Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
25.09.2020 [08:43]
Sentyabrın 24-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyafət Əsgərov payız sessiyasının başlanması münasibətilə deputat həmkarlarını təbrik edərək, onlara qanun yaradıcılığında və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verib.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə hesabatı təqdim edən Ziyafət Əsgərov bildirib ki, hesabat dövründə 8 iclas keçirilib, 10 qanun layihəsinə baxılıb. Milli Məclisin müzakirəsinə tövsiyə edilən həmin qanun layihələri parlamentdə qəbul olunub.
Qanunvericilik fəaliyyəti ilə yanaşı, komitə üzvləri seçicilərlə müntəzəm əlaqə saxlayıb, müxtəlif problemlərin həllində onlara yardımçı olublar. Ölkənin ictimai-siyasi həyatında böyük fəallıq göstərən deputatlar komitənin profilinə uyğun olaraq, vaxtaşırı hərbi hissələrə baş çəkib, Vətənin keşiyində duran əsgər və zabitlərlə görüşüblər.
Hesabat dövründə komitəyə 26 ərizə və şikayət daxil olub, aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müxtəlif ünvanlara 17 məktub göndərilib. Ərizə və şikayətlərin çox hissəsini cinayət işlərinin araşdırılması, iş və mənzillə təmin edilmə kimi müraciətlər təşkil edib. Məktubların bir qismi isə hərbi qulluq və hərbi xidmət keçmə barədə müraciət və təkliflərdən ibarət olub.
Məlumat dinlənildikdən sonra iclasda geniş müzakirə aparılıb. Fikir mübadiləsində komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Aqil Abbas, Erkin Qədirli, Arzu Nağıyev, Aydın Mirzəzadə, Elşad Mirbəşir oğlu, Elman Məmmədov, Nurlan Həsənov, Bəxtiyar Sadıqov yaz və növbədənkənar sessiyalar dövründə görülmüş işləri müsbət dəyərləndiriblər. Seçicilərin müraciətlərinə əsasən bir sıra təkliflər irəli sürülüb.
Çıxışlarda bildirilib ki, Milli Məclisin nümayəndələri Ermənistanın törətdiyi təxribatlar zamanı, xüsusilə iyul hadisələri günlərində daim yerlərdə olub, əhali ilə sıx əlaqələr saxlayıb, KİV-lərdə və sosial şəbəkələrdə fəal çıxışlar ediblər. Livan və Suriya ermənilərinin qeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsinin beynəlxalq cinayət olduğunu vurğulayan deputatlar buna qarşı hüquqi müstəvidə mübarizə aparmağın, müxtəlif tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Komitə üzvləri hesabatı məqbul sayıblar. Sonra 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub. Komitə sədri məlumat verib ki, qarşıdakı sessiyada digər qanunvericilik aktları ilə yanaşı, “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələrinin də plenar iclasa təqdim olunması nəzərdə tutulub.
İclasda 8 bənddən ibarət iş planı təsdiqlənib.
Komitə üzvlərinin yekdil qərarı ilə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclası yekunlaşdıran Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deputatların təkliflərinə və qaldırılan məsələlərə münasibət bildirib. O, Milli Məclis Sədrinin Rusiyaya səfərindən söz açıb. Rusiya Federal Məclisinin Federasiya Şurasının tribunasından Qarabağın tarixinə dair faktları səsləndirdiyinə, o cümlədən 1805-ci il Kürəkçay müqaviləsini, 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu tərəfindən “Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında” qərar qəbul edildiyini rusiyalı parlamentarların diqqətinə çatdırdığına görə, Milli Məclisin Sədri Sahibə xanım Qafarovaya dərin minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bu faktların Rusiya Federasiya Şurasının tribunasından səslənməsi müstəqillik dövrü parlament tariximizdə ilk hadisədir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17

