturaya qəbul olaraq elmi fəaliyyətini davam etdirib. Dissertasiya işini vaxtından xeyli əvvəl başa vurub və müdafiə edərək, tarix elmləri namizədi-alimlik dərəcəsi alıb.
Yuxarıda da qeyd etdiyimiz kimi, yubilyar təkcə elmi ilə deyil, həm də digər sahələrdə, xüsusilə də ictimai-siyasi sahədəki fəaliyyəti ilə də Azərbaycanın maraqlarının qorunması istiqamətində uğurlu addımlar atıb. Belə ki, SSRİ-nin süqutu ərəfəsində Azərbaycana qarşı həyata keçirilən qərəzli siyasətin mahiyyətinin üzə çıxarılması, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində gecə-gündüz çalışanlardan biri də Əli Həsənov olub. 1990-cı ilin 20 Yanvar hadisələri və ondan sonrakı informasiya blokadası dövründə Moskvada geniş fəaliyyət göstərən azərbaycanlı ziyalıların ən fəal nümayəndələrindən birinə çevrilən Əli Həsənov Bakıda törədilən qanlı cinayətə qarşı 1990-cı il yanvarın 21-22-də vüsət almış ümummoskva hərəkatının ön sıralarında gedənlərdən biri olub. Onun ictimai-siyasi proseslərdəki fəallığı Azərbaycana qayıtmasından sonra daha geniş vüsət alıb. Belə ki, ilk olaraq Naxçıvanda Ulu öndər Heydər Əliyevin ətrafında yer alan Əli Həsənov Azərbaycanın yenidən öz müstəqilliyini itirmək təhlükəsinin aradan qaldırılması və dövlət quruculuğu mərhələsinə qədəm qoyması prosesində ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin əsas icraedicilərindən, həmçinin, bu prosesin öndə gedənlərindən biri olub.
50 yaşın 15 ili...
Bir sözlə, görünən odur ki, arxada qalan 50 ilin hamısı Əli müəllim üçün heç də hamar, hər şeyin yolunda olduğu kimi yadda qalmayıb. Əksinə, Azərbaycan dövlətinin sınağa çəkildiyi ötən əsrin 90-cı illərində baş verənlər bu 50 illik tarixin bir parçasına çevrilib. Həmin illəri xarakterizə edən Əli müəllim deyib ki, arxada Azərbaycan dövlətinin sınağa çəkildiyi kəşməkəşli ötən əsrin 90-cı illəri, 1993-95-ci illərin hadisələri var: “Hətta 1996-cı ilin ortalarına qədər Azərbaycan dövləti çətin bir təhlükə dövrünü yaşayırdı. Hər tərəfdən Azərbaycanın üzərinə yeriyirdilər, iqtisadi, siyasi, sosial cəhətdən tam böhrana düçar olunmuşduq. ölkə daxilində idarəedilməz bir mühit mövcud idi, cinayətkarlıq, cəzasızlıq mühitində də meydan sulayan qüvvələr var idi. Mən o dövrü yaşamışam. ümummilli lider Heydər Əliyevin iradəsinə söykənərək, Onun ətrafında, komandasının bir üzvü kimi Azərbaycan dövlətinin keşiyində dayanmışıq və var gücümüzlə, bütün iradəmizlə, həyatımızla bu dövlət, dövlətçilik uğrunda mübarizə aparmışıq. Mənim yadımda qalan o dövrün ən çətin günləri - 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələridir və onlar ətrafında baş verən proseslərdir. “Əsrin müqaviləsi”nin imzalanması dövründə - 1994-cü ilin sentyabr ayı ərzində edilən çevriliş cəhdlərini, Heydər Əliyevə qarşı sui-qəsdləri yaşamışıq. Belə çətin günləri adlamışıq”.
Bəli, bu çətin, kəşməkəşli zaman kəsiyindən alnıaçıq, üzüağ çıxanlar arasında Əli Həsənov da var. Onun sözlərinə görə, bundan sonra, daha dəqiq desək, 1996-cı ildən Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu prosesi başlayıb: “İctimai-siyasi həyatda sabitlik yaradılması, dövlət quruculuğu prosesinin bütün məqamları, anları mənim gözlərimin qarşısında keçib. Daxili siyasətlə məşğul olan bir məmur kimi Heydər Əliyevin daxili siyasəti, dövlətçiliyin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu prosesləri, qanunların yeniləşdirilməsi, Konstitusiyanın qəbulu, Azərbaycanın bütün qanunvericilik fəaliyyətinin bu Konstitusiyaya uyğunlaşdırılması, yeni parlament seçkiləri, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi və dövlət idarəçiliyinin müasir Avropa standartları səviyyəsinə gətirilməsi, 1998-ci ilin prezident seçkiləri, prezident seçkilərindən sonrakı dövrdə Azərbaycanın daxili ictimai-siyasi həyatında baş verən proseslərin hamısı mənim həyatımdan keçib, 15 illik fəaliyyətimin ayrılmaz tərkib hissəsi olub. Sonrakı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bunun ətrafında Heydər Əliyevin apardığı fəaliyyət gəlir. Bütün bu fəaliyyətin öyrənilməsi, təhlili, proqnozlaşdırılması, ermənilərin məqsədləri və dünyada apardıqları anti-Azərbaycan təbliğatı, ona qarşı tədbirlərin görülməsi, Azərbaycan diasporunun təşkilatlandırılması və onun Azərbaycan dövlətçiliyi ətrafında birləşdirilməsi və bundan irəli gələn məsələlərin hamısında iştirak etmişəm. Düşünürəm ki, bacardığım qədər, qabiliyyətimin imkan verdiyi dərəcədə dövlətimizə, millətimizə xidmət göstərmişəm. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin reallaşdırılması, həyata keçirilməsi üçün bütün imkanlarımdan istifadə etmişəm.
Sonrakı - üçüncü mərhələ Azərbaycan dövlətinin inkişafı dövrüdür. 2000-ci ildən başlayaraq neft müqavilələrinin, dövlətçiliyin bəhrə verdiyi, Azərbaycan dövlətinin regionda yavaş-yavaş liderə çevrildiyi, dünya siyasi xəritəsində özünəməxsus yer tutduğu bir məqamda, əlbəttə, mən də rəhbərlik etdiyim strukturun funksiyasını buna uyğunlaşdırmışam, adaptasiya etdirmişəm və cəmiyyət həyatının, vətəndaş cəmiyyəti quruculuğu, demokratik dövlət quruculuğu, siyasi plüralist cəmiyyətin yaradılması, bu istiqamətdə Azərbaycanın beynəlxalq imicinin formalaşdırılması, dünyada Azərbaycanın təqdim və onun maraqlarının təbliğ olunması sahəsində müəyyən işlər görmüşük”.
Eyni zamanda, 2003-cü ilin prezident seçkiləri dövrünü də xatırladan Əli Həsənov cənab İlham Əliyevin Prezident seçilməsi və ondan sonrakı inkişaf dövrü barədə isə aşağıdakıları deyib: “Həmin dövrdə də mən rəhbərlik etdiyim strukturla birlikdə idarəçiliyə uyğunlaşmışıq, özümüzü, quruluşumuzu və rəhbərlik etdiyim sahənin bütün fəaliyyətini yeni idarəçilik sisteminə adaptasiya etdirmişik və fəaliyyət göstərmişik”.
Partiya ideoloqu və jurnalistlərin sevimlisi...
Onu da bildirmək yerinə düşər ki, Əli Həsənov bir dövlət məmuru olmaqla yanaşı, eyni zamanda, hakim Yeni Azərbaycan Partiyasının aparıcı simalarından biri, partiyanın İdarə Heyətinin üzvüdür. Dövlət işinə keçməzdən öncə, 1994-cü il fevralın 23-dən 1995-ci il sentyabrın 29-na kimi Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri olan Əli Həsənov hakim partiyada ideoloji işin daha səmərəli qurulması üçün geniş fəaliyyət göstərib. Bu fəaliyyətin nəticəsi olaraq elə həmin illərdən etibarən hakim partiyada ideoloji sahədə hər hansı bir boşluq yaranmayıb.
Son olaraq Əli Həsənovun yubileyi münasibətilə dediyi “Hesab edirəm ki, mənim məhsuldar fəaliyyətim hələ yeni başlayır və bundan sonra həm elmimizə, həm də dövlət qulluğuna mühüm töhfələr verəcəm” sözlərinə aşağıdakıları əlavə etməyi vacib bilirik. Dövlətin informasiya siyasətinin həyata keçirilməsində önəmli rol oynayan Əli Həsənov daim biz KİV təmsilçilərinin də yanında olub. Bəzən hansısa bir problem yarananda əlimizi telefona atıb ilk yığdığımız nömrələrdən biri məhz Əli müəllimə məxsus olub. Təbii ki, bizdə bu ərki yaradan da elə onun bizlərə olan xoş və səmimi münasibətidir.
“Yeni Azərbaycan”çılar da hörmətli Əli müəllimi 50 yaşı münasibətilə ürəkdən təbrik edir, növbəti 50-ni də elə beləcə başa vurmasını diləyir.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42

